"ÇANAQQALA ZƏFƏRİ” BEYNƏLXALQ LAYİHƏ

"ÇANAQQALA ZƏFƏRİ” BEYNƏLXALQ LAYİHƏ "ÇANAQQALA ZƏFƏRİ” BEYNƏLXALQ LAYİHƏ "ÇANAQQALA ZƏFƏRİ” BEYNƏLXALQ LAYİHƏ "ÇANAQQALA ZƏFƏRİ” BEYNƏLXALQ LAYİHƏ "ÇANAQQALA ZƏFƏRİ” BEYNƏLXALQ LAYİHƏ ÇANAQQALA ZƏFƏRİ”

BEYNƏLXALQ LAYİHƏ


KUTLU OLSUN ZƏFƏRİMİZ!


Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyə Cümhuriyyəti “Anadolu Aydınlar Ocağı”, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkün Gənclər təşkilatı və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə həyata keçirdikləri “Çanaqqala zəfəri” adlı layihə 17 aprel 2015-ci ildə həyata keçirildi.
Layihədə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlama İnstitutu və Binəqədi rayon Ziyalılar cəmiyyəti də təmsil olunurdu. Tədbirdə Türkiyədən dəvət olunmuş ziyalılardan ibarət böyük bir heyət iştirak edirdi. “Anadolu Aydınlar Ocağı”nın genel başqanı, sayın professor, doktor, hərbçi-polkovnik, tarixçi İbrahim Öztəkin “Dünəndən bu günə erməni yalanları və Xocalı soyqırımı” kitabının təqdimat mərasimində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin rəhbəri, kitabın məsləhətçisi Emin Həsənli, Türkiyədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq edən Qeyri-hökumət Təşkilatları Birliyinin məsul əməkdaşı, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı İctimai Birliyinin sədri Vüqar Qədirov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlama İnstitutunun rəhbəri, Binəqədi rayon Ziyalılar cəmiyyətinin sədri professor Asəf Zamanov, Türkiyə Cümhuriyyəti Səfirliyinin müşaviri Meral Barbus xanım, “Zirvə” Mədəniyyət və incəsənət İctimai Birliyinin sədri, şair-yazıçı, Qarabağ qazisi, “İkinci Qarabağ müharibəsi” kitabının müəllifi Şahin Qədirov, layihənin rəhbəri, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev və kitabın müəllifi İbrahim Öztək çıxış etdilər.

Bütün dünyaya bəllidir ki, Türkiyə və Azərbaycan türklərinin soyqırımı ermənilər tərəfindən zaman-zaman həyata keçirilmişdir. Ermənilər dünya birliyini öz arxasınca aparmaq üçün yüz illərdir ki, çalışırlar və təəssüflər olsun ki, onların səsinə səs verənlər də vardır ki, guya türklər ermənilərə qarşı soyqırımı həyata keçirmişlər. Yüz illərin bu yalanını, eyni zamanda yaxın tariximiz olan Xocalıda törədilən soyqırımı və vəhşilikləri öz kitabında əks etdirən İbrahim bəy uzun illərdir ki, həm Türkiyədə, həm də Azərbaycanda konfranslar, görüşlər keçirir. Həyatının mənasına çevirdiyi Azərbaycan və Türkiyə xalqlarının tarixi ilə, onların başqa xalqlardan aldığı zərbələrlə bağlı fəaliyyət göstərir və həmin fəaliyyət bu gün Azərbaycanda nəşr olunmuş “Dünəndən bu günə erməni yalanları və Xocalı soyqırımı” kitabında oxuculara təqdim olunur.
Yüz il öncə Türk torpaqlarına qəsd edən, türkləri öldürən, türk torpaqları hesabına özlərinə Böyük Ermənistan yaratmaq istəyən bir çox Batı dövlətləri, Qərb ölkələri bu bölgədə ermənilərdən bir alət kimi istifadə edərək, bunun nəticəsində iyirminci əsrin əvvəllərində Türkiyədə böyük müharibə ocağının yaranmasına, müharibənin başlanmasına səbəb olmuşlar. Bu savaşda minlərlə soydaşlarımız da türk əsgərləri ilə bir sırada canından keçmiş, şəhid olmuşlar. Lakin təkcə ermənilər yox, o vaxtlar Çanaqqalaya hücum edən bir çox Avropa dövlətləri öz layiqli cəzalarını almış, şanlı türk ordusu tərəfindən darmadağın edilmişlər. Tədbirdə həm Çanaqqala, Sarıqamış, həm Xocalı, həm də 20 Yanvar şəhidləri anılmış, bir dəqiqəlik sükutla ruhları yad edilmişdir. Eyni zamanda bütün şəhid ruhlarına səslənərək “Biz sizinlə birlikdəyik!” söylənildi. Qeyd olundu ki, qüdrətli türk əsgərləri – istər Atilla, istərsə də Osmanlı dövlətinin mübariz əsgərləri heç vaxt Avropa dövlətlərinin yaddaşlarından silinməyəcək. Çünki, türk xalqı böyük xalqdır, qəhrəman xalqdır, məğlubedilməz xalqdır, humanist xalqdır.
Bu günlər həm Türkdilli dövlətlər, həm də Azərbaycan üçün bir sınaq zamanıdır. Azərbaycan dövlətini parçalamaq, bu bölgədə Ermənistan vasitəsilə xristian dövləti yaratmaq məqsədilə ermənilər bizim torpaqları işğal etmiş, Xocalı soyqırımını törətmişlər. Bütün müasir dünyanın gözü qarşısında baş vermiş Xocalı qətliamına ikili standartlarla yanaşan Qərb dövlətləri tərəfindən hələ də bu hadisələr soyqırım kimi tanınmır, anılmır. Amma tarixdə heç bir haqqa söykənməyən Türk dünyasının inkişafının qarşısını almağa çalışan, eyni zamanda Dağlıq Qarabağ və ona bitişik rayonların Ermənistana birləşdirilməsini təmin etmək və bununla da Türkiyə ilə bərabər Azərbaycana da təzyiq edərək Dağlıq Qarabağı Ermənistana bəxşişetmə kimi planları Azərbaycanın durmadan artan hərbi və iqtisadi gücü qarşısında həyata keçə bilmir, beynəlxalq təşkilatların arzuları gözlərində qalır.
Ulu öndər Atatürk deyirdi ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ümummilli liderimiz Heydər Əliyev isə Türkiyə və Azərbaycanı “Bir millət, iki dövlət” adlandıraraq xalqlarımızın genetik yaddaşını oyatmaq üçün tribunalardan səslənirdi. Bizim öndərlərimiz hər zaman türk birliyinin vacib olduğunu bildirmişlər. Onların tövsiyələrini qəbul edərək biz də öz töhfələrimizi bu birliyə, türk dünyasının inkişafına verməklə bu tərəqqiyə nail ola biləcəyik. Türklər bir ürəyin döyüntüsüdür. Dünya türkləri birləşsə, onların qarşısında dayanmaq çətin olar.
Məlumdur ki, 24 Nisanda Türkiyədə Çanaqqala zəfərinin kutlanma mərasimləri keçiriləcəkdir. Biz İrəvan teatrı olaraq Azərbaycanda bu hadisələrin Türkiyədən öncə həyata keçirilməsi üçün “Çanaqqala zəfəri” adlı layihə çərçivəsində xüsusi bir tamaşa - türk yazarı Demet xanım Çizmelinin “Cümhuriyyətin ilk sədası” tarixi-xroniloji dramını hazırlayaraq tədbir içtirakçılarına premyerasını təqdim etdik. Burada böyük Atatürk və Kazım Qarabəkir Paşanın Ərzurum Konqresi dövründən sonra Cümhuriyyətin ilk yaranma tarixi və sonrakı mərhələsi əks olunur. Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatçısı və xoreoqrafı Nicat Qərib, quruluşçu rəssamı Vahid Mürsəliyev, rejissor assisenti Samirə Hacıyevadır. Diqqətinizə onu da çatdıraq ki, İftixarın “Soyqırımı tarixininn dastanı” əsəri ilə Osmanlı dövlətinin nəhəng sərkərdəsi olan Nuru Paşanın, bu gün nümayiş olunan Demet Çizmelinin “Cümhuriyyətin ilk sədasi” əsəri ilə isə Türkiyə Cümhuriyyətinin yaradıcısı böyük öndər Mustafa Kamal Atatürkün bədii obrazları ilk dəfə İrəvan Teatrının səhnəsində canlandırılmışdır.
Tamaşada Natiq Həziyev (Mustafa Kamal Atatürk), Əhliman Ərşadlı (Kazım Qarabəkir), V.Kərimov, E.Şahbazova, N.Səfərəliyev, Ə.Zeynalov, E.Hacıyev, R.Cəfərov və digər aktyorlar yaddaqalan obrazlarla əsərin mahiyyətini peşəkarlıqla təqdim etdilər.
Kollektivimiz “Cümhuriyyətin ilk sədasi” tamaşasını Türkiyə-Azərbaycan dostluğuna, həmrəyliyinə yeni görəvi və mübarizə amacı kimi təqdim etdi, dünya birliyinə soyqırım hadisələrini belə qutladı, həm varlığı ilə, həm də yaratdığı vətənpərvər ruhlu nəhəng tamaşalarla, torpaqlarını zəbt etmiş və onu isti yurd-yuvasından didərgin salmış düşməninə qarşı qəhrəmancasına mübarizə mövqeyində dayandığını bir daha təsdiqlədi, yüz ilin erməni yalanlarına qarşı türklərlə birgə mövqedə olduğumuzu isbatladı.

"ÇANAQQALA ZƏFƏRİ” BEYNƏLXALQ LAYİHƏ İrəvan Teatrı davamlı olaraq genişmiqyaslı beynəlxalq layihələr həyata keçirir və bu layihələrlə qastrol səfərlərində ölkə mədəniyyətini layiqincə təmsil edir. Aprelin 26-27-28-də Gürcüstanın paytaxtı Tiflisdə həyata keçirəcəyimiz “Qafqazda sülh tərəfdarıyıq!” adlı növbəti Beynəlxalq layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Gürcüstan Respublikası Mədəniyyət və Abidələrin Qorunması Nazirliyinin dəstəyi ilə reallaşacaq. Layihə üçün C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının bazasında H.Əliyev adına Tiflis Dövlət Azərbaycan Peşəkar Dram Teatrının kollektivi ilə birgə hazırlanmış N.Dumbadzenin “Didro” əsəri Tiflis şəhərində N.Dumbadze adına Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunucaqdır.

Lyihənin rəhbəri İftixar Piriyevdir.

NƏRMİNƏ AĞAYEVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent,
İrəvan Teatrının ədəbi hissə müdiri.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin

Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin "Didro" əsə ...

Mədəniyyət, Tiflis
“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

Elm
İRƏVAN TEATRI-133.

İRƏVAN TEATRI-133.

Azərbaycan, Dramaturgiya
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

Sumqayıt
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

"Borçalı" Cəmiyyəti
Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində  Xocalı soyqırımını ...

Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində Xocalı soyqırımını ...

Qarabağ
Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Biologiya və tibb elmləri
“Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” adlı kitab  ...

“Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” adlı kitab ...

Azərbaycan
Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabının təqdimatı keçirilib

Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabının təqdimatı keçirilib

İctimai elmlər
Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı ol ...

Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı ol ...

Qarabağ, Turan
Millət vəkili Savalan Mirzəyev Gürcüstan parlamentində Xocalı soyqırımı ilə ...

Millət vəkili Savalan Mirzəyev Gürcüstan parlamentində Xocalı soyqırımı ilə ...

Tiflis, Qarayazı
QAFSAM-ın sədr müavini Nazim Cəfərov Qazaxıstanda keçirilən beynəlxalq tədb ...

QAFSAM-ın sədr müavini Nazim Cəfərov Qazaxıstanda keçirilən beynəlxalq tədb ...

QHT, Orta Asiya
BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan  Türkiyə televiziyasında ...

BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan Türkiyə televiziyasında ...

BDU, Başkeçid, Knyaz Aslan, Turan
Brüsseldə -  Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı mitinqi k ...

Brüsseldə - Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı mitinqi k ...

Qarabağ, Elanlar, Diaspora
XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

Humanitar elmlər
Xocalı soyqırımı - əsrin faciəsidir

Xocalı soyqırımı - əsrin faciəsidir

Tarix, Köşə yazılar
AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU, Turan
AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU
Rəy yazın: