Borçalıda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin tanıdılması və təbliği

Borçalıda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin tanıdılması və təbliğiBorçalıda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin tanıdılması və təbliği Borçalıda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin tanıdılması və təbliği Bu günlərdə “Folklorçular” İctimai Birliyi (İB) Gürcüstanın Bolnisi şəhərində “Qeyri-maddi mədəni irsin qorunması və təbliği istiqamətində fəaliyyətin həyata keçirilməsi” mövzusunda tədbir həyata keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən tədbirin əsas məqsədi Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, ölkələrimizin mədəniyyət nümunələrinin xalqlarımız arasında tanıdılmasına, onların qorunması və təbliğinə yardım etməkdir.

Tədbirdə “Folklorçular” İB-nin eksperti Vafa Saleh, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun əməkdaşları Əli Şamil Sönməz Abbaslı da iştirak ediblər.

"-Bəs, nə üçün Bolnisi?"

“Folklorçular” İB-nin eksperti Vafa Saleh turan.info.az-a bildirib ki, "Bolnisi rayonu Gürcüstanın çox millətli rayonlarından biridir. Bundan əlavə bu regionda yerləşən Azərbaycan məktəblərindən birində Azərbaycan folklorunun təbliği ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi də məqsədlərimizdən biri idi."

Tədbirdən bir gün öncə Azərbaycan nümayəndə heyətinin üzvləri Bolnisi rayon İcra başçısı David Şerazaşvilionun müavini Longinoz Həsənovla görüşüblər. Görüşdə xalqlarımız arasındakı mədəni əlaqələr və onların davamlı inkişafı haqqında məsələlər müzakirə edilib.

Bundan sonra nümayəndələr Borçalının Kəpənəkçi kənd ictimai orta məktəbində olublar. Burada müəllim kollektivi ilə görüşən qonaqlar müəllimlərə Azərbaycan folklor nümunələri haqqında geniş məlumat verməklə yanaşı, həm də Azərbaycan şifahi xalq ədəbiyyatının, Azərbaycan dilinin tədrisi zamanı hansı məsələlərə diqqət yetirilməsi ilə bağlı məsləhət və tövsiyələrini veriblər. Bundan əlavə, məktəbə AMEA Folklor İnstitutunda nəşr edilən şifahi xalq ədəbiyyatı nüminələrinə dair 20-yə yaxın kitab və Azərbaycan xalq mahnıları, aşıq havaları, muğam və təsniflərdən ibarət audio disk, “Folklorçular” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırladığı ("Koroğlu" dastanından 1 qolun, “Dədə Qorqud” dastanından 1 boyun səsləndirildiyi) bir audio disk də hədiyyə olaraq təqdim edilib.

İyul ayının 5-də isə Bolnisi Mədəniyyət Evində azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Qeyri-maddi mədəni irsin qorunması və təbliği istiqamətində fəaliyyətin həyata keçirilməsi” mövzusunda tədbir həyata keçirilib. Tədbirdə Bolnisi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Longinoz Həsənov, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev, Ukrayna Gürcüstan Universitetinin professoru, görkəmli tədqiqatçı-alim Mahmud Kamaloğlu, Bolnisinin Mədəniyyət, Təhsil İdarəsinin rəhbərləri, QHT, KİV nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olmuş Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin tanıdılmasına həsr olunmuş film nünayiş olunub. Qeyd edək ki, film “Folklorçular” İctimai Birliyi tərəfindən QHT Şurasının Dəstəyi ilə hazırlanmışdır.

“Folklorçular” İB-nin eksperti Vəfa Saleh layihə haqqında geniş məlumat verdikdən sonra film nümayiş etdirilib. Videofilmdə tamaşaçılara Azərbaycan xalçaları, aşıq sənəti, muğam, Novruz bayramı, tar və onun ifaçılıq sənəti, kəlağayı, Lahıc misgərlik sənəti, çovqan oyunu və s. barədə ətraflı məlumat verilib.

Hər qısa filmdən sonra qonaqlara hər bir nümunə haqqında gürcü dilində qısa məlumat da çatdırılıb.

Ayrıca Azərbaycan aşıq sənəti ilə bağlı AMEA Folklor İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d., dosent Sönməz Abbaslı, Novruz bayramı, Azərbaycan kələğayısı ilə bağlı AMEA Folklor İnstitutunun xarici əlaqələr bölməsinin müdiri, tədqiqatçı-alim Əli Şamil geniş məlumat verib.

Tədbirin sonunda çıxış edən Bolnisi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Longinoz Həsənov, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev, Bolnisi şəhərində fəaliyyət göstərə QHT rəhbəri İrma Zurabaşvili ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışaraq, buəlaqələrin davamlılığının, mütəmadiliyinin, qarşılıqlığının vacibliyindən danışıblar. Sonda isə tədbir gənc Borçalılı bir aşığın ifası ilə yekunlaşıb.

Qeyd edək ki, təşkilatın sonrakı tədbirlərinin Avropada və Şərq ölkələrində keçirilməsi nəzərdə tutulur. Azərbaycanın iki maddi irs nümunəsi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir: "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi”"Qobustan Qaya Sənəti Mədəni Landşaftı".

Biz də “Folklorçular” İctimai Birliyinə şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Folklorçular” İctimai Birliyi yeni layihəyə start verib

“Folklorçular” İctimai Birliyi yeni layihəyə start verib

Regionlar, QHT
Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Tiflis

"Araz" Ziyalılar İctimai Birliyinin üzvləri unikal etnomədəni və folklor ...

Regionlar, Folklor, QHT
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Azərbaycan-Gürcüstan dostluğu günləri mövzusunda yeni layihənin icrasına ba ...

Azərbaycan-Gürcüstan dostluğu günləri mövzusunda yeni layihənin icrasına ba ...

Ədəbi əlaqələr, QHT
MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR

MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR

Tarix, QHT, Müşfiq Borçalı
MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR

MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR

---
Yeniyetmələr məcburi əməyə cəlb olunmaya qarşı mübarizə sahəsində maariflən ...

Yeniyetmələr məcburi əməyə cəlb olunmaya qarşı mübarizə sahəsində maariflən ...

Regionlar, QHT
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
Azərbaycan ilə Gürcüstanın arasında mədəniyyət sahəsində əlaqələr genişləni ...

Azərbaycan ilə Gürcüstanın arasında mədəniyyət sahəsində əlaqələr genişləni ...

Mədəniyyət, Tiflis
Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib

Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib

QHT

"Dəyərlərimizi tanıdaq, həqiqətlərimizi çatdıraq" - Azərbaycan - İraq məd ...

Dünya, Turan

"Kür-Xəzər" yeni layihənin icrasına başlayıb

QHT
Musa Nəbioğlu Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

Musa Nəbioğlu Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

Bolus
Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycan
“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr
Saqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilib

Saqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilib

Qaraçöp

"DANIŞAN QAYALAR" filminin təqdimatı olub

QHT, Müşfiq Borçalı
Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

MEDİA, Tiflis
Azərbaycan Aşıqlar Birliyi VI Qurultayını keçirib

Azərbaycan Aşıqlar Birliyi VI Qurultayını keçirib

Folklor
Rəy yazın: