Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Baş konsul Sultan Qasımov, MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Rüfət Quliyev və Adil Əliyev, AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev və Sankt-Peterburqdakı ali məktəblərdə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan Baş konsul Sultan Qasımov çıxışında Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının referendumda iştirakının vacibliyini bildirib. O, Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğunda səsvermənin mümkünlüyünü vurğuluyub.
AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilat rəhbəri Leyla Əliyeva adından tədbir iştirakçılarını salamlayaraq AMOR Sankt-Peterburq regional bölməsinin fəallarına uğurlar arzulayıb. Deputat Rüfət Quliyev isə çıxışında Azərbaycanın iqtisadi inkişafından və ölkədə aparılan üğurlu islahatlardan danışıb. O, dəyirimi masa iştirakçılarını Azərbycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan dəyişikliklərlə tanış edib.
Dəyirmi masada ali məktəblərin tələbələrinin "Azərbaycanda konstitusiya islahatları" adlı məruzələri dinlənilib.