Arif Əmrahoğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib

Arif Əmrahoğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib 2016-cı il Oktyabrın 28-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış tənqidçi, ədəbiyyatşünas alim, unudulmaz müəllim, dəyərli ziyalı, xeyirxan insan, uzun illər qurumun katibi vəzifəsində çalışmış Arif Əmrahoğlunun anadan olmasının 62-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın tanınmış elm xadimləri, ziyalılar, yazarlar və mərhumun ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açıb. O, tədbir iştirakçılarına A.Əmrahoğlunun bu gün doğum günü olduğunu xatırladıb və mərhumun dostlarının xatirələri yazılan “Hər kəs üçün yaxşı adam” kitabının nüsxələrini onun ailə üzvlərinə və dostlarına hədiyyə edib.
Daha sonra R.Məcid üzünü A.Əmrahoğlunun övladlarına tutaraq bildirdi: “Həmişə başınızı dik tutun. Sizin atanız şərəfli ömür yaşayıb. Onun xatirəsi həmişə Yazıçılar Birliyində hörmətlə anılacaq”.

Sonra AYB-nin sədri, Xalq Yazıçısı Anar Arif Əmrahoğlunun dəyərli ədəbiyyatşünas alim və əvəzsiz insan kimi müsbət xüsusiyyətlərindən söhbət açıb.
O, qeyd edib ki: “Arif özü özünü yaradan insan idi. O, heç kimin arxasında özünü yaratmamışdı. Arif Yazıçılar Birliyinə yeni nəfəs, ruh gətirmişdi. O adam saflığını, ləkəsizliyini qoruyub saxlamışdı. Həyatda rast gəldiyim nadir insanlardan biri idi ki, heç kim heç vaxt onun haqqında pis danışmayıb”.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Əlioğlu, Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Zaman Əsgərli və başqaları ədəbiyyatşünas alimin A.P.Çexovun ana dilimizdə nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində işıq üzü görən M.F.Axundzadənin “Seçilmiş əsərləri”nin tərtibçisi kimi böyük xidmətlərini diqqətə çatdırıblar.
Bildiriblər ki, 70-ci illərdə ədəbiyyata hekayə ilə gəlmiş A.Əmrahoğlu istedadlı tənqidçi, ədəbiyyatşünas alim kimi tanınmışdı. 2004-cü ildən ömrünün sonunadək AYB-nin katibi vəzifəsini icra edən görkəmli alimin “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü”, “Türk xalqları ədəbiyyatı”, “Mən xoşbəxtəm ki, anlamağa qadirəm” və s. kitabları ədəbi ictimaiyyətin diqqət mərkəzində olub.

AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov xüsusi olaraq vurğulayıb ki, Arif Əmrahoğlu həm tənqidçi, həm də ailə başçısı kimi ləyaqətli bir ömür yaşayəb: “Arif üçün “abırlı” sözu əsas məsələ idi. O, xasiyyətcə sərt adam idi. Ancaq Arif kənddən gələn saflığını ömürünün axırına kimi saxlamışdı. O, Yazıçılar Birliyinə təzə ab-hava gətirmişdi. Son dərəcə nizam-intizamlı adam idi”.

Tanınmış şair Çingiz Əlioğlu A.Əmrahoğlunu belə xatırlayıb: “Arif göründüyündən çox unikal bir insan idi. Hər cür koyukturadan uzaq adam idi. Kiminsə cəmiyyətdəki mövqeyinə, vəzifəsinə görə məqalə yazmazdı. O, ancaq ədəbi dəyərə qiymət verirdi. Arif Əmrahoğlu son dərəcə unikal ədəbi, tənqidi fikir daşıyıcısı idi”.

Xaql şairi Fikrət Qoca mərhumun övladalarına belə bir tövsiyə etdi: “Həmişə başınızı dik tutun. Sizin gözəl atanız olub”.

Millət vəkili, filologiya elmləri doktoru Nizami Cəfərov qeyd edib ki, A.Əmrahoğlu ilə tələblikdən dost olublar: “Arif harada oldusa, həm vicdan baxımından, həm də elm adamı kimi nüfuz qazandı. Arif çox dəyərli insan idi. O, heç vaxt mübahisəni sevməzdi. O, ədəbi tədbirlərdə mübahisə zamanı düşünürdü ki, deməli, bizm səviyyəmizdə problem var”.

Flilogiya elmləri doktoru Baba Babayev A.Əmrahoğlunu belə tanıyıb: “Arif sözün həqiqi mənasında qeyri-adi insan idi. Mən heç bədii əsərlərdə belə ailəcanlı, dostcanlı adam görməmişəm”.

Tanınmış şair İlham Qəhrəman deyib: ““Arif müəllim çox işıqlı adam idi. Yeganə adam idi ki, Yazıçılar Birliyində onun otağına sərbəst girirdim”.

“Xan” nəşriyyatını direktoru Şamil Sadıq mərhum haqqında fikirlərini belə ifadə edib: “Arif Əmrahoğlu hər kəs üçün əli çatacaq budaq idi. Ona hər kəsin əli çatırdı”.


Digər çıxış edənlər də Arif Əmrahoğlunu təvazökar insan, gözəl müəllim, görkəmli alim, dəyərli elmi əsərlərin müəllifi kimi daim qəlblərdə yaşayacağını qeyd ediblər. Yorulmadan çalışan, uzun illər Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Arif Əmrahoğlunun gənc alimlər nəslinin yetişməsində böyük əməyi olduğu vurğulanıb. Yaxın dostları, həmkarları onun barəsində keçmiş zamanda danışmağın çətin olduğunu söyləyiblər.

Mərasimdə görkəmli alimin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib.

Anım tədbiri çərçivəsində alimin “Hər kəs üçün yaxşı - Arif Əmrahoğlu” kitabının təqdimatı olub.
Kitabın redaktoru Zaman Əsgərli, tərtibçisi Arzu Mahmudovadır.

Sonda alimin qızı Günel Arifqızı ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Xatırladaq ki, Arif Əmrahoğlu 1954-cü il oktyabrın 28-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub.
O, 1973-78-ci illərdə ADPU-də təhsil alıb. A.Əmrahoğlu təhsilinin bitirdikdən sonra, Azərbaycan EA-nın Ədəbiyyat institutunda XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, Azərbaycan EA-nın Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini olub.
Sonra Prezident Aparatında milli siyasət şöbəsində işləyib.
A. Əmrahoğlu 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibi, eyni zamanda Bakı Dövlət Universitetinin müəllimi olub.

RUHUN ŞAD OLSUN, USTAD!..

turan.info.az


.




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-me ...

Professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-me ...

AzTU, Elanlar
AzTU-da professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş ...

AzTU-da professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş ...

AzTU
Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub

Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub

"Zirvə", Təbriklər
ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

Darvaz, Nekroloqlar
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Tanınmış şair və publisist Əli Rza Xələflinin 65 illik yubileyi qeyd edilib

Tanınmış şair və publisist Əli Rza Xələflinin 65 illik yubileyi qeyd edilib

Təbriklər, Müşfiq Borçalı
Tiflisdə görkəmli azərbaycanlı alimin anım mərasimi keçirilib

Tiflisdə görkəmli azərbaycanlı alimin anım mərasimi keçirilib

M.F.Axundzadə adına Muzey, Tiflis, Qarayazı
Ədəbiyyatşünas Qurban Bayramovun 70 illiyi qeyd edilib

Ədəbiyyatşünas Qurban Bayramovun 70 illiyi qeyd edilib

Qarabağ, Ədəbiyyat
“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin təqdimatı olub

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin təqdimatı olub

Humanitar elmlər, Digər bölmələr, "Zirvə", Tv
Allah rəhmət eləsin!.. Akademik Arif Şəfaət oğlu Mehdiyev...

Allah rəhmət eləsin!.. Akademik Arif Şəfaət oğlu Mehdiyev...

Elm, Nekroloqlar
MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏ ...

MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏ ...

Bakı, UNUTSAQ, UNUDULARIQ!....
AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

Humanitar elmlər
Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Yeni nəşrlər, Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
RUHUN ŞAD OLSUN, ARİF ƏLİYEV!..

RUHUN ŞAD OLSUN, ARİF ƏLİYEV!..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Şair Ağaveyis Şirvaninin  yaradıcılığının 60 illiyi qeyd olunub

Şair Ağaveyis Şirvaninin yaradıcılığının 60 illiyi qeyd olunub

Yeni nəşrlər, Regionlar
Müşfiq Cabiroğlu son mənzilə yola salınıb  - YENİLƏNİB

Müşfiq Cabiroğlu son mənzilə yola salınıb - YENİLƏNİB

Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
AYB Xəzər Bölməsinin növbəti Poeziya Gecəsi keçirilib

AYB Xəzər Bölməsinin növbəti Poeziya Gecəsi keçirilib

Mədəniyyət, Poeziya
Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi  ...

Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi ...

"Zirvə"
Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Elm, Borçalı
Rəy yazın: