NƏVƏM ŞAHSƏNƏM!..

NƏVƏM ŞAHSƏNƏM!.. Nənəm-nənəm Şahsənəm,
Şeyxin qızıdı nənəm,
Adına qurban olum,
Hürü, pəri pak nənəm.

Kaş əcəlim gələndə
Sənin yanında öləm.
Aybənizdən qız nəvəm,
Səni sevdikcə şənəm.
Doğma nənəmin adın,
Əziz xatirəsinə,
Dedik oldu Şahsənəm.

Həmişə əzizlərəm
Hörmətini gözlərəm,
Hər addımın izlərəm,
Üst başını bəzərəm.
Əlindən tutub onun
Bağ, bağçanı gəzərəm.

Dil aç quzum bül-bül tək,
Qardaşın qalmasın tək,
Gözəl kəklik təki sək ,
Baxsanda gül-çiçək ək.
Köməyin olsun fələk.

Ay balaca qız, nazdı qız,
İşvə, nazın azdı qız,
Deyrlər ad günündür
Qonaxların azdı qız.
Kamança, tarın hanı?
Gün el çalan sazdı qız.


Pənah SOFULU

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: