Bu barədə turan.info.az-a məlumat verən AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, tədbir Mədəniyyət və Turizm nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Xatırladaq ki, Aşıq Hüseyn Saraçlı - 1916-cı ildə Borçalıda – Saraçlı kəndində anadan olub, Borçalı aşıq mühitinin ən məşhur nümayəndələrindən olmaqla, bütövlükdə Azərbaycan aşıq sənətinin inkişafından əvəzsiz xidmətləri ilə seşilib, məşhur dastan ifaçısı kimi tanınıb, Gürcüstanın Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb. 1987-ci ildə dünyasını dəyişən H.Saraçlının doğma kəndində büstü ucaldılıb, ölümündən sonra hər il xatirə günü qeyd olunur.
M.Nəbioğlu həmçinin bildirib ki, tədbirə giriş sərbəstdir, arzu edənlər iştirak edə bilərlər.
.