20 yanvar faciəsi ilə bağlı
tədbir təşkil edib.
Tədbirdə şəhidlərin xatirəsi ehtiramla yad edilib,
20 yanvara həsr olunan fotoşəkillər və plakatlar nümayiş olunub.
Azərbaycan mədəniyyət evinin direktoru
Yeganə Salman və
"AZİZ" təşkilatının Qüds şəhərindəki rəhbəri Aleksandr Aqranovkiy tədbirdə cıxış edərək azərbaycanlılara qarşı törədilmiş müsibətlərdən bəhs ediblər.
Qeyd olunub ki, biz Azərbaycanın hər zaman yanındayıq və hər birimiz 1990-cı ilin yanvar hadisələrini və yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciəni daim xatırlayırıq. Onlarla insanın ölümü və yaralanması iıə müşaiyyət olunan bu hadisə Azərbaycan tarixinin qanlı səhifəsidir.
Eyni zamanda, həm də mütəqillik uğrunda qəhrəmanlıq dastanıdır. Anım tədbirində 20 Yanvar gününün Azərbaycanda "Ümumxalq hüzn günü" kimi qeyd olunmasından da danışılıb və o müdhiş gecənin qurbanları arasında yəhudilərin də olduğu bir daha diqqətə çatdırılıb.
Bildirib ki, Qara Yanvar hadisələrində 22 yara alan Yan Meyeroviç, 17 yaşlı gənc Vera Besantina və insanları xilas etməyə çalışan həkim Aleksandr Marhevkanın xatirəsi heç zaman unudulmayacaq və hər zaman qəlbimizdədir.
turan.info.az
.