Azadlıq namine canından keçdin,
Ölmezlik camının şerbetin içdin,
Üçrengli bayrağı sen kefen seçdin,
Qönçe tek açmamış, solan şehidim.
İgid, siper çekdin Ana Vetene!
Gece sine gerdin yağı-düşmene!
Nece vida etdin ter benövşene?!
Hicran neğmesini çalan şehidim.
Candan eziz tutdun Azerbaycanı,
Haqqa qurban verdin sen şirin canı,
Saf, müqeddes andın gezdi her yanı,
Haqq ile sirrini bölen şehidim.
Eynine geymedin bey libasını,
Doğmalar duymadı toy sedasını,
Bütöv Azerbaycan tutdu yasını,
Cennetde kamını alan şehidim.
Ey Ulu Göyçenin şehid balası!
Olmadı qismetin Mecnun sevdası.
Sevdin Vetenini, sevdin qisası...
Doğma yurd-yuvası talan şehidim.
Bulaqtek qaynayıb, çağlayan Ülvi,
Seven ürekleri dağlayan Ülvi,
Şehid-şair kimi parlayan Ülvi,
İzi tarixlerde qalan şehidim.
Qiyamete qalmaz mezlumun ahı,
Yaradan bol etsin nurlu sabahı.
Başımın üstünde Elesger ruhu,
Her an imdadına gelen şehidim.
Meqamın mübarek, ay Veten oğlu!
Her anın mübarek, ay Veten oğlu!
Simanı hemkarın say, Veten oğlu!
Gezdiyi meqamı bulan şehidim!
Sima Azadqızı (Göyçeli)
20.01.2018
ÖMRÜN - AĞA BÜRÜNMÜŞ QIŞ!
20 yanvar şəhidi Ülvi Bünyadzadənin
əziz xatirəsinə
...Biz yaşlandıq,
Sənsə elə əvvəlkitək gözəl qaldın!
Surətində o məsumluq,
Dalğalanan qara saçın...
Heç bilmədin,
Sən gedəli
Yetimləmiş dəftərinə, kitabına
Layla çaldı anan, bacın...
Səni geri qaytarmadı
Nə ağılar,
Nə yalvarış!
Bir tarixə sığışmayan ömrün - ağa bürünmüş qış!
Günlər ötdü,
İllər keçdi...
Biz neylədik?
Gah yükləndik günahlarla,
Gah da günah təmizlədik!
Sənsə,
Elə aydan arı-sudan duru gözlərinlə gülümsədin...
Nə bir könül yaraladın,
Nə bircə yol yalan dedin.
Adın kimi amalın da ülvi oldu, təmiz oldu!
Xəyalların bəyaz yelkən,
Arzuların dəniz oldu!
Şeirlərin sevilərək dildən-dilə dolandıqca,
Səmalarda məmnun qaldın...
Ilham aldın!
Özü üçün yaşayanlar unuduldu,
Sənsə,
Əziz Vətən oğlu,
Hər bir zaman
Məhəbbətlə xatırlandın!
Afaq ŞIXLI
2015-ci il
turan.info.az
.