1963-cü il dekabrın 10-da Ucar rayonunun
Qazıqumlaq kəndində dünyaya gəlib.
İbtidai sinif müəllimidir.
O, öz həyatını peşəsinə, yetişdirdiyi şagirdlərinin
mənəvi dünyasının zənginləşməsinə həsr etmişdir.
"Gümüş" təxəllüsü ilə yazdığı şeirlər
şagirdləri tərəfindən böyük sevgiylə oxunur.
İlk şeirini hələ tələbəykən Əfqanıstan şəhidi Kamalın xatirəsinə yazan Dürdanə xanımın şeirləri sonralar
"Ziya", "Şərqin səsi", "Elm və təhsil" qəzetlərində,
turan.info.az, Zirve.İnfo, Vetenim.info saytlarında,
"Zirvə" poeziya antologiyasında çap olunub.
Biz də hörmətli Dürdanə xanımın bir neçə şeirini bir daha turan.info.az-ın dəyərli oxucularına təqdim edir və ona
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
turan.info.az
QARABAĞ AZƏRBAYCANDIR!
Çaxır içib oynadın,
Hər meymunluq eylədin.
Axır yəqin eylədin,
Qarabağ deyil sənin,
Qarabağ - Azərbaycandır!!!
İndi də qoy biz oynayaq,
Sənin yasına toy tutaq...
Qarabağ ermənistandır deyən erməni
Ordumuz odlara qərq etdi səni.
Doğulduğuna peşman eylədi səni.
Qələbəyə gedən yol daha azdır,
İndi gördünmü ki, Qarabağ - Azərbaycandır!
Nə qədər hoyləyə əl atsan da sən,
Qulduru,muzdlunu toplasan da sən.
Ən alçaq terrora yönəlsən də sən,
Ordun ordumuzdan bil ki,cılızdır,
Daha yəqin et ki, Qarabağ - Azərbaycandır!
Yeyib,içib rəqs etdin,Qarabağda sən,
Daha bilmədin ki, can verəcəksən.
Ordumun əlindən təngə gəlmisən,
Bəs deyirdin Qarabağ Ermənistandır,
Axır gördünmü ki, Qarabağ - Azərbaycandır!!!
Ordumuzun həmləsi məhv etdi səni,
Əsgərim qovur səni, sən it kimi qaçırsan,
Dostların tək qoydu ,gördünmü səni?
İndi bildinmi ki Azərbaycan - Türküstandır !
Qulağında sınğa et:Qarabağ -Azərbaycandır!
Nidası yanında Qarabağ - Azərbaycandır!!!
Dabanlar yalayıb oturmusunuz,
Elə bil doğmaca yurd almısınız.
Niyə başınıza heç vurmursunuz?
Yoxsa unutmusuz: Bizim torpaqdır,
Nidası yanında: Qarabağ - Azərbaycandır!!!
6 Oktyabr, 2020.
ŞƏHİD ANASI
Dindirib söylətsən yaman kövrələr,
Göz yaşı axıdar ŞƏHİD anası.
Fikri balasının yanında qalar,
Gözüylə arayar ŞƏHİD anası.
Gəlin qınamayın şəhid anasın,
İtirib canının ciyərparasın.
Qələbə bayramın necə qeyd etsin?
Bala yanında yox, ŞƏHİD anası.
Danışıb gülsə də ürəyi gülməz,
Ağrılar çəkməkdən qəlbi dincəlməz.
Ah çəkib yollara baxmaqdan bezməz,
Balasın gözləyər, ŞƏHİD anası.
Oğullar ananın qeyrət çəpəri,
Oğullar vətənin düşmən çəpəri,
Özlərin etdilər güllə sipəri,
Oğlunla fəxr eylə ŞƏHİD anası...
İgidlik göstərib şəhid oldunuz,
Torpaqları alıb göyə ucaldız.
Düşməni it kimi yaman qovdunuz,
Balanla fəxr elə, ŞƏHİD anası.
Saçları qarlı dağ,gözləri nəmli,
Ömrünü yaşayır, pərişan,qəmli.
Gəzər bu dünyanı əli əsalı,
Balasın soraqlar ŞƏHİD anası.
Nəqədər Vətən var,millətimiz var,
Şəhidlər qəlblərdə yaşayacaqlar.
Bayraq tək ucada dayanacaqlar,
Şəhidlər ölməzdir, ŞƏHİD anası...
BALAMMIŞ MƏNİM
Qəlbimin evində sevinc yuvası,
Gözümün gülüşü balammış mənim.
Min bir dərdim olsa dərman gəzmərəm,
Dətdimin dərmanı balammış mənim.
Süfrəmdə çörəyim, əziz nemətim,
Gecələr çırağım, gözümdə nurum.
Açılan sabahım,nurlu günəşim,
Həyata baxışım balammış mənim.
Həm evimdə, həm səngərdə,
O uca dağlarda, həm də düzlərdə.
Düşməni əzərək öz səngərində,
Qeyrətim çəkənim balammış mənim.
İlahi, balanı bu qədər əziz yaratdın,
Ana sinəsində ürək yaratdın.
Ürəyi dərdlərə düçar eylədin,
Dərdlərin dəvası balammış mənim...
Allah qüvvət versin o qollarına,
Allah işıq saçsın o yollarına,
Düşməni qərq edib öz qanlarına,
Yurdundan qovanım balammış mənim...
Bir qəmli baxışla yola salıram,
Ürəkdən odlanıb yaman yanıram.
Sanki həyat sönür yola salıram,
Həyata ümidim balammış mənim.
3 noyabr, 2020.
LEYNTENANT BALAM
Vətən dara düşdü, mənfur əlindən
Özünü yetirdin köməyə qəlbən.
Borcunu verməyə tələsdin həmən
Aymənim igidim, leytenant balam...
Çağırış sözünü eşitcək anan
Kədərlə gözləri parladı yaman.
Düşmən bir cəlladdır bilirəm, aman,
Canım sənə qurban leytenant balam...
Gecələr yatmayıb bala böyütdük,
Səhəri ayaqlar üstündə açdıq.
Canımızdan sizə bir can pay verdik
Canım sənə qurban, leytenant balam.
Bir tərəfdə anan, bir yanda Vətən
Sən vətən qeyrətin üstün eylədin.
Ananı öpərək səngərə getdin,
Mənim qeyrət çəkən, leyntenant balam.
Geriyə baxmadan sən elə getdin,
Yolun uğur olsun,ay əziz balam...
Leyntenant adını ucaltmaq üçün,
Cəbhəyə atıldın, leyntenant balam...
Bir gözüm ağlayır,bir gözüm gülür,
Ürək gah qəm çəkir, gah fəxr eyləyir.
Anan qələbə günü yolun gözləyir,
Sağ get, salamat gəl, Leyntenant balam.
Ananı sevindir, leyntenant balam...
29 sentyabr 2020-ci il.
44 GÜNDƏ NƏLƏR GÖRDÜK... İLAHİ...
44 gündə nələr gördüm... ilahi...
Qamətini bayraq edib,
Əllərini süngü edib,
Addımını dəmir edib,
Düşmən üstə gedən gördüm...
44 gündə nələr gördüm...İlahi...
Səngər içrə silah qucub,
Torpaq üstə başın qoyub,
Şirin-şirin yatan gördüm...
Əsgərimin qeyrətini
Millətimin birliyini
44 gündə aşkar gördüm.
Canını, qanını bir an unudub,
Əlində silahın köksünə sıxıb
Qorxunu,təlaşı bir an unudub,
Düşmən səngərinə atılan gördüm...
Bir qolu yox, düşmən üstünə,
Şığıyan əsgəri mən indi gördüm.
Bir qoluyla sallanan yaralı qolu
Tutub düşmən üstə gedəni gördüm...
Qırılmış ayağın əliylə tutub
İrəli, irəli deyə hayqırıb
Düşmənin üstünə gedənlər gördüm.
Əsgər balalarıümidli gördüm...
Bir oğul itirib məzar başında
Ağlaya-ağlaya qalıb amanda,
"Bir oğlum olsaydı yenə verərdim.
Özüm də bu şirin candan keçərdim,
Söyləyən atanı-ananı gördüm.
Vətən məhəbbətli insanlar gördüm...
Bu 44 gündə nələr gördüm...İlahi...
Saçları ağappaq, gözləri nəmli,
Gah dolub boşalan, gah da ağlayan,
Şəhidin paltarın köksünə sıxan,
Paltarın qoxlayıb, əşyasın öpən,
Son sözün telefonda sakit dinləyən,
Yana-yana ağlayan ananı gördüm...
Kədərdən yuvalar quranlar gördüm.
Matəmdən libası olanlar gördüm,
Tüstüsüz, bacasız yananlar gördüm...
44 gündə nələr gördüm, ilahi...
"Yaran sağalmayıb"-deyən həkimə
"Dayana bilmərəm"-deyən əsgəri,
"Sağalıb gedərsən"-deyən həkimə,
"Onda da gec olar"-deyən əsgəri,
Səngərə şığıyıb atılan gördüm...
Özü öz həkimi olanlar gördüm...
Özü şəhidliyə yüksələn günü
Balası dünyaya gələnlər gördüm...
Ağlaya-ağlaya şəhid oğlunun
Adını nəvəyə qoyanlar gördüm...
Analar gördüm ki,oğlunun qanı
Axan o torpağıgörmək istəyir...
Qan axan torpaqda qurbanı kəsib,
Oğlunun könlünü almaq istəyir.
Analar gördüm ki,-Şəhid balamın,
Qanı axan yerəaparın-dedi:
-Mən qurban kəsəcəm həmən məkanda,
Qanları qovuşsun o yerdə -dedi.
Atalar gördüm ki, bu 44 gündə,
Çarpayı üstündə yata bilmədi..
-Oğlum torpaq üstdə yatır-deyərək,
Rahat yatağına yaxın gəlmədi...
Gecəyatağından qəfil sıçrayıb,
-Kürəyim,həm qarnım yanır-söyləyən,
Əlini gah sola,gah sağa atıb,
Əziz balasını möhkəm səsləyən,
Ağlayıb, sızlayan analar gördüm...
Yatağa sığmayan analar gördüm...
44 gündə nələr gördüm, ilahı...
Həm yaxşını, pisi gördüm, ilahi...
Atanın şəklinibasıb bağrına,
Qanmayıb oynadan körpələr gördüm...
Atalar gördüm ki, beli büküldü,
Ağlaya bilmədi, içində çəkdi...
Atalar gördüm ki, dərdin əlindən,
Gözləri baxsa da, ürək ağladı...
44 gün ağlayıb, dərd-qəmi çəkən,
Ayaqlar üstündə əzgin, üzülən,
Balası cəbhədən gələndə həmən,
Diz üstə sürünən analar gördüm...
44 gün ərzində mən nələr gördüm,
Yarının tabutun qaldıran qadın,
"Qardaş"-deyib saçını yolanı gördüm...
Bayrağı nizamla öpən atanın
Vətənə, torpağa sevgisin gördüm...
Şəhidin cibindən çıxan bayrağın,
Üstündə şəhidin qanını gördüm...
Mən nələr görmədim, nələr görmədim,
44 gün ərzində nələr görmədim...
Oğlunun dəfninə gələn ànanı
Əllərini qucan ananı gördüm...
"Oğlumdan danışın,siz mənə deyin,
Balamın son sözü nə oldu?-deyin?
-Deyərək hıçqıran analar gördüm...
Üzündə əliylə şırımlar açan,
Saçını küləyə verənlər gördüm...
Nişanlı oğlunun nişan paltarın
Çiyninə bəzəyib yanan ananı,
Tabutun önündə oynayan gördüm...
Zabit yoldaşının dəfninə gedən,
Onu qucaqlayıb üzündən öpən,
"Atam gəldi" deyən uşağı gördüm...
Qəlbləri kövrəldən anları gördüm...
Dastana sığmayan, şerə sığmayan,
Həzin duyğuları yaman sarsıdan,
Övlad qarşısındacavab tapmayan
"Atam nə vaxt gəlir"suallar gördüm....
Cavabın tapmayan analar gördüm...
Gedib məzar başına hamıdan xəlvət,
Sevgili yarıyla eyləyir söhbət...
-Bu gözəl həyatda biz qaldıq həsrət
Söyləyən qızların naləsin gördüm...
Toyunun səhəri döyüşə gedib,
Tabutda qayıdan şəhidlər gördüm...
Oğlunun meyidi tapılsın deyə
Qurbanlar söyləyən analar gördüm...
"Əsir düşməkdənsə ölərəm -deyən,
Özünə qəsd edən oğlanlar gördüm...
Yaralı quş kimi düşmən üstünə ,
Şığıyan igidlər,oğullar gördüm...
Mən nələr görmədim,nələr görmədim...
44 gün ərzində nələr görmədim...
Viranə şəhəri,dağılan kəndi,
Sökülüb daşınan evləri gördüm...
Düşmən tərəfindən təhqir olunmuş,
Müqəddəs məscidlər,muzeylər gördüm...
Müqəddəs çayları,həmbulaqları
Düşmən əlləriylə quruyan gördüm...
Mən nələr görmədim, nələr görmədim,
İlahi 44 gündə nələr görmədim...
Su ilə yoğrulan torpaq görmüşdüm,
Qan ilə yoğrulan torpaq da gördüm...
Biz gördük,ay allah,daha daha göstərmə.
Belə dərdi heç kimə qismət eyləmə.
Heç ana, heç ata heç ağlamasın,
Bacılar qiyyəsi ürək yarmasın.
Biz gördük, bir kimsə görməsin,allah!..
Heç kim bu zilləti görməsin, allah!..
30 dekabr, 2020.
YARIM QALAN BALALAR...
Ulu tanrı sizi seçdi,
Dərgahına yüksəltdi.
Şəhidliyə rəvac verdi,
Yarım qalan balalar,
Şəhid olan balalar...
Arzularla yaşayırdı,
Amallarla atlanırdı,
Dünya qurmaq arzulardı,
Yarım qalan balalar,
Şəhid olan balalar...
Otağınız səngər oldu,
Yatağınız torpaq oldu.
Yorğanınız güllə oldu,
Yarım qalan balalar,
Şəhid olan balalar..
Analarız ağlar qalıb,
Yarlarınız tənha qalıb,
Körpələriz sizsiz qalıb,
Yarım qalan balalar,
Şəhid olan balalar...
Qar altında,qar üstündə
Düzənlikdə,dağ üstündə,
Bayrağı da əllərində,
Yarım qaldı bu balalar,
Şəhid oldu bu balalar...
ALLAH RƏHMƏT ELƏSİN.
AXTARACAQ GÖZÜN MƏNİ...
Külək əsib oynadanda
Yarpaqları budaqlarda
Axan isti göz yaşında,
AXTARACAQ GÖZÜN MƏNİ.
Səhər günəş şüasında,
Axşam ayın işığında,
Yağan yağış damcısında,
AXTARACAQ GÖZÜN MƏNİ.
Aylar ötsə,il dolansa,
Aləm nura boyansa,
Qəlbin məhəbbətlə dolsa,
AXTARACAQ GÖZÜN MƏNİ.
Həsrət sənə zor olacaq,
Cavan ömrün xar olacaq...
Gözləməkdən kor olacaq,
AXTARACAQ GÖZÜN MƏNİ,
AXTARACAQ GÖZÜN MƏNİ.
MƏN ÖLƏNDƏ AĞLAYIN
Hansısa bir müdrik deyib:
--Mən öləndə ağlamayın,
Sinənizi dağlamayın.
Mənim qəlbim hər an deyir:
-Mən öləndə siz ağlayın,
Dərdlərimi sonalayın.
Deyin - Qəlbi bir bahardı,
Xoş günləri soraqlardı..
Payız fəsli yaranmışdı
Payız kimi vüqarlıydı...
Mən öləndə siz ağlayın,
Payız xəzanına baxıb ağlayın.
Payız düşünəndə dalğın hislərlə
Yaman sevinərdim,bütün qəlbimlə.
Mən öləndə ağlayın ...
Bahar qönçəsinə baxıb ağlayın.
Qönçələr qəlbimin məhəbbətiydi,
Bahar çiçəkləri şirin sözümdü...
Mən öləndə siz ağlayın...
Ruhum bir az dincəlsin .
Deyirlər ruh ölməyir,
Siz ağlayın dinləsin...
Ruhumun inləyən xanimanında,
Sizin göz yaşınız qıvrılıb yatsın.
Siz məni ağlayın məndən xəbərsiz,
Güllər açılanda ,çiçək qoxanda,
Məni xatırlayın, hər gün siz mənsiz,
Bülbül oxuyanda səhər çağında...
İKİ DÜNYA ARASINDA...
Bu dünyanın yanında
Başqa dünya olaydı...
Baş götürüb getməyə
Bircə küncü olaydı...
Dərdim çiyinlərimdə
Baş götürüb qaçaydım...
O dünyanın küncündə,
Bir sakitlik tapaydım...
Bir anlıq unudaydım,
Bu dünyanın dərdini...
Kənardan seyr edəydim,
Bizə etdiklərini...
Bir o dünya, bir də mən,
Azca dincələydim...
Beynimdəki yüklərdən,
Bir az yüngülləşəydim...
Olub-keçənləri mən də xəyal edəydim,
Sanki yuxuda görmüşəm-elə biləydim...
Niyə bu dünyadan baş açammadım,
Ən ağır sualdır,cavab tapaydım...
Görəsən o dünya mənə nə verər,
Bu dünyanın verə bilmədiklərini
Mən o dünyada taparamsa əgər,
Unudaram bu dünyanın pisliklərini...
Bu dünya aldatdı elə hey məni,
Aldada, aldada xar etdi məni...
Çəkilib o dünyanın bir küncünə mən,
Baxaram kənardan bu dünyaya mən...
İki dünya arasında
Dərdlərimi çəkərdim...
İkisinin arasından,
Yüksüzünü seçərdim...
İki dünya arasında,
GÜMÜŞ sərgəndar gəzər.
İkisinin arasından.
Dərdsizini sevib seçər...
27 sentyabr--Anım günü
Zəfər - bizimlədi.
Zəfər - bizimlə oldu,
Zəfər - tariximiz oldu...
Dişini qıcayıb gələn düşmənin,
Ordusu, həmləsi viranə oldu...
Bu gün Anım günüdür,
Gəlin şəhidlərimizi anaq.
Analara allahdan--
Səbr,dözüm arzulayaq...
Yada salaq biz onları,
Cavan şəhid olanları...
Xatırlayaq, yada salaq,
Bu canları qurbanları...
Ağlama,Gümüş,bəsdi,
Nakam gedib bu cavanlar,
Məkanları cənnətdədi,
Şəhid olub bu balalar...
GƏL
Sən mənim yanıma gəlmək istəsən,
Bağçamızda güllər açan zaman gəl...
Sənlə mən əkmişik osaf gülləri,
Demərəm o güllər slan zaman gəl...
Gəlmək istəyirsən,yolun açıqdı,
Xəfif duyğuları oyatmadan gəl...
Gəlmək istəyirsən qəlbim açıqdı,
Qəlbimin yarasın qopartmadan gəl...
Dalğın dəniz təki gözləri dalğın,
Pərişan-pərişan fikirlər susqun,
Yolları olubdu yamanca coşqun,
Bu coşqun yolları aldı duman,gəl...
Gedibsən ,ömürlük getmək olmaz ki,
Şirin xatirələri silmək olmaz ki...
Həsrətin alovu sənsiz sönməz ki,
Həsrət ocağında yandım,aman, gəl...
Gümüş yolun üstə səni gözləyər,
Oddan,alovdan keçib səni izləyər...
Gecə də, gündüz də yolun gözləyər,
Gözüm yolda qoyma, bircə usan gəl!
Dürdanə Zahidqızı Gümüş,
turan.info.az
.