- 1977-ci il fevralın 18-də
Qusar rayonunda anadan olub.
Altı nəfərdən ibarət mehriban ziyalı ailədə tərbiyə alıb.
1994-cü ildə Qusar şəhərimdə yerləşən
3 nömrəli orta məktəbi bitirib.
1995-ci ildə indiki ADPU-nin “Mexanika riyaziyyat” fakultəsinə daxil olub.
Ailə vəziyyətinə görə təhslini davam etdirə bilməyib.
Əvəzində M.Ə.Sabir adına Pedoqoji Kollecin
“İbtidai sinif və ləzgi dili” ixtisası üzrə təhsil alıb.
1997-cil ildə ailə həyatı qurub.
1999-cu ildən Xudat şəhərində yerləşən 2 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi işə başlayib.
2013-cü ildən ailəsilə birlikdə RF Dağistan Respublikasının Mahacqala şəhərinə köçüb.
2014-cü ildən bu günə qədər Rəsul Həmzətov adına 50 nömrəli orta məktəbdə pedoqoji fəaliyyətini davam etdirir.
Ailəlidir. İki övladı var.
Gənc yaşlarından Azərbaycan və rus dillərində şeirlər yazır.
Biz də Aygün müəlliməyə pedoqoji fəaliyyətində,
eləcə də bədii yaradışılığında yeni-yeni ugurlar arzulayırıq
və aşağıda bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
turan.info.az
Ana
Dua kimi səslənir
Hər sözün ana.
Gözümdə gəzir,
Nur üzün ana.
Səsin haqdadır,
Övladındadır.
Ucalıqdadır,
Haqq-düzün ana
Canın nəfəsin,
Ağrı görməsin.
Heç vaxt sönməsin,
Od-közün ana.
Yollar
Ayağımız yürüyür,
Yollar bizi aparır.
Ürəkdəki ümidlər,
Yolu izi aparır.
Yol bitmir sonsuz qalır,
Gah isti, gah buz qalır.
Arzular yolsuz qalır,
Dildən sözü aparır.
Bəzən yollar büdrəyib,
Çox aparır bizləri.
Bəzən biz yıxılırıq,
Yol qaytarır bizləri.
Yollarımız bitməsin,
Tükənməsin amandır.
Bizi vətəndən alıb,
Vətənə qaytarandır.
Yuxu
Yuxu bir möcüzə,
Ayrı bir dünya.
Enirsən yerlərə,
Qalxırsan aya.
Bəzən aydınlaşır,
Sirli dünya da
Orda rast gəlirsən,
Doğmaya, yada.
Bəzən qayğıları
Atırsan orda
Sevinc də, kədər də,
Dadırsan orda.
Yuxular anladar,
Danışar sənə..
Görəsən nə xəbər,
Gətirər yenə?
Bəzən huzur istər,
Cata bilmərsən
Sevinc də, görörəsən,
Qəm da görərsən.
Bir başqa görüntü,
Bir başqa nəzər.
Ruhun qanadlanıb
Dünyalar gəzər.
Doymaram mən
Arzularımdan.
Ümidlər gətirən
Yuxularımdan.
turan.info.az
.