Heydər Piriyev qurumun qeniş tərkibdə keçirilən Elmi Şurasinda Akademiyanın “Adyunktura və Elm” şöbəsinin hərb tarix üzrə professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan
I dərəcəli kapitan,
tarix üzrə elmlər doktoru
Nurulla Əliyevə 55 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik
Zakir Həsənovun təbrik məktubunu çatdırıb.
Nurulla Əliyev cavab sözündə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik
Zakir Həsənova və Akademiyanın rəhbərliyinə təbrikə görə öz təşəkkürünü bildirib və vurğulayıb ki, məhz Azərbaycan hərb tarixi elminin tədqiqinə xüsusi yer ayrilmasi müdafiə nazirin bu sahəyə göstərilən yüksək qiymətin bariz nümunəsidir.
Fürsətdən istifadə edərək, biz də Azərbaycan Respublikası Silahli Qüvvələrin Hərbi Akademiyasının “Adyunktura və Elm” şöbəsinin hərb tarix üzrə professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan
I dərəcəli kapitan,
tarix üzrə elmlər doktoru
Nurulla Əliyevi anadan olmasının 55 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi yaradıcılığında, pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
turan.info.az
.