Bu gün
Azərbaycan Texniki Universitetinin (AzTU)
İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri,
tanınmış jurnalist
Qəzənfər Bayramovun
doğum günüdür.
Bayramov Qəzənfər
Həmid oğlu - 1961-ci il
dekabrın 4-də də
Quba şəhərində
anadan olub.
Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1980-1985) fərqlənmə diplomu ilə bitirib.
1985-ci ildən media sahəsində fəaliyyət göstərir, daxili və xarici siyasi məsələlər üzrə şərhlərlə çıxış edir.
1990-1993-cü illərdə Kitabi-Dədə Qorqud ensiklopediyasında böyük redaktor;
1993-1994-cü illərdə Prezident Aparatının Analitik ekspert xidmətində böyük məsləhətçi;
1995-1998-ci illərdə Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzində ekspert;
1999-2019–cu illərdə “Ekspress” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
Media sahəsindəki fəaliyyətinə görə Qəzənfər Bayramov “Tərəqqi” medalı ilə təltif olunub
və “Zərdabi” mükafatı laureatıdır.
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyevin əmrinə əsasən,
Qəzənfər Bayramov 2019-cu ilin sentyabrından AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə
müdir təyin edilib.
Biz də hörmətli həmkarımız Qəzənfər Bayramovu doğum günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, əmək fəaliyyətində və yaradıcılıq işlərində
yeni-yeni uğurlar arzulayırıq!..
turan.info.az
.