Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair Poetik fikir aləmində öz sözü-söhbətiylə seçilən şairlərdən biri də İmir Məmmədlidir. Bir şeirində özü dediyi kimi, dünyada "İmir Məmmədli də var..."

Bir şair kimi İmir Məmmədli şeirlərinin bütün mövzusunu həyatdan alır. Ona görə də bu şeirlər təbiidir, oxucuya tez çatır, göz önündə canlı lövhələr yaradır. Bu şeirlərdə İmir Məmmədli çox səmimidir, poetik duyğularını sadə, səmimi dildə şeirə çevirməyi bacarır. Sanki oxucu ilə söhbət edir.

- Bir gözəl sevmişdim, çiçəkdən incə,
Bir gecə göylərə bir uçub getdik.
Sevişdik, amma ki, qız böyüyüncə,
Qız ərlik olunca, biz köçüb getdik...

Bə'zən İmir Məmmədli bir neçə misra ilə elə lövhələr yaradır ki, bu misraları oxuyan oxucu uzun zaman onun təsirindən qurtara bilmir.

-Qəribin səması
Yaşadığı evin tavanından hündür ha olmur.
Qəribin çiçəyi
Xəyalda olur
Ona görə də
Heç zaman solmur...

İnsan təbiəti belədir: Ağrısız, acısız olmur. Bu acıları İmir Məmmədli də yaşayır və o, həmin acıları poetik dildə qısa şəkildə belə ifadə edir:

- Ağrı da ərköyün uşaq kimidir
Ona fikir verdin,
Dayanan deyil.
Unutdun,
Səngiyib sakitləşəcək...

Məhəbbət mövzusu da İmir Məmmədlinin yaradıcılığında əsas yer tutur. Və şair püxtələşmiş qələmi ilə sevgi-məhəbbət hisslərinə poetik don geydirməyi bacarır.

- Ümidin şəklini çəkə bilməzsən,
Arzunun şəklini çəkmək istəsən,
Günəş çəkərsən, bahar günəşi.
Çəkmək istəsən eşqin şəklini
Əli çiçəkli bir qız çəkərsən...

İmir Məmmədlinin şeirləri oxucusunu qanadlandırır. İnsan duyğulanır, xəyallar onu uzaqlara, uşaqlıq və gənclik illərinə aparır. Həmin illəri şirin bir təbəssümlə yenidən yaşamalı olursan. Əsl şeirin gücü bax, belə olur.
İmir müəllim həmişə axtarışda olan bir şairdir. Ona görə də mövzularının əhatə dairəsi çox genişdir.
Bir şair kimi İmir Məmmədli yaradıcılığının məhsuldar dövrünü yaşayır desək, yanılmarıq. Ömrün günortasını keçsə də, yenə də əvvəlki şövq və həvəslə yazıb-yaradır.

- Könlümün sirini xeyli gizlədim,
Günəş keçdi ömrün günortasından.
Sən də gəlib-keçdin, ilk bahar kimi,
Arxanca çırpındı ayaq izlərin.
Qoca balıqçının arabasından,
Yollara tökülən balıqlar kimi...

İmir Məmmədli bir yazar kimi çap olunmağa tələsmir.
Necə deyərlər, yazdıqlarının mürəkkəbi qurumamış redaksiyalara üz tutanlardan deyil.
Bəlkə elə buna görədir ki, İmir Məmmədli imzasını görən oxucu sevinir.
Yeni -yeni şeirlərini gözləyirik, İmir müəllim.

Fuad Biləsuvarlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident mükafatçısı


turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tbilisidə  yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya ...

Tbilisidə yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya ...

Ədəbi əlaqələr, Tiflis
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
Arxeoloqlar Borçalının qədim İmir kəndində arxeoloji qazıntılar aparırlar

Arxeoloqlar Borçalının qədim İmir kəndində arxeoloji qazıntılar aparırlar

Borçalı
Mağvala Qonaşvili: “Mən istəyirəm ki, biz yazıçılar sevgi körpüsü tikək”

Mağvala Qonaşvili: “Mən istəyirəm ki, biz yazıçılar sevgi körpüsü tikək”

Ədəbi əlaqələr, Tiflis
ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

Ədəbi əlaqələr
Firuzə Məmmədli:

Firuzə Məmmədli: "BAĞIŞLA"

ADPU, Poeziya
Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət

Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Müasir Azərbaycan n ...

Ədəbi əlaqələr, Tiflis
Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntılar sona ça ...

Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntılar sona ça ...

Borçalı, Tarix
Sevimli radiomuz

Sevimli radiomuz

Köşə yazılar
Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Ədəbi tənqid, Köşə yazılar
Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib

Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib

Gəncə, Borçalı
AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ!

AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ!

---
AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ!

AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ!

TDPİ-nin Azərbaycan bölməsi, Msxeta, Təbriklər
Tanınmış alim-şair Şurəddin Məmmədlinin öz ifasında şeirləri

Tanınmış alim-şair Şurəddin Məmmədlinin öz ifasında şeirləri

Tv, Poeziya, Borçalı, Turan
Xalq şairi  Məmməd Araz:  “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət  axta ...

Xalq şairi Məmməd Araz: “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axta ...

Ramiz Abdullayev
MƏHƏBBƏT MÖVZUSU AYNUR QAFARLI YARADICILIĞININ İLAHƏSİ KİMİ

MƏHƏBBƏT MÖVZUSU AYNUR QAFARLI YARADICILIĞININ İLAHƏSİ KİMİ

Müsabiqə
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
Şirin xatirələr - Professor Teymur İlyaslı

Şirin xatirələr - Professor Teymur İlyaslı

BDU, Borçalı
İki Vətənin şair övladı

İki Vətənin şair övladı

"Varlıq", Bolus
Tiflisdə

Tiflisdə "Körük" və "Şəfəq-Sxivi" ədəbiyyat və sənət jurnallarının növb ...

Yeni nəşrlər, Tiflis
Rəy yazın: