Vaja Şubitidze: GÜRCÜ DÖVLƏTÇİLİYİNİN SÜQUTU İŞİNDƏ ERMƏNİLƏRİN ROLU

Vaja Şubitidze: GÜRCÜ DÖVLƏTÇİLİYİNİN SÜQUTU İŞİNDƏ  ERMƏNİLƏRİN ROLU Vaja Şubitidze 1959-cu ildə Xaşuridə anadan olmuşdur.
1976-cı ildə şəhərdəki 3 saylı orta məktəbi bitirmişdir.
1977-1982-ci illər İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetin tarix fakultəsində təhsil alaraq oranı fərqələnmə diplomu ilə başa vurmuşdur.
Sonra 1982-1985-c illər TDU-nun aspiranturasında təhsilini davam etdirimişdir.
İlya Çavçavadze adına təqaüdə layiq görülmüşdür.
Tarix elmləri doktoru (1987-ci il), siyasi elmlər doktorudur (2004-cü il).
2006-cı ildən bu günə qədər Gürcüstan Politexnik Universitetinin politologiya və beynəlxalq əlaqələr təmayülünün tam professorudur.
O, eləcə də Tbilisinin açıq və tədris universitetlərində məruzələr oxuyur. Bir çox kitabın, məqalənin, monoqrafiyanın müəllifidir.
90-dan artıq elmi məqaləsi dərc olunub.( o cümlədən 15 kitab, bunun da 6–sı monoqrafiya, 4 –ü dərslikdir).
«Bütün dövrlərin 100 ən böyük gürcüsü»(2008-ci il) kitabına görə «Stolüstü kitab» nominasiyasında David Ağmaşenebeli mükafatına layiq görülmüşdür.
Siyasi Elmlər Akademiyasının vitse-prezidenti, Gürcüstan Texniki Univesitetinin politologiya təmayülünün rəhbəri, Gürcüstanın «Professorlar liqası»nın və Şubitidzelər soyunun sədridir. 2014-cü ildən Xaşuri munisipaliteti sakrebulosunun sədridir. Ailəlidir, iki övladı vardır.

* * *
Vaja Şubitidze: GÜRCÜ DÖVLƏTÇİLİYİNİN SÜQUTU İŞİNDƏ  ERMƏNİLƏRİN ROLU GÜRCÜ DÖVLƏTÇİLİYİNİN SÜQUTU İŞİNDƏ ERMƏNİLƏRİN ROLU

1801-ci illdə gürcü dövlətçiliyinin süqutu işində başqa amillər ilə yanaşı ermənilərin xəyanəitkarlığı mühüm rol oynamışdır.
Noye Jordaniya özünün «Altmışıncı illərin ictimai xadimləri və bu günkü həyat» (1895-ci il) adlı əsərində Gürcüstanın süqutunun səbəbləri arasında (iqtisadi gerilik, parçalanma və sair) ermənilərn bizim ölkəyə qarşı qədirbilməzlik əməllərini göstərir və müəyyən tarixi təhlillər də edir: «Ermənistan çarlığının süqutundan sonra, - o yazır,- ermənilər başqa-başqa ölkələrə dağılışdılar. Burada ən yaxınlıqda olan yeganə xritstian ölkəsi Gürcüstan idi və sığınacaq da burada axtardılar. Gürcüstanda onlar yardım, hörmət və himayədarlıq görürdülər.
Ermənilərin birbaşa mənafelərini güclü Gürcüstan təşkil edirdi. Bunun üçün ermənilər dövlət işlərində çox qızğın şəklində iştirak edirdilər, etimad və hörmətə də layiq görülürdülər. Bununla yanaşı ermənilər, alverçi və pullu olaraq hökumət üçün lazımlı idilər. Xəzinədən istifadə etmə bunu tələb edirdi. Odur ki, Gürcüstanın genişləndirilməsi və gücləndirilməsi ermənilərin milli və alver işlərində sərfəli idi.
Lakin onlar dözümsüzlüyə və taqətsizliyə düçar olanda isə başqa yerdə sığınacaq axtarırdılar... Rusiya dövləti bu cür halı da gecikdirmədi- bizim yanımıza tərəf yaxına çəkildi. Onun sərhədləri bizdən uzaq olana kimi ermənilər də qeyri-ixtiyari olaraq Gürcüstan ilə kifayətlənməli idilər.Lakin sərhədlər bəriyə tərəf çəkiləndə, bizə yaxınlaşanda gediş-gəliş bir az asanlaşdı. Bu zaman ermənilərə özləri özlərinin qayğısına olduqca çox qalmasına imkanlar verildi. Və budur, Gürcüstanın süqutu tarixində onlar nəzərə çarpacaq rol oynayırlar...
Ermənilər gürcü hökuməti sayəsində Gürcüstanda əmlak əldə etdilər və nəhayət, elə bu hökumətin süqutu üçün insanlara rüşvət verirdilər. Gürcüstanın özünün mövcudluğu onlar üçün sərfəli olana kimi onu dəstəkləyirdilər. Elə ki, bunun onlar üçün daha sərfəli olmadığından onun ayağının altını eşirdilər: Tarixin yolları belədir! Bütün millətlər öz mənafelərini qoruyur və vay, o millətin halına ki, öz mənafelərini dərk edə bilmir» (Bu nəticəni biz yenə də dərk edə bilmədik-V.Ş.)
XVIII əsrin 80-ci illərindən Gürcüstanın zəifləməsi və II İraklinin nüfuzunun və təsirinin süqutu məqsədi ilə rus-erməni birgə davranışları nəzərə çarpır. Rusiya və II Yekaterine Kartl-Kaxetinin ikinci dərəcəli dövlətə çevrilməsinə hər vəchlə cəhd göstərirdilər və ölkə daxilində, istərsə də xaricində ayaq altı eşmə işlərini demək olar ki, açıq şəkildə həyata keçirirdilər.
Bu işdə onların əsas dayaq nöqtələri xəyanətkar gürcülər, ələlxüsus, alverçi ermənilər və kilsə xadimləri idilər. Məhz elə onlar İran şahı Ağa Məhəmməd Şah Qacarı Gürcüstanı yıxmağa doğru sövq etdilər.
1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın soxulması zamanı burada artıq Giorgiyevski traktatının gücü ilə Gürcüstanı müdafiə etməyə borclu olan rus hərbi qüvvəsi yox idi. 1795-ci ilin mayında Ağa Məhəmməd Şah Qacar İrakliyə elçi göndərərək bildirdi ki, Qarabağın itaət etməyən xanını, İbrahim xanı cəzalandırmağa gedirəm və sənin oğullarının birinin komandanlığı ilə dönmədən qoşunla mənə yardım et.
İrakli şahın planını düzgün hesablaya bilmədi və əksinə hərəkət etdi- İbrahim xana yardım məqsədi ilə avqustun ortalarında şahzadə Aleksandrın komandanlığı ilə (onun ermənilərə yardım göstərmək əvəzinə, ölkənin təhlükəsizliyi barədə düşünməsi daha yaxşı idi) qoşun göndərdi.

Ermənilər bu zaman Gürcüstanda nə edirdilər?

Simon Kvariani yazır ki, ermənilər bu zaman ikibaşlı siyasət yeridirdilər. Eyni bir vaxtda Tanrıya da şam yandırırdılar və şeytana da. Belə ki, ruslara da ürəklərini piyandaz kimi açırdılar və ağalıq etmək üçün onları Gürcüstana dəvət edirdilər, Ağa Məhəmməd Şah Qacara da pul və bəxşişlər göndərirdilər, Kartl-Kaxetini işğal etmək üçün bələdçilik edirdilər( S. Kvariani, Gürcü millətinin tarixi, Tiflis; 1919, səh.112)
Gürcü mənbələrinə istinad edərək görürük ki, Ermənistana soxulan Ağa Məhəmməd Şah Qacara ermənilər çoxlu rüşvət veriblər və Gürcüstana dəvət ediblər. Onlardan biri Karaberd məliki Məcnun olub. İvane Cavaxişvili yazır ki, ermənilərin katolikosu Luka 1795-ci ildə tarmar etmək üçün Gürcüstana gələn İran şahı Ağa Məhəmməd Şah Qacara güman ki, qorxudan «hərbi məsrəfləri ödəmək üçün» 100 min manat verib( İ. Cavaxişvili, Gürcüstan sərhədləri, 1919, səh.38).
Lukanın bu hərəkətində qorxu ilə yanaşı şeytanlıq və vəhşilik var idi( o, şaha 8 girvənkə qızıl verib -L. Sanikidze). Ağa Məhəmməd Şah Qacarın Gürcüstana gəlişində erməni Yakob Bebutov bələdçilik edib.

Azsaylı gürcülər şahın hücumunun öhdəsindən gələ biliblər. O artıq geri qaytımaq niyyətində olanda, Tiflisdə olan satqın ermənilər Artem Araratlı və İoseb Bebutov dustaq edilmiş iran elçisini həbsxanadan gizlicə çıxarıblar. Hər üçü şaha məlumat veriblər ki, gürcülərin çox azsaylı qoşunu vardır və dönmədən onların üzərinə hücum etmək lazımdır. Ağa Məhəmməd Şah Qacar bu müjdədən dərhal istifadə edərək Tiflisi cəhənnəm oduna qərq etdi. Şah minlərlə gürcünü məhv etdi, 20 kilsəni, evləri, binaları dağıtdırdı, paytaxt talan edildi. Dəqiq faktdır ki, iranlılar erməni kilsələrini dağıtmırdılar və ermənilərə dəymirdilər- Gürcülərə xəyanətkarlıq etdiklərinə görə, onlara beləcə təşəkkurlərini bildirdilər.
Georgiyevski traktatına və Rusiyaya ümidlər bəsləmək Gürcüstana və İrakliyə baha başa gəldi.
Kartl-Kaxetiyə qarşı bütün ətraf müsəlman aləmi, ləzgilər axışdı.

Rəsmi məlumata görə, 1783-cü ildən 1801-ci ilədək Kartl-Kaxetinin əhalisi, demək olar ki, yarıya endi.

Mose Canaşvilinin dediyinə görə, «İraklinin bütün intizarları həqiqətdə puç oldu:

“Pravoslavlıq dinsizliyə qədər aşağı düşdü, Tiflis Afinaya çevrilə bilmədi, gürcü mənəviyyatı yox olmaq həddinə çatdı, şirin və məhəbbət dili olan gürcü dili təhqir edildi və müxtəlif eybəcər eyhamlarla anılan bir dil oldu. Gürcü qanunları və pulu yox oldu, Gürcüstan bərpa olunması əvəzinə, onun ən yaxşı hissəsinin satılmasına və sakin gürcülərinin köçürülməsinə və yadların məskunlaşdırılmasına layiq oldu. Gürcü xalqının azad inkişafına onun cırlaşdırılması maşınları üstəlik oldu»( Sanki bu günkü gün barədə yazıldığını düşünürsən- V. Ş.; M. Canaşvili, Çar İrakli, «Sakartvelo» (Gürcüstan») qəzeti, 17.X.1919).
Hər halda ən iyrənci, II İraklinin gürcüləşmiş erməni məmuru Şioş Tumanişvili (Tumanyan) öz qardaşları Sulxana və Manuçara Ağa Məhəmməd Şah Qacarın getməsindən bir neçə gün sonra yazdığıdır:«Çar (söhbət İraklidən gedir- V. Ş.) Tianetə yollandı, yaxamızı qurtara bilmədik, biz də onunla getdik. Bizim qırılmış, kilitsiz yeşiklər burda qaldı. Kəndirlə bağlamışam və hərəsinin üstünə öz adını yazmışam. Burda Duşetin misgərbaşına və qalayçısına təhvil vermişəm... Siz bura təşrif buyuranda, mən isə ora gələcəyəm. Əgər tapsanız, şəhərdən ağ gətirin, yaxşı vaxtdır, bəlkə bir az çox qazanaq” (Qulaber Klarci, «Corcian tayms» qəzeti, avqust, 2003).

Ağa Məhəmməd Şah Qacar tərəfindən Tiflisin darmadağın edilməsindən sonra ermənilər qaçan gürcülərin ev-eşiklərini talan edir, dağıdırdılar (P. Karbelaşvili, Ermənilər Gürcüstanda (Tarixi sənədlər), «Samşoblo»- («Vətən») qəzeti, 1916-cı il 11-13, 16-18 avqust nömrələri).
Ağa Məhəmməd Şah Qacar tərəfindən dağıdılan Kartl-Kaxetidə Qarabağdan qaçqın düşən ermənilər «müvəqqəti» sığınacaq tapdılar. Halbuki, sonra onlar nəinki geri qayıtdılar, hətta başqa qarabağlı erməniləri də özlərinin məlikləri ilə birgə Gürcüstana və Gəncəyə gətirdilər( P. Ququşvili, XIX-XX əsrlərdə Gürcüstan və Zaqafqaziyanın iqtisadi inkişafı, I cild, Tiflis, 1949, səh.79).
Qarabağlı erməni məliklər Məlik Abov, Məlik Cimşid və Məlik Firudin öz əlaltıları ilə birgə Gürcüstana sığındılar. Məlik Abov II İraklidən mühüm imtiyazlar aldı. Çar tərəfindən verilən Bolnisi-Dmanis yaxınlığında olan yerdə məskunlaşdı ki, buraya da 700-dən artıq qarabağlı ailə gətirdi. Bu məliklər faktiki olaraq Gürcüstanın knyazlarına çevrildilər. Onların hüquqi durumu həmin vaxtlar İrəvan xanlığında olan məliklərin hüquqlarına nisbətən böyük idi.
Məlik Abov tez-tez ordular yaradır, Cavaxetiyə hücum edir, oradan qənimət əldə edir və camaatı gətirərək öz knyazlığında məskunlaşdırırdı və professor Şota Lomsadzenin yazdığına görə, onların qriqoryan dininə çevirilməsi mümkündür. Erməni məliklərin və varlı tacirlərin yaltaqlığına İraklinin Kvemo Kartlini az qala qurban verə idi. (Ş. Lomsadze, Samsxe-Cavaxeti, Tbilisi, Elm, 1975. səh.344).
Erməni keşişləri II İraklinin dini məsələyə etinasız yanaşmasından bacarıqla istifadə edirdilər. Eçmiadzinin rəhbərlərinin təhriki ilə ermənilər Osmanlı və İrana qaçırılan əsir gürcüləri satın alırdılar. Onları Gürcüstana gətirirdilər və erməni-qriqoryan dininə çevirirdilər. Erməni əgər gürcü qızını alırdısa, onu mütləq kilsə qaydası ilə erməniləşdirirdi. Gürcü kişisi erməni qızını alırdısa, o, əri ilə bəzi uşaqların erməni dinində xaç suyuna çəkilməsi barədə şərt kəsirdi.
Akaki Seretelinin verdiyi məlumata görə, II İraklinin əmələsində igidliyinə görə çox sevdiyi imereli Şanşe Meqrelidze olub. Bir dəfə çar ondan bikef olduğunun səbəbini soruşur.
-Qız sevirəm!- utana-utana ona cavab verir.
-Sonra, niyə almırsan?
- Qız gəlmir!
-Necə? Nəyini bəyənməyib, səni sevmir, böy-buxunumu, igidliyinimi?
- Heç biri deyil, sənin qadan alım! Lakin erməni qızıdır və mənim dinimdən çəkinir.
- Artıq heç nə yox? Bilmirsənmi ki, onlar xristiandırlar? Əgər o gəlmirsə, sən onların qaydasına keç və kəbin kəsdir? Çarın əmri yerinə yetirildi və onların nəslinin kəbini ermənicə kəsildi. ( A. Sereteli, Mənim tövbəm, «Temi» qəzeti,18, 1911-ci il)

Həmin vaxtlar rus cəsusluğundan təlqin edilən erməni məlikləri Cimşid və Firudin Kartl–Kaxeti çarından yan ötərək qarabağlı məlikləri adından Peterburqa gizli ərizə göndəriblər. Qədirbilməz. nankor məliklər rus imperatoru Paveldən Quqarkda ( Qoqerene) məskunlaşmağı xahiş edirdilər. Onlar imperatora bu yerin təbii zənginliyi barədə məlumat verirdilər və bu yerlərə Türkiyədən ermənilərin köçürülməsini tələb edirdilər. Məliklər rus hakimiyyətindən onları tabeliyinə qəbul edilməsini, Gürcüstanda və Rusiyada məskunlaşdırılmasını qəti olaraq tələb edirdilər.
Erməni məliklərinin nankorluğundan narahat olan İvane Cavaxişvili yazırdı: «Şübhəsiz ki, bu artıq tamamilə bağışlanılmaz hərəkət idi. Gürcüstanın müstəqil mövcudluğu sayəsində ermənilər Gürcüstanda özləri üçün sığınacaq taparaq labüd məhv olmadan xilas olurdular. Minnətdarlıq əvəzinə isə Gürcüstanın daxili işlərinə kənar qüvvələrin qarışmasına cəhd göstərir və Rusiyanın əlaltılıq və sığınacaq almaqla bizim torpaqlarımızı əldə etmək istəyirdilər. Onların hərəkəti Gürcüstanın müstəqilliyinin ayağının altını eşirdi və bizim ölkədə Rusiyanın hökmranlığına imkanlar yaradırdı. (İ. Cavaxişvili, Gürcüstanın sərhədləri, səh. 38.)
Rusiya, aydındır ki, erməni məliklərini öz himayədarlığına aldı və növbəti addımı da atdı. I Pavel Georgiyevski traktatının Kartl-Kaxetinin «himayədarlığı» və daxili işlərə «qarışmamaq» əsasında XIII Giorgidən erməni məliklərinə əlverişli şərtlər ilə torpaqların ayrılmasını «xahiş etdi». Bunun sayəsində ermənilər və Rusiya hökuməti öz istəklərinə nail oldular. Ermənilər torpaqlar aldılar, ruslar isə sirli əlaltılar və özlərinin hökmranlığın sədaqətli dəstəsini əldə etdilər(İ.Cavaxişvili, adı çəkilən əsəri, səh.39)
Ruslar Kartl-Kaxetini hələ işğal edənə kimi beləcə gürcü torpaqlarını paylayırdılar.Ruslar XIII Georginin sarayında özlərinin elçisi P. Kovalenskiyə göstərişlər verirdilər ki, «erməni icmalarının Gürcüstandan yalnız vassal asılılığında olmaları və çara xərac vermələri və ölkənin müdafiə işində yardım göstərmələri arzu edilir».
Məlik Abov P. Kovalenkskinin himayədarlığı nəticəsində «öz əlaltılarının sayına» (400 icma) yenə 300 erməni ailəsini əlavə etdi. Çarizmin diplomatiyası güman edirdi ki, burada siyasi mürəkkəblik zamanı bu ermənilərdən istifadə edilməsi mümkün idi. (Ş. Tetvadze, O. Tetvadze, Ermənilər Gürcüstanda, Tbilisi. 1998. səh. 53). Ermənilərin Gürcüstanda çoxalması məqsədi ilə ruslar Kovalenskiyə Gürcüstan çarına müsəlmanlarla sərhədin möhkəmləndirilməsi üçün «xristian icmalarının Gürcüstan ərazisində məskunlaşmasının nə dərəcədə sərfəli olduğunu dərk etdirməyi həvalə edirdilər».

Faktdır ki, II İraklinin vəfatından sonra Rusiya Kartl-Kaxetinin aneksiyası üçün hər şeyi edirdi və öz məqsədlərini həyata keçirimək üçün istinad yaradırdı. Belə bir mühüm amillərdən biri olaraq onlar Kartl-Kaxetiyə ermənilərin köçürülməsini və erməni tacir -sənətkarlarının gücləndirilməsini hesab edirdi.
Tarixi mənbələr bizə göstərir ki, Kartl-Kaxeti çarlığının Rusiyaya birləşdirilməsinə və Baqrationilər taxt-tacının ləğv edilməsinə Peterburq(Ovanes Lazarian, daha doğrusu, İvane Lazarev) və Gürcüstanın böyük erməni tacirləri və dini şəxsləri (İoseb Arğutinski- Arğutiani-Arğutaşvili) böyük maraq göstərirdilər. Onlar Rusiyanın açıq-aşkar cəsusuna çevrilirdilər və Rusiyanın yardımı ilə 1780-ci illərdə erməni çarlığının bərpası layihəsini də yaratdılar. İvane Lazarev İoseb Arğutinskinin planı ilə erməni çarğılında hər hansı erməni əyanı olmalı idi. Əgər ruslar buna qarşı çıxsa idilər, onda ermənilərin çarı knyaz Potyomkin olmalı idi.

Ermənilərin katolikosu İoseb Arğutinski «köhnə, itən «Armeniya»nın bir hissəsini hər halda Gürcüstana gətirmək üçün bütöv bir hərəkat yaratdı. Ona qarşı, sözsüz ki, Gürcüstan çarlığının mövcudluğu hasar çəkirdi və ermənilərin katolikosu da bu tərəfə hücuma keçdi. Düşündürücü haldır ki, Gürcüstanın işğalı üçün göndərilən rus qoşununun başçısı erməni general Lazarevin (əslən şulaverili erməni- V. Ş.) təyin edilməsi, məhz elə bu Arğutinskinin və yaxud onun ətrafındakılarının işi idi». ( Tamar və Akaki Papava. Gürcüstanın son çariçası Məryəm, Buenos-Ayres. 1956. səh. 86)
Keşiş P. Karbelaşvili 1916-ci ilin avqustunda «Samşoblo»(Vətən») qəzetinin səhifələrində «Ermənilər Gürcüstanda»( tarixi sənədlər) adlı silsilə məqalələr dərc etdirib ki, burada da ermənilərin Gürcüstana qarşı əxlaqsızlığını, vəhşiliyini və xəyanətkarlığını ifşa edirdi. O yazır ki, ermənilərin patriarxı İoseb Arğutinski, Tiflis erməniləri Ermənistan çarlığının bərpasını arzu edirdilər və buna görə də II İraklinin güclənməsini xoşlamırdılar, əksinə, Rusiyanın təsirinin güclənməsinə və Gürcüstanın zəifləməsinə əl qoyurdular. Krtsanisi döyüşündən öncə İraklini qarabağlı ermənilərdən kim uzaqlaşdırdı? P. Karbelaşvili sual verir və göstərir ki. bunu tiflisli ermənilər etdilər ki, onların da yardımı ilə II İrakli güclənməyə idi. («Samşoblo» («Vətən») qəzeti, 1916,11 -18, VIII.)

Elə bunu Tiflisli erməni monaxları Taquh Mirimanyan və Qayane Xocabehbudov 1795 ci il oktyabr tarixli məktubunda təstiq edirlər. Məktubda deyilir: «Gürcülər ona qarşı (Ağa Məhəmməd Şah Qacara) mübarizəyə qalxdılar, lakin kiçik qoşunla (ən çoxu da ona görə ki, gürcülər ilə ermənilər arasında parçalanma mövcud idi) Çar iranlıların qoşununa qarşı çıxa bilmədi» (Qulaber Klarci. Adı çəkilən əsəri).
Gürcüstan çarlığının süqutunun yaxınlaşmasında Peterburq və Moskvanın erməni koloniyasının fəal iştirakını baş sərdar general Knorrinqin, erməni general Lazarevin və Tiflisin böyük tacirlərinin məxvi əlaqələri təstiqləyir( Peterburq- Moskva- Mozdok -Tiflis).
Hər halda ermənilər rusları nə ilə maraqlandıra bilərdilər? Məlumdur ki, ilk növbədə çoxlu pul ilə və bəxşişlərlə ki, ona da rus məmurları həmişə meyllərini göstərirdilər və indi də göstərirlər; ikincisi, ermənilər ruslara Gürcüstanın zəifləndirilməsmndə və işğalında yardım göstərirdilər. Bəs, ermənilərin başqa nəyi var idi ki, onlar ilə ruslara xoş gələ idi( Bunu «Erməni radiosu»nun lətifəsi də təstiqləyir: Dünyada ən dözülməz, pis xalq kimdir,- deyə ermənidən soruşurlar. Əvəzində bizim ən yaxşı konyakımız vardır, -deyə o, cavab verir).
Çarlıq taxtından Baqrationilərin uzaqlaşdırılması işində ermənilərin marağını tarixçi Aleksandre Cambakur-Orbeliani də təstiqləyir. O, işarə edir ki, Gürcüstana qarşı sui-qəsd edən ermənilərə Orkivateriyanın insanları qatılırdı da və Gürcüstanın süqutu üçün onlara yardım edirdilər. Onlar Orkivateriyadan çoxlu pul gətirirdilər. Bütün şəhər və böyük kəndlərdə özlərinin cəsusları var idi. Qəlbiaçıq gürcülərə öz istədiklərini tövsiyyə edirdilər. (A. Cambakur- Orbeliani, Çar İrakli barəsində az-maz məlumatlar, səh. 52).
Cambakur-Orbeliani belə bir nəticə çıxardıb: «Son vaxtlar bildiyimə görə. mənə ətraflı nəql etdilər, ermənilərin üzündən Gürcüstanın başına nələrin gəldiyini mənə ətraflı nəql etdillər. Başqa heç kimi təqsirləndirməyək, onlar bizim əlimizlə tikan yoldururdular. Biz onların silahı idik» (Elə orada).
Tamar və Akaki Papavalar qeyd edirlər ki, Peterburqun və Gürcüstanın böyük tacir-kommersant ermənilərinin bu dairəsi bir daha Kartl-Kaxeti çarlığının ləğvində Rusiya generallarını qızışdırırdılar və erməni Lazarev bu qərarların həyata keçirilməsini sürətləndirdi. Katolikos İoseb Arğutinski, I Pyotr və II Yekaterinenin «Böyük Ermənistan»ın yaradılması layihələrini dəfn edəndən sonra yeni yolun axtarılmasına başladı. Bu yeni yol, Gürcüstan çarlığının ləğvi və onun xarabalıqları üzərində rus quberniyalarının cücərdilməsi idi ki, onun da qoynunda ermənilərə yeni imkanlar açılmalı idi. Burda başlıcası, İran-Osmanlıya və Azərbaycan xanlıqlarına dağılan ermənilərin Gürcüstanda yeni sığınacaqlarının tapılması idi. (T. Papava, A. Papava, sözügelən əsəri. Səh. 87- 88).
Kartl-Kaxeti çarlığının ləğv olunmasında ermənilərin katolikosu İoseb Arğutinski xüsusi olaraq məzəmmətə layiq rol oynayıb. Məhz elə onun təşəbbüsü və başçılığı ilə tiflisli ermənilər Sioni məbədində gürcülərin məcburi andiçmələrindən əvvəl öz istəkləri ilə, böyük təm-təraqla (74 keşişin, 8 arximandratın, çoxlu erməninin iştirakı ilə) Vank şurasında Kart-Kaxeti çarlığının yox edilməsini qeyd etmək üçün böyük ibadət-dua mərasimi keçiriblər. Rus hərbi tarixçisi Potto birbaşa göstərir ki, «Ermənilərin patriarxı İoseb caamatı Vankın bərəsində qarşılayır. O, əlindəki qabda olan alovu imperatorun (I Pavel- V. Ş.) şəkli üzərinə yellətdi. Bundan sonra yerə əyilərək onun qarşısında diz çökdü. Sonra şəkli başının üstünə qoyaraq uca səslə dedi: «Çox böyük və şərəfli olan bizim çarımız və onun bütün camaatı sağ olsun». Rus tarixçisi N. Dubronin yazır ki, təntənəli ayinin icrasından sonra İoseb Arğutinski Vank məbədində nitq söyləyib. O bəyan edirdi: Sizin çöhrənizdə necə də sevinc hissləri vardır. Ey, xristianlığın nəcib camaatı, bu gün bizim azad olmaq günümüzdür, çiçəklənmə günüdür. Bizim oz həqiqi istəyimiizə çatdığımız, xoşbəxtliyimizə qovuşduğumuz gündür.Bizim əcdadlarımiızın çata bilmədiyi gündür. (Tamar və Akaki Papavalar, sözügedən əsəri, səh.81-83)
Zahirdə İsa peyğəbərin bəndəsi olan, batində isə başqa cür olan bu erməni katolikosu bu təntənəli ayinin keçirilməsindən sonra 1801-ci il fevralın 20-də təcili olaraq Qafqazın baş sərdarı Knorrinqə Kartl-Kaxeti çarılığının ləğv edilməsində şəxsi xidməti barəsində məlumat verirdi.
Kartl-Kaxeti çarğılının süqutunun və gürcü Baqrationilərin köçürülməsi -məhv edilməsi işində rusların qoşunlarının sərdarı erməni general Lazarevin(Lazaryanın) az «xidməti» yoxdur. o, gürcü Baqrationilərini ermənilərin bu Gürcüstan çarlığının ləğv edilməsinə həsr olunan bayramında iştirak etməyə məcbur etdi. O. bu prosesin başa çatdırılmasıməqsədilə çar ailəsinin üzvlərini bir-birinə qarşı qoymaq üçün ən çirkin və yırtıcı vasitələrdən istifadə edirdi. Zakariyya Çiçinadze yazır ki, «general Lazarev çar Giorginin narahat olduğunu və ölümünün yaxınlaşdığını görəndə, hiyləgərliyini işə saldı və gürcü çarlığı ailəsinin üzvlərini bir-birinin üstünə qaldırdı, düşmənçilik, qisas və hər cür mənfurluq toxumu səpdi... Bütün bu yaramazlıqların səbəbi ruslar və onların rəhbəri Lazarev, Qulikov və onların avam yerinə qoyduqları şahzadələr idi (Z. Çiçinvadze, İmperator Pavel çar Giorgidən Gürcüstanı necə qopartdı». səh. 20).
Rusiya hakimiyyətinin göstərişi ilə və yerli erməni əyanlarının təhriki ilə Lazarev şahzadələrin, çariçaların və ümumiyyətlə, çar soyunun bütün nümayəndələrinin yerlərini, torpaqlarını, yurdlarını əllərindən aldı. O, Gürcüstanın son çariçasına, XIII Giorginin dul qadını Məryəmə çox hörmətsizcəsinə yanaşdı.Onun son dəyirmanını da belə qoymadılar. Ondan öz sarayını aldılar. Xəzinə bu sarayı fərdi şəxsə satdı. Bu azğınlaşmış Lazarev ondan da çəkinmədi və 1803-cü ildə çariça Məryəmin yataq otağına soxuldu və Rusiyaya köçürülməsi məqsədi ilə onu zorla çıxartmaq istəyirdi. Qürurlu vətənpərvər qadın mərdanə qərar qəbul etdi bu səfeh zorakını xəncərlə yaralayaraq o dünyaya göndərdi. Bu nakişi öz həyatını şərəfsizliklə başa vurdu.
Ermənilər təkcə Kartl-Kaxeti çarlığının süqutuna imkan yaratmadı, eləcə də Gürcüstanda bərqərar olmaqda və qədəmlərini basmaqda ruslara hər cür yardım göstərirdilər. Bunun üçün onlar təkcə əmlaklarını deyil, həyatlarını da əsirgəmirdilər.
Rus müstəmləkə və amansız üsul-idarəsinə qarşı gürcülər üsyanlara başalyanda erməni kilsəsi və yuxarı təbəqələr ruslara tərəf çıxdılar. Məs: 1812 ci il Kaxeti üsyanı zamanı İraklinin oğlu şahzadə Aleksandrı siğnağlı ermənilər dustaq etmək üçün arxasınca düşmüşdülər. Rusların ağır günündə tiflisli erməni tarcirlər onlara qoşunu yemləmək üçün böyük miqdarda müftə buğda təhvil veriblər. Belə faktlar çox idi və bu da onu şərtləndirdi ki, Qafqazın baş sərdarı Rtişşevin 1813-cü il mayın 13-də rus imperatoru I Aleksandra mətkub göndərdi və Gücüstanda yaşayan ermənilərin Kaxeti üsyanı zamanı Rusiya qarşısında göstərdikləri xidmətə və faktiki olaraq gürcülərə xəyanətkarlıqlarına görə, mükafatlandırılmasını tələb etdi: «Özümü xoşbəxt sayıram ki,- o imperatora yazırdı,- məlumunuz olsun ki, Gürcüstan sakinlərinin mühüm hissəsini təşikl edən erməni milləti siz əlahəzrətləri tərəfindən sədaqətli əlaltılarına göstərilən, dil ilə deyilməyən səxavətə, mərhəmətə, ali himayədarlığa görə həddindən artıq sizə minnətdardır... Bütün Gürcüstanda bizə sədaqətli insan qalmadı, təkcə ermənilərdən başqa, onlar nəinki üsyanda iştirak etmədilər, hətta həyatlarını da və əmlaklarını da əsirgəmirdilər... Bizim qoşunlar ilə üsyançıları məhv etmək üçün birgə mübarizə aparırdılar.Hökumət ermənilərə minnətdarlığını bildirməlidir, ona görə ki, üsyançıların nə etmək istədikləri və mənzillərinin harda olması barədə vaxtında və irəlicədən məlumat verirdilər.
Kaxetinin müxtəlif guşələrinə dağılan bir-birindən əlaqəsi kəsilən qoşunun bir-birlərindən nəsə məlumat alırdılarsa, bu da ermənilərin sayəsində baş verirdi. Belə ki, onlar böyük məmnuniyyətlə və könüllü olaraq bu cür qorxulu vəzifəni yerinə yetirirdilər və xidmətə sədaqətliliklərinə görə də çox hallarda həyatları ilə vidalaşırdılar» (A. Froneli, Kaxeti üsyanı, Tiflis, 1907, səh. 229)
Gürcülərin məhv edilməsinə, çuğulluğun bu iyrənc hərəkətinə və ruslara qarşı sədaqətliliklərinə görə, Rtişşev «təşəkkurnamə ilə onların mükafıatlandırılmasını xahiş edirdi və elə oradaca göstərirdi: «Bu cür həvəsləndirmə ermənilərinin sədaqətliliyini və fədakarlığını daha da artıracaq və gürcü icmasının camaatı arasında hiddət əmələ gələcək və gərginliyə səbəb olacaq. AKAK, m.v.s. 222).
lutfkarlıq olaraq sığındığı ölkədə istənilən özünü sevən millət üçün bu cür hərəkət nəsə biabırçılıq və üzqaralığı olmalı idi, lakin təkcə təşəkkürnaməni alan ermənilər üçün deyil, eləcə də bəyənən və bununla qürurlanan üçün də. Bu cür xalqla bundan sonra necə danışa bilərsən! Halbuki, ermənilərdən bunu gözləmək heç də təəccüblü deyildir. Budur, erməni Tovma Metsopetsi öz həmvətənləri barəsində nə yazır: «1431-ci ildə bizim ölkədə dəhşətli aclıq başladı, dindarlar, eləcə də dindar olmayanlar arasında. Belə ki, itləri, pişikləri, meyidləri, atları, eşşəkləri, qatırları və dəvələri yedilər. Artıq heç bir şey qalmayandan sonra özlərinin oğullarına və qızlarına üz tutdular. İş o yerə çatdı ki, gizli və aşkar olaraq min nəfəri yedilər... Dinrdarlar qış vaxtı Araratın sağrısından aşaraq Gürcüstana tərəf yönəldilər». ( Tovma Metsopetsi, Temurləngin və onun nəsillərinin tarixi, Tiflis. 1987, səh. 7).
Bu camaat öz uşaqlarını istəmirdilər, bizi istəyəcəkdilər. Nəticə çıxarmaq olar ki, ermənilər gürcü dövlətçiliyinin süqutu işində layiqsiz və yırtıcı rol oynayıblar. Ermənilərin əxlaq etiqadını və xəyanətkar təbiətini yaxşı bilən rus hakimiyyəti Kartl-Kaxeti çarğılının ləğv edilməsi işində yaxşı istifadə edib.
Rusiyada və Gürcüstanda yaşayan böyük tacirlərin və kilsə şəxslərinin, kommersant İvane Lazarevin, general Lazarevin, katolikoslardan Luka, İoseb Arğutinsikinin, Darçiya Bebutaşvilinin yardımı ilə onlar rus hökmranlığının Gürcüstanda bərqərar olmasına və möhkəmləndirilməsinə, eləcə də Baqrationilərin hakimiyyətdən uzaqlaşdırılmasına və onların Rusiyaya köçürülmiəsinə nail olublar. Ruslar müvafiq olaraq ermənilərin səqaqətliliyini və gürcülərə xəyanətkarlıqlarını dəyərləndiriblər və XIX əsrdə Osmanlıdan qovulan yüz minlərlə ermənini Güircüstanın torpaqlarına məskunlaşdırıblar və Gürcüstanın demokratik aneksiyasını da təşkil ediblər. Ələlxüsus, ona qədər faktiki olaraq barmaqla sayılan ermənilərin yaşadığı Samsxe-Cavaxetidə.
Rusların 1811-ci ildə Gürcüstan kilsəsinin avtokefaliyasını ləğv etdiyi, erməni məktəblərində erməni dilinin tədrisi kimi, erməni kilsəsinin avtokefaliyasını qoruyub saxladığı bir vaxtda.

Gürcü dilindən tərcümə edən:
Mirzə Məmmədoğlu


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
Yakob AXUAŞVİLİ:

Yakob AXUAŞVİLİ: "GÜRCÜSTANDA ERMƏNİ VƏ GÜRCÜLƏRİN ETNİK PROSESLƏRİ"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan
Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiya
Ermənilərin Gürcüstana hücumları - (II hissə)

Ermənilərin Gürcüstana hücumları - (II hissə)

Bədii Tərcümə, Tiflis
Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Tarix

"1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı..."

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Tea Marxvaidze:

Tea Marxvaidze: "ERMƏNİLƏR ABXAZİYAYA NECƏ KÖÇÜRÜLDÜLƏR?"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Ermənilərin Gürcüstana hücumları - (I hissə)

Ermənilərin Gürcüstana hücumları - (I hissə)

Bədii Tərcümə, Tiflis
Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Borçalı, Tarix
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

Bədii Tərcümə, Gürcüstan, Tarix, Qərbi Azərbaycan
Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan, Hüquq, Diaspora
BONDO ARVELADZE:

BONDO ARVELADZE: "Bütün ermənilərin katolikosu II Qarenin Tanrıdan və gürc ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Platon İoselianinin «XIII Georginin həyatı» əsəri və Azərbaycan mövzusu

Platon İoselianinin «XIII Georginin həyatı» əsəri və Azərbaycan mövzusu

Ədəbi əlaqələr, Bədii Tərcümə
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət
Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ...

Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ...

Gürcüstan, Siyasət
Ermənilərin xəyanəti unudularmı?

Ermənilərin xəyanəti unudularmı?

Tarix, Turan, Köşə yazılar

"Keşikçidağ məbədində baş vermiş insident böyük narahatlıq doğurur" - ƏFL ...

Milli Məclis, MEDİA
“Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib

“Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan, Siyasət
Gənc yazarın İcraildə məqaləsi dərc olunub:

Gənc yazarın İcraildə məqaləsi dərc olunub: "TƏBLİĞ EDİLMİŞ NİFRƏTİN NƏTİC ...

Qarabağ, İsrail, Köşə yazılar
Ağa Məhəmməd şah Qacarın bir qardaşı da vardı...

Ağa Məhəmməd şah Qacarın bir qardaşı da vardı...

Tarix
Rəy yazın: