BİLAL ƏNSƏR: "Baş Keçidi yazmışam, Ləmbəlimlə sıx sirdaş..."

BİLAL ƏNSƏR: "Baş Keçidi yazmışam, Ləmbəlimlə sıx sirdaş..." OXUCU MƏKTUBU
Salam, çox hörmətli Müşfiq müəllim!
Bu günlərdə arxivimi töküşdürürdüm. Şair dostumuz Mədəd Coşqunun: “Bütövlüyünə, ər və ərənliyinə, istedadına, ən əsası, ürəyinə məftun olduğum qardaşım Bilal müəllimə xoş arzularla”. (müəllif-17 iyul 1998-ci il... imza) avtoqrafiyalı mənə bağışladığı “Amandı, dünya” adlı kitabını oxuduqca, ayrı-ayrı şerlərə uyğun yazdığım bəndlər qarşıma çıxdı. 24 ildir ki, onlar arxivdə qalıblar. Bəlkə sevimli turan.info.az“Şərqin səsi” öz səhifələrində onlara yer ayıra bildi.

Sevginin, məhəbbətin,
Özü qəmdi, kədərdi.
Qardaş belə olmasa,
Sevilmək də hədərdi.

Yox, Mədəd Coşqun, yox, yox,
Ata həsrət qalmasın.
Doğmasını atalar,
Vaxtsız yola salmasın.

Qoy oğullar həyatda,
Doğma atasız qalsın.
Ana olan qızlar da,
Ananı yola salsın.

Qorxaq olma qardaşım,
Ölüm ki haqdan haqdır.
Şersiz qalma qardaşım,
Qaş çatmağın nahaqdır.

Qocal qardaş yaza-yaza,
Qocalığın ləzzəti var.
Ucal qardaş, dön payıza,
Qoy bürüsün başını qar.

Gülmək də, ağlamaq da,
Bu dünyada lazımdır.
Ora bel bağlamaqsa,
Vallah qara yazındır.

Itirmisən özünü,
Məhəbbət dəryasında.
Sən demisən sözünü,
Kişilər dünyasında.

Gözəldən söz alanda,
Yaltaqlara gor dolur.
“Hə” ürəksiz olanda,
Çiçəkləri tez solur.

Sevməyin də ölümü,
Sevilməyin də.
Hansını seçim, gülüm?
-Qara zurna səsinə,
Güləşdir onları sən
Qalibi seçməlisən.

Nə qədərdir yol, əzizim,
Gözlərlə qaş arasında.
Qardaş, niyə ilişibsən?
Torpaqla daş arasında.

Mən itirə bilərəmmi,
Çiçəklənmiş əməyini.
Əziz dostların toyunda,
Alovlu “tost” deməyini.

Mən də həsrətindəyəm,
Doğma yurdun, a qardaş.
Baş Keçidi yazmışam,
Ləmbəlimlə sıx sirdaş.

Çox böyük hörmətlə
Bilal Ənsər.
AYB-nin üzvü

15.04.2022
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Bilal ƏNSƏR:

Bilal ƏNSƏR: " Qocalar ağlamasın"

Poeziya, "Mən Şirvanın səsiyəm", Turan, Qərbi Azərbaycan
BİLAL ƏNSƏR:

BİLAL ƏNSƏR: "Göydə Allahım var, Yerdə İlhamım!.."

Müsabiqə, Turan, Qərbi Azərbaycan
Bilal ƏNSƏR: Doğma Ləmbəlimdə yeni həyatı, Borçalı dəbində qura biləydim...

Bilal ƏNSƏR: Doğma Ləmbəlimdə yeni həyatı, Borçalı dəbində qura biləydim...

Borçalı, Qərbi Azərbaycan
Təbrik edirik, TURAL BALABƏYLİ!...

Təbrik edirik, TURAL BALABƏYLİ!...

Təbriklər
VƏFA BAYRAMQIZI  (1979)

VƏFA BAYRAMQIZI (1979)

Poeziya, Müsabiqə
MƏMMƏDƏ AĞI

MƏMMƏDƏ AĞI

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Gülbəniz AĞASIYEVA (1964)

Gülbəniz AĞASIYEVA (1964)

Müsabiqə

"HEYRANAM" - iki dost şairin MƏKTUBLAŞMASI

Poeziya, Başkeçid, Qabal, Diaspora
Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA  Minnətdarlıq məktubu

Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA Minnətdarlıq məktubu

"SAZLI-SÖZLÜ BORÇALI", Darvaz, Arxiv, Müşfiq Borçalı
Bilal ƏNSƏR: Yaxşı insan, Rəşid Qədirov, hardasan?

Bilal ƏNSƏR: Yaxşı insan, Rəşid Qədirov, hardasan?

Regionlar, Borçalı, Qərbi Azərbaycan
AY MƏDƏD OĞLU!...

AY MƏDƏD OĞLU!...

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Darvaz, Arxiv, Müşfiq Borçalı
İNANIRAM Kİ, BU SÖZ BÖYÜYƏCƏK

İNANIRAM Kİ, BU SÖZ BÖYÜYƏCƏK

Başkeçid, Təbriklər
Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!....
Ömüründən yarımayan İsmayıl!

Ömüründən yarımayan İsmayıl!

Nekroloqlar
ATA, GÖZLƏRİNİ YUMMA AMANDİR...

ATA, GÖZLƏRİNİ YUMMA AMANDİR...

Poeziya, Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Rəsmi Xəbərlər, Turan
Ruhun şad olsun, Zəhra xanım!

Ruhun şad olsun, Zəhra xanım!

Azərbaycan, Nekroloqlar
80 YAŞIN MÜBARƏK, USTAD!..

80 YAŞIN MÜBARƏK, USTAD!..

Başkeçid
ULU BORÇALIMIZIN ZİYALI OĞLU - MƏDƏD QAĞAMIZ UNUDULMAZDIR!..

ULU BORÇALIMIZIN ZİYALI OĞLU - MƏDƏD QAĞAMIZ UNUDULMAZDIR!..

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Cəlil Komradlı (1966)

Cəlil Komradlı (1966)

Müsabiqə
Rəy yazın: