AŞIQ HÜSEYN SARAÇLI -100
Bu günlərdə XX əsrdə Azərbaycan aşıq sənətinin
inkişafında müstəsna xidmətləri olmuş
ustad aşıq Hüseyn Saraçlının
"Nəğməli sinəmdə yüz dastan yatır” adlı
kitabı nəfis şəkildə işıq üzü görüb.
El ağsaqqalı Həbibov Məhəmməd Abdulla oğlunun
dəstəyi ilə Bakıda "Elm və Təhsil” nəşriyyatında
nəfis tərtibatla işıq üzü görmüş kitabın tərtibçisi və redaktoru
Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu,
məsləhətçi Əməkdar Elm Xadimi,
professor Məhərrəm Qasımlı,
rəyçi isə professor Şurəddin Məmmədlidir.
Kitaba ustad aşığın qoşmaları, gəraylıları, deyişmələri
və dastan repertuarından seçmələr daxil edilib.
Xatırladaq ki, bu ilin yazında bu böyük sənətkarla bağlı
xatirə kitabı da işıq üzü görüb.
"Hüseyn Saraçlı” adlı bu kitabın da nəşrə hazırlayanı və redaktoru Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, məsləhətçisi isə mərhum Xalq şairi Zəlimxan Yaqubdur.
Kitabda əsasən bu böyük sənətkarla bağlı
müxtəlif illərdə yazılmış yazılar, xatirələr,
ona ithaf olunmuş şeirlər toplanıb.
Musa Nəbioğlu hər iki kitabı Hüseyn Saraçlının
anadan olmasının 100 illik yubileyinə töhfə olaraq
hazırladığını bildirib.
Xatırladaq ki, Aşıq Hüseyn Saraçlı 1916-cı ildə
qədim Borçalı mahalında – Saraçlı kəndinə anadan olub,
Borçalı aşıq mühitinin ən məşhur
nümayəndələrindən olmaqla,
bütövlükdə Azərbaycan aşıq sənətinin
inkişafında əvəzsiz xidmətləri ilə seşilib,
məşhur dastan ifaçısı kimi tanınıb,
Gürcüstanın Əməkdar Mədəniyyət İşçisi
fəxri adına layiq görülüb.
1987-ci ildə dünyasını dəyişən Hüseyn Saraçlının
doğma kəndində büstü ucaldılıb,
ölümündən sonra hər il xatirə günü qeyd olunur.
.