Çünki şairlik İlahi vergidi.
Mərhum şairimiz Tofiq Bayram demişkən:
- Zorla Allah olarsan,
Zorla şair olmazsan.
Rəşad Məcidin şeirlərini oxuyanda bu fikrin həqiqət olmasını təsdiqləyirsən. Bir şair kimi Rəşad Məcidin şeirlərinin mövzu dairəsi çox genişdir. Və hər misrada, hər sətirdə onun ürək döyüntüləri yaşayır və diqqətli oxucu bunu dərhal hiss edir. "Ədalət" qəzetinin son nömrələrinin birində gənc yazarların biri Rəşad Məcidin şeir dünyası haqqında qeydlərindən aşağıdakı sətirlər diqqətimi çəkdi: "... Hərdən öz-özümə düşünürəm ki, əgər yer üzündə halallıq, ləyaqət, düzlük, saflıq, mərdlik, ülvü məhəbbət, təmiz sevgi yoxa çıxarsa, onları Rəşad Məcidin özündə və sözündə axtarıb tapmaq mümkündür"...
O gənc yazarı şəxsən tanımasam da bu fikirləri ilə mən də tam şərikəm.
Çünki ədəbi mühitə qatıldığım və Rəşad Məcidi tanıdığım ilk gündən mən də onu belə görmüşəm. Sehrli ədəbi mühit aləminə qədəm qoyan gənclərə ilk öncə qayğı gərəkdir. Cəsarətlə deyə bilərəm ki, biz gənc yazarların dayaq yeri Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, oxucular arasında çoxdan populyarlıq qazanmış "525- ci qəzet" in baş redaktoru Rəşad Məciddir. Bunu Yazıçılar Birliyinə yolu düşən hər kəs hiss edir. Rəşad Məcidin simasında. Bunun "525- ci qəzet"ə üz tutan hər söz sahibi şahidi olur.
Axı, bu gün gənc yazarların hamisi kimi çıxış edən Rəşad Məcid də ilk addımlarında belə qayğı, ehtiyac duyub. Gördüyü xeyirxahlığı indi biz gənc yazarlarla bölüşür. Rəşad Məcidin son kitablarından birinin - "Çiyələk qadın" şeirlər toplusunda yer almış şeirlərini oxudum. 100-ə yaxın şeirin daxil edildiyi bu topluda şairin ayrı-ayrı illərdə yazdığı uca sevgi ruhlu şeirləri toplanmışdır.
Udsun dağ küləyi, dağ havasından,
Dadsın bağ neməti, dağ səfasından.
Sıyrılsın günəştək öz yuvasından,
Olsun həmənki qız, həmənki gözəl.
Şairin söz dünyası da göstərir ki, Rəşad Məcid hər vaxt sevilən bir şair kimi ön sıralarda olacaq...
Hörmətlə:
Fuad Biləsuvarlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
.