Şəhərin maliyyə mərkəzi olan Uol Stritin “Bowling Green” parkında keçirilən tədbir Nyu-York Azərbaycanlıları Assosiasiyasının tərəfindən təşkil olunub.
Tədbirdə ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
ABŞ-ın və Azərbaycanın dövlət himnlərinin səslənməsindən sonra Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli və təşkilatın vitse-prezidenti Zəminə Mirhadıyeva çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasının iyirmi beş illiyinin ABŞ-da qeyd olunmasının önəmini vurğulayıblar.
“Bowling Green” parkında keçirilən bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.
.