Konfransı giriş sözü ilə tanınmış ziyalı, yazar İlahə xanım Bayandur açıb.
O, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım haqqında ətraflı məlumat verib.
Sonra "Ziya Ocağı" İctimai Birliyinin sədr müavini Ağasəf İmran çıxış edərək, ermənilərin törətdikləri vəhşiliklər nəticəsində minlərlə günahsız insanların öldüyünü, bunun bariz nümunəsi kimi Qubada olan məzarlığı və bu məzarlığın bütün dünyaya bir sübut olduğunu qeyd edib.
Daha sonra görkəmli jurnalist Xanoğlan Əhmədov, şəhid bacısı, müəllimə Müşfiqə Baxşıyeva, "Şərqin səsi" qəzetinin və "turan.info.az" saytının xüsusi müxbiri "Borçalı" NPM-nin ədəbi redaktoru, Azərbaycan Dövlətçiliyi və Prezidentinə Milli Dəstək Mərkəzi Suraxanı rayonu Mədəniyyət Şurasının sədri, şair-publisist Yunis Qaraxanov, gənc şairə İlhamə Əhmədova və başqaları
çıxış ediblər.
Sonda yenə də tanınmış ziyalı, yazar İlahə xanımın çıxışı ilə Konfrans öz işinə yekun vurub.
İlyas Əfəndi VƏFALI,
turan.info.az
.