Tədbiri açıq elan edən "Bahar Enerji" əməliyyat şirkətinin icraçı direktoru Elshad Hasanov Ulu Öndərin Azərbaycan xalqına olan əvəzsiz xidmətlərindən bəhs etmiş, Əsirin müqaviləsinin tarixi əhəmiyyətini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov Heydər Əliyev dühasının Azərbaycan xalqının təşəkkülündə oynadığı roldan bəhs edərək dedi ki, Ulu Öndər neft kapitalını Azərbaycan Respublikasının inkişafına istiqamətləndirərək ölkəmizi və onun gələcəyini aydın sabahlara doğru apara bilmişdir. O, eyni zamanda son dövrlər ölkəmizə qarşı həm ölkə daxilində həm də ölkə xaricində, Azərbaycan xalqına söykənməyən, xalqdan qidalanmayan, sosial sifarişi əks etdirməyən bəzi ünsürlərin pozuculuq əməlləri haqqında partiya üzvlərinə geniş məlumat vermişdir. Doğma Partiyamızın mövqeyini müdafiə etməyin əhəmiyyətini görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Azərbaycan Respublikasının ən gənc Milli Qəhramanı olan Cavanşir Rəhimovun anası, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının partiya veteranı, "Bahar Enerji" əməliyyat şirkətinin məsul əməkdaşı Lalə Rəhimova da, Ulu Öndərin şəhid ailələrinə və vətənə olan xidmətlərindən və onun ən layiqli davamçısı İlham Əliyevin eyni bu siyasi xəttə olan sədaqətindən bəhs etdi.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çəkilmiş sənədli filmə tamaşa edilmişdir.
turan.info.az
.