dəyərli soydaşımız
Tofiq Məmmədov
sentyabrın 23-də
bu ölkədə keçiriləcək
parlament seçkilərinə
qatılacaq.
turan.info.az xəbər verir ki, T.Məmmədovun namizədliyi Yeni Zelandiyanın
Leyboristlər Partiyası tərəfindən irəli sürülüb.
Qeyd edək ki, 22 ildir Yeni Zelandiyada yaşayan Tofiq Məmmədov 1978-ci ildə Bakıda doğulub, 18 saylı orta məktəbdə, daha sonra isə Yeni Zelandiyanın Okland şəhərində yerləşən Mount Roskill beynəlxalq məktəbində orta təhsil alıb, Açıq Politexnik İnstitutunun məzunudur. 1995-ci ildən Okland şəhərində yaşayan soydaşımız bu ölkənin vətəndaşıdır. Hazırda Daşınmaz Əmlak Şirkətlər Qrupununun sahibi olan həmyerlimiz siyasi fəaliyyətə 1999-cu ildən Leyboristlər Partiyasının üzvü kimi başlayıb.
T.Məmmədov 2014-cü ildə keçirilmiş parlament seçkilərində də iştirak edib.
Biz də dəyərli soydaşımız Tofiq Məmmədova yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
turan.info.az
.