XX əsrin 1948-1953-cü illərində baş vermiş bu olaylar zamanı, dəqiq söyləsək, 24 dekabr 1950-ci ildə bir oğul dünyaya gəldi.
İstedadı, çalışqanlığı ilə çoxundan seçildi.
Hazırda bu xeyirxah insan Bakıda, Xırdalan şəhərində uşaq və gənclərə milli musiqimizin sirlərini öyrədir.
Və bu gün onun ad günü, şad günüdür.
Mən, böyük məmnunluqla bu kişini - dəyərli Qasım Ahıshalını ad günü münasibətilə təbrik edirəm.
Arzu edirəm ki, doğma Vətən torpaqlarımız düşmən tapdağından azad edilsin, Qasım müəllim rəhbərlik etdiyi kollektivlə birgə Şuşa, Laçın və Ağdamda maraqlı konsert proqramı ilə çıxış etsin.
Hörmətlə,
Şamil Sabiroğlu.
Bakı, 24.12.2016.
REDAKSİYADAN:
Biz də turan.info.az-ın Yaradıcı Heyəti adından
hörmətli Şamil Sabiroğlunun səmimi təbrikinə
və xoş arzularına qoşularaq,
dəyərli ziyalımız, elimizin-obamızın fəxri,
böyük həvəs və sonsuz bir sevgi ilə
gənclərimizə milli musiqimizin sirlərini öyrədən
çox hörmətli Qasım müəllimi ad günü münasibətilə
ürəkdən təbrik edirik.
Ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, eləcə də elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni
uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
turan.info.az