Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram çayının sahilində yurd salmışdı

Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram çayının sahilində yurd salmışdı Səlib yürüşü (1096-1099) Səlcuq dövlətini bütün gücünü düşmənə-xaclılarla mübarızəyə yönəltməyə məcbur etdi. Uzun sürən ara müharibələri və ismai-lilərin qiyamları dövləti zəif-lətdi. Buna görə də xaçlı-ların yürüşlərinin qarşısını almaq mümkün olmadı. Bir müddət Zaqafqaziya Səlcuq dövlətinin diqqə-tindən kənarda qaldı. Yaranmış fasilə, gürcü çarı IV Davidə səlcuq türklərinin hücum-larının qarşısını almağa imkan verən nizami ordu yaratmağa imkan verdi. O, 1099-cu ildə ağaları olan səlcuqlara xərac vermək-dən imtina etdi.

Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram çayının sahilində yurd salmışdı Bundan başqa, Çar David onları Gürcüstandan qovmaq, VIII əsrdən Tiflis və ətraf əraziləri idarə etmiş müsəlman əmirliyinin ərazisini öz torpqlarına qatmaq üçün bir-birinin ardınca strateji tədbirlər gördü.
1110-cu ildə gürcü ordusu Samşvildeni tutdu. Bundan sonra səlcuqlar müqavimət göstərmədən indi Aşağı Kartli deyilən ərazinin böyük bir hissəsini tərk etdilər. 1115-ci ildə səlcuq türkləri Rustavidən də çıxarıldı və Tıflis gürcü qalalarının mühasirəsində qaldı. 1117-ci ildə IV David sərhəd şəhəri Qişini də tutdu Bir il sonra isə Lori də onun tabeliyinə keçdi. Hadisələrin bu fonunda o, Şirvanşah və Bizans imperatoru ilə qohumluq əlaqələri qurdu. 1116-ci ildə qızı Tamaranı (söhbət çariça Tamaradan getmir) Şirvanşah I Əfridunun oğlu II Mənuçöhrə ərə verdi. Xristian IV David qızını müsəlmana ərə verməkdə əlbəttə siyasi məqsəd güdürdü. O, digər qızını isə Bizans imperatorunun oğluna ərə verməklə mövqeyini xeyli möhkəmləndirdi. Bundan başqa, o, etnik dayaq yaratmaq üçün köçkün gürcüləri tutduğu torpaqlarda yerləşdirdi. Gənc hökmdarın ilk uğurlu cəhdlərinə baxmayaraq, səlcuqlarla qüvvələr bərabər olmadığından o, sonrakı vuruşlarda muzdlu döyüşçülərin gücündən istifadə etmək qərarına gəldi. Gürcü çarı gələcək planlarını həyata keçirmək məqsədilə Don çayı ətrafında yaşayan qıpçaqlarla əlaqə qurdu. Qıpçaqlar 1111-ci ildə ruslar tərəfindən məğlub edildikdən sonra Aşağı Dona və Şimalı Qafqaz çölünə geri çəkilmişdilər. Burada Ətrak xan və qardaşı Sırçanın dəstələrinə dağınıq, pərakəndə halında olan digər qıpçaq dəstələri qoşuldu. Kifayət qədər güc toplayan Ətrak xanın dəstəsi rus knyazlarına qarşı duran Donetsk alanları ilə ittifaqa girdi. Şimalı Qafqazda qıpçaqlar alanları, adıqları və vaynaxları (çeçen, inquş) sıxışdırdı. XII əsrin əvvəlində qıpçaqlarla onlar arasında sərhəd Kuban, Aşağı Malka və Terek çayları boyunca stabilləşdi. Sonradan alanlarla qıpçaqların barışmasına Gürcüstan çarı IV David səbəb oldu. IV David səlcuq türklərinin hücumundan ehtiyatlanaraq hərbi gücünü artırmaq məqsədilə 1118-ci ildə qıpçaqların xanı Ətrak ilə müqavilə bağladı Bundan əvvəl isə o, Ətrak xanın qızı ilə evlənmişdi. Bu barədə "Çarlar çarı Davidin tərcümey-halı"nda məlumat verilir. IV David qıpçaq xanı Ətrak xanın (Artık xan) qızı ilə evlənməklə qıpçaq türklərindən güclü hərbi dəstək aldı. Gürcü salnaməçisi Ətrak xanın qızını Turandokta adlandırır. Çox güman ki, bu farsların türk şahzadə qızlarına verdikləri ənənəvi addır-Turandoxtər-«Turanlı qızı», yaxud «Turan qızı». Bu nikah IV Davidin xarici düşmənlərə qarşı özünə müttəfiq axtarmaq səyi ilə bağlı idi, yəni diplomatik nikah idi. IV David türk-oğuzların Səlcuq imperiyasına qarşı müharibədə birgə iştirak etmək üçün qayınatasının, qıpçaqların yanına elci göndərdi. Elçi Ətrakı xanı ordusu ilə Zaqafqaziyaya dəvət etdi. Qıpçaq tərəfi dəvətə razılıq verdilər. Gürcüstana gələn Ətrak xanın ordusunda 40 min döyüşçü vardı. Onlar ailə üzvləri ilə birlikdə 200 min nəfərə yaxın idilər. Bundan başqa, 5000 seçmə döyüşçü çar qvardiyasına daxil oldu. Sırçan isə dəstəsilə qardaşı Ətrakdan fərqli olaraq Donda qaldı.

Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram çayının sahilində yurd salmışdı Ətrak xan Gürcüstanın sərhədlərinin oğuz-səlcuq türklərindən müdafiyəsini öz üzərinə götürdü. Buna görə qıpçaqlar ölkənin cənub-şərqində və şərqində (Borçalı), o cümlədən Ahısqada və, maldarlıq üçün yararlı dağarası vadilərdə yerləşdirildilər. Köçən qıpçaqlar arasında arıxlıların əcdadı Aruq (Arıq, Arık) tayfası da var idi. Don çayı sahillərindən gələn bu tayfanın nümayəndələri Xram çayının ətrafında, səlcuq türklərinin tərk etdiyi yaşayış məntəqələrində yerləşdilər və səlcuq türklərindən fərqli olaraq müsəlman deyildilər. Aruq tayfasının sonradan bir hissəsi daha cənuba köç etdilər. Çar Rusiyası dövründə adları müxtəlif mənbələrdə çəkilən İrəvan əyalətinin Şirakel (Şörəyəl) nahiyəsində Arıqlı və Azərbaycanda Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) Arıqlı kənd adları və Amasiya rayonundakı Oxçuoğlu, Güllübulaq kəndlərində Arıxlı nəsilləri bu tayfanın adı ilə bağlıdır. Aruq tayfası orduya 4-5 min əsgər verirdi. Ətrak xanın ordusunda onlar igidlikləri ilə seçilirdi.

Ətrak xanın qıpçaqları «yeni qıpçaqlar» adlanırdı. Əvvəlki dövrlərdə gəlimiş qıpçaqlar isə “köhnə qıpçaqlar” kimi tanınırdı. Deməli, Aruq tayfası da «yeni qıpçaqlar»a aid idi. Qıpçaqların yeni köçü IV Davidə imkan verdi ki, onların hərbi gücdən öz məqsədi üçün istifadə etsin. Bu barədə qazax yazışısı Oljas Süleymanov "Az-ya" kitabında yazır:«Öz qızını ərə vermiş qıpçaq nəsili, tayfası knyaza öz qohumu kimi baxır, onun ərazisinə hücum etmirdi, əksinə, lazım gələndə onun dadına çatırdı. Kürəkən də öz növbəsində «hörmətə hörmətlə» cavab verməyə borclu idi. Torkinlər, yəni arvad qohumları qıpçaq türkləri arasında xüsusi imtiyazlara və hüquqlara malik idilər. Onlar ərin qohumlarından yaxın sayılırdı. Bu səbəbdən də Ətrak xan qızının ərinin torpaqlarını hücumlardan qorumalı idi".

Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram çayının sahilində yurd salmışdı Qıpçaqlar bir neçə həlledici döyüşdə Gürcüstanın səlcuq türklərinin əsarətinə düşməkdən xilas etdilər. IV David 1121-ci ildə qıpçaqların köməyi ilə səlcuq ordusunun hücumunun qarşısını aldı. Avqustun 12-də Didqori yaxınlığında həlledici döyüş oldu. Döyüş Gürcüstanın daxili ərazilərinə gedən yolların yaxınlığında, dar bir ərazıdə baş verdi. Bu səbəbdən də səlcuq ordusunun manevr etmək imkanı məhdudlaşdı, say çoxluğundan istifadə edə bilmədi. IV Davidin ordusunda 60 min döyüşçü var idi ki, bu ordunun da təqribən 45 mini Ətraq xanın atlılarından təşkil olunmuşdu. Orduda gürcü, osetin və erməni döyüşçülərin sayı 15 min nəfəri keçmirdi. IV David səlcuq türklərinə qarşı Bolduin adlı sərkərdənin başçılığı altında avropalı səlibçilərin qüvvəsindən də istifadə etdi. Tarixçilər bildirir ki, Səlçuq dövləti Bizans və səlibçilərlə mübarizədə zəifləsə də, Hələb və Mosul atabəyi Nürəddin Elqazi (İlqazi) adlı sərkərdənin başçılığı ilə Gürcüstana güclü ordu göndərmişdi. Səlcuq ordusu 60 minlik gürcü ordusundan sayca çox idi. Döyüşün əvvəlində IV David tərəfindən öyrədilmiş 200 qıpçaq əsgər döyüş sırasını tərk edərək səlcuqların tərəfinə keçirmiş kimi görüntü yaratdı. Səlcuq ordusunun avanqard (ön, əsas) hissəsi bu görüntüyə aldandı və onlara xətər yetirmədi. Ehtimal olunan ox yağışına qarşı isladılmış yapıncı geymiş döyüşçülər silahlarını gizlətmişdilər. Səlcuqların döyüş sıralarına girər-girməz silahlarını çıxarıb, səlcuqları qırmağa başladıqda orduda çaxnaşma yarandı. 200 əsgər döyüşə-döyüşə əvvəlcədən gizlənmiş səlibçi ordusunun yerinə çəkildi. Onları təqib edə səlcuq türkləri səlibçilərlə üz-üzə gəldi. Döyüş elə başlamışdı ki, səlcuqlar oxçu dəstələrin gücündən yararlana bilmədi. Çünki döyüş dar ərazidə baş verirdi və səlcuq ordusunun manevr etmək imkanı məhdud idi. Bir yandan IV Davidin və Ətrakın başçılıq etdiyi qıpçaqlardan ibarət əsas qoşun, bir yandan səlibçilər, digər yandan şahzadə Demetrenin başçılıq etdiyi arxa zərbə qüvvəsi səlcuqları çaşqınlığa saldı və buna hazır olmayan səlcuq ordusunun nizamı pozulu. 3 saatdan çox davam edən Didqori döyüşü IV Davidin, daha doğrusu qıpçaq ordusunun qələbəsi ilə nəticələndi.

Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram çayının sahilində yurd salmışdı Ölən də, öldürülən də
bizim əcdadlarımız idi


IV Davidin qədim gürcü tarixçisi bu hadisə barədə, “Gürcüstan üçün əsas təhlükə islamı qəbul etmiş və ancaq bacla və ölkəyə mütəmadi hücumları ilə kifayətlənməyən oğuzlardan-səlcuqlardan gəldiyini» yazırdı. Tarixçinin yazdığna görə “hər payız türklər (oğuzlar-səlcuqlar) Somxitidən keçərək bura köç edirdilər və otururdular” burada, eləcə də, “Tiflisdən Bərdəyə qədər Kür çayı boyu”. “Və onarın qüvvələri elə böyük idi ki, hətta deyirdilər hər tərəfdən türklər bura gəlir”. “ Heç kim, hətta sultanın özü də onlara orada yerləşməyə qadağan edə bilmirdi”. Gürcü çarının isə nəinki şəhərlərin və qalaların müdafiyəsi üçün ordusu, hətta özünü qorumağa belə qoşunu yox idi”. Və “başqa çıxış yolu olmadığına görə”, tarixçinin yazdığı kimi, 1118-ci ildə IV David “qıpçaqları çağırmağa məcbur oldu”. Öz qohumunun dəvətini alaraq bütün Şimali Qafqazın qıpçaq ordasının xanı Ətrak, böyük Saruxan (gürc. Şarukan) xanın oğlu, 50 min döyüşçü və onların ailələri ilə Gürcüstana yollandı. Mətndə “ormotsdaati atasi”, yəni “50 min adam” yazılıb. V. Çelidze "Gürcüstanın tarixi salnaməsi: X-Xİİ" kitabında yazır: " Artıq üç ildən sonra, 1121-ci ildə, Davidin, 45 minini qıpçaqlar təşkil edən 60 minlik ordusu oğuzları darmadağın edərək 1122-ci ildə Tiflis və Dumanis əmirliklərini tutdu". Bu əmirliklər adətən Azərbaycana bağlı idilər. Həmin vaxtdan IV David paytaxtı Kutaisidən Tiflisə köçürdü və Tiflis Gürcüstanın paytaxtı oldu. Bununla bağlı gürcü tarixçisi "Çarlar çarı Davidin tərcümey-halı"nda sevinclə yazırdı ki “David qıpçaqları nahaq yerə dəvət etmədi, “çünki onların əli ilə bütün İranın qüvvələrini məhv etdi və bütün çarların üzərinə qorxu saldı, və onların köməyi ilə inanılmaz işlər gördü”. Beləliklə, IV David tərəfindən gətirilən qıpçaqlar, Gürcü çarlığının müstəqilliyinin və çarın hakimiyətinin möhkəmlənməsində mühüm rol oynadılar. Döyüş nəticəsində səlcuq türkləri Qafqazdan çəkildi, Gürcüstan vergi verməkdən azad oldu. Bir sözlə Gürcüstan qıpçaqların köməyilə yox olmaqdan xilas oldu və həmin vaxtadək müxtəlif imperiyaların vassalı regionda güclü bir dövlətə çevrildi.
Döyüşdə bir-birini qılıncdan keçirənlər isə türklər idi. Bir tərəfdə oğuz-səlcuq türkləri, digər tərəfdə isə qıpcaq türkləri. Birincilər Zaqafqaziyada nəzarətlərindən çıxan torpaqları geri qaytarmaq, digərləri isə zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu. Ölən də, öldürülən də bizim əcdadlarımız idi. Borçalını tərk edən səlcuqlar da, onların yerinə bu torpaqlarda yerləşənlər, o cümlədən Aruq tayfasıda türklər idi. Göründüyü kimi gürcülər deyildi. Amma qıpçaqlar əksəriyyəti müsəlman deyildi. Tarixçi İbn əl Əsir 1121-ci ildə səlcuq türkləri ilə birləşmiş gürcü-qıpçaq ordusu arasında döyüşdən danışarkən qıpçaqları kafir adlandırır. Deməli, 1121-ci ildə Gürcüstanda yaşayan qıpçaqlar tamamilə islam dininə keçməmişdilər. Lakin ərəb mənbələrində Tiflisin islam şəhəri adlandırılması göstərir ki, o zaman Tiflis bölgəsində yaşayan türklər islam dinini qəbul etmişdi. Qeyd etmək lazımdır ki, “Kitabi Dədə Qorqud” eposunda Gürcüstanda “qara donlu kafir” adlandırılanlar da qıpçaqlar idilər. Sonrakı illərdə də qıpcaqlarla səlcuqlar döyüş meydanında qarşı-qarşıya gəldilər. IV David qızı Tamaranı Şirvanşah II Mənuçöhrə ərə verdikdən sonra Şirvanı sıxışdırmağa başladıqda yerli əmirlər 1123-cü ildə Səlcuq dövlətinin sultanı Mahmudun yanına gedərək II Mənuçöhrün fəaliyyətsizliyindən şikayətləndilər. Mahmud ordusu ilə Şamaxıya gəldi və II Mənuçöhrü əsir tutdu. Bunu eşidən gürcü çarı IV David 30 minlik ordusu ilə Şirvana gəldi. Lakin o, Mahmud ilə döyüşə girə bilmədi, çünki onun ordusunda olan qıpçaqlar oğuzlarla döyüşməkdən imtina etdilər. Onlar qarşıdakı orduda xidmət edənlərin türk olduğunu yaxşı bilirdilər və qardaşları ilə döyüşmək istəmirdilər. Ona görə də IV David Şirvandan geri qayıtmalı oldu. Sultan Mahmud ordusu ilə getdikdən sonra IV David yenidən Şirvana basqın etdi,1123-cü ildə Gülüstan qalasını, 1124-cü ildə bütün Şirvan dövlətinin ərazisini tutdu. 1125-ci ildə İV David öldükdən sonra Şirvanşahlar dövləti əvvəlki kimi müstəqil qurum oldu.

İyrənc təbliğat

Çox iyrəncdir ki, müasir dövrdə bəzi gürcü alimləri və yazıçıları tarixi kerçəkliyi saxtalaşdırmaq niyyətindən əl çəkmir, Didqori döyüşdə qələbəni 5-6 min gürcü döyüşcünün adına çıxmaq həyasızlığını ortaya qoyurlar. Məsələn, gürcü yazıçısı Konstantin Qamsaxurdiya Gürcüstanın azad etmələrini qıpçaqlara heç cür bağışlamaq istəmir. Yazıçı K. Qamsaxurdiya «Qurucu David» romanında iddia edir ki, guya Ətrak xan Davidin qızılına tamahsılanıb, bir növ onun əlaltısına çevrilmişdir. «Ancaq inanmıram ki, isteza kimi səslənən çarlıq titulundan başqa, Davidin nəyisə olaydı. Vətənin də ancaq adı qalmışdı, ayaqlar altında tapdalanırdı. Xeyr, tamah hissi deyildi. Ətrak xanı 45 min qıpçaq ordusu ilə ərəb-səlcuq birliyinin 300 minlik qoşunun qarşısına çıxaran borc hissi idi, kişi sözüydü!»,- qazax yazıçısı Süleyman Oljas «Az- Ya» əsərində yazır. Didqori yaxınlığındakı döyüşdə yuxarıda qeyd etdiyimiz kimi Davidin 60 milik ordusu vardı. Bunun 45 mini Ətrak xanın atlıları idi. Qalanları isə gürcü, osetin və ermənilər və səlibçilər idi-cəmi 15 min. Tarixçinin yazdığı kimi gürcü çarının nəinki şəhərlərin və qalaların müdafiyəsi üçün ordusu, hətta özünü qorumağa belə qoşunu yox idi.
Oljas Cüleymanov "Az-ya" kitabında yazır: "Yazıçı kartli cəngavərlərinin «igidliyini» gözə soxmaq üçün qıpçaqları və digər müttəfiqləri qeyri-insani cildində təsvir etməyə çalışır. Onun fikrincə, ermənilər dovşandan qorxaqdır. Qıpçaqların ünvanına isə təhqirlər dolu kimi yağır, demə, onlar əsgər-zad deyil, vəhşi və quldurdular, insan qanı içir, qımızda bişirilmiş it əti yeyirlər. Çadırları da nədənsə, ağ ayı dərisindən tikilib. Halbuki həmin dövrdə qıpçaqlar ağ ayının mövcudluğundan belə xəbərsiz idilər".

Saxta gürcü vətənpərvərindən bundan artıq həyasızlığı da gözləmək olmazdı. Qamsaxurdiya yaxşı bilirdi ki, əski parçası kimi o güncə, bu küncə atılan, əsrlər boyu başqalarının vassalı, «qapaz altısı» olan və özünü belə qoruya bilməyən Gürcüstan məhz qıpcaqların sayəsində sonrakı bir neçə əsrdə güclü dövlətə çevrildi. Yazıçının saxta vətənpərvərliyinə cavab olaraq artıq ötən əsrdə Böyük Fransa inqilabının islahatları əleyhinə, o cümlədən torpaq sahələrinin müsadirəsinə qarşı qəzəblə çıxış edən bir para fransız aqilləri haqqında M. Blokun yazdığını xatırlatmaq yerinə düşər: «Hərgah onlar konventdə əyləşib bu cür danışsaydılar, bu doğurdan da bu böyük bir cəsarət olardı! Lakin gilyotindən bir neçə yüz illik bir məsafədə belə cəzarət ən azı gülməlidir!»
Burada söhbət Böyük Fransa inqilabından (1789-1799) gedir. Həmin dövrdə yeni yaradılmış dövlət quruluşuna qarşı fikir səsləndirənlər gilyotində edam edilirdi. Daha doğrusu boynu vurulurdu. Maraqlıdır ki, Qamsaxurdiya o dövrdə sərsəm fikirlərini deməyə cəsarət tapa bilərdimi? Əlbəttə, yox! Əgər gürcülər Qamsaxurdiyanın dediyi kimi igid, cəsarətli cəngavər döyüşçülər idisə, niyə Qurucu Davidin şəxsi qvardiyası gürcü döyüşçülərdən deyil, 5 min seçmə qıpçaq döyüşçüdən formalaşmışdı? Bu sual hər şeyi çılpaqlığı ilə ortaya qoyur. Maraqlıdır ki, gürcü tarixçiləri də yazıçıdan geri qalmır, saxtakarlığa yol verirlər. Məsələn, hazırda Gürcüstanın dövlət arxivi tərəfindən 24 cildlik kitab nəşr olunur. Burada orta əsrlərə aid nəşrlərdə tarix saxtalaşdırılır. Bir sözlə onlar özlərinə yeni «tarix», saxta tarix yazmaqla məşğuldular. Əsas məqsəd gürcü tarixini şişirtmək, türkün tarixini isə kiçilməkdir və bunların hamısı məqsadyönlü aparılır. Amma alınmayacaq.

Ətrak isə uzun illər öz vətənindən uzaqda başqaların maraqları uğrunda vuruşdu. Sonunda isə vətəninə qayıtdı. Oljas Süleymanov "Az-ya" kitabında bu barədə yazır: "Konçakın və Turandoktanın atası Ətrakın Ulu Çölə -Qıpçaq çölünə qayıtması salnamədə belə təsvir edilib: Uzun illər vətənindən uzaqda yaşayan Ətrak xanın yanına günlərin bir günü qardaşı Sırğan (Sırçan) gəlib yalvarır ki, doğma obasına qayıtsın. Əvvəlcə Ətrak xan razı olmur. Belə olanda, hirslənmiş Sırğan qoynundan çıxartdığı bir çəngə yovşan otunu onun üstünə atır. Quru yovşan qoxusu Ətrakınn burnuna dəyən kimi o, yəhərə sıçrayır… Salnaməyə görə Ətrak xan belə deyir: «Doğma torpaqda ölmək yad ellərin şöhrətindən yaxşıdır».

Digər versiyaya görə isə Ətrak xanın yanına Sırçanın göndərdiyi müğənni Orev gəlib.
Bu barədə Qalitsk-Volınsk salnaməsində yazılıb. Səlnamədə bildirilir ki, Orevin bütün cəhtləri nəticə vermir. Sonunda o, yemişan dəstəsini ona verir.
Qədim şeirdə deyilir:

Ona sən bizim mahnıları oxu,
Verməzsə mahnılara cavab,
Onda quru yemşan dəstəsi bağla
Ver ona - o qayıdacaq.

Beləliklə, o, özünün ailəsi və ən yaxın döyüşçüləri ilə geri köçüb. Kuban çayı hövzəsində bina qurur. Qıpçaqların çoxu, o cümlədən Aruq tayfası Gürcüstanı tərk etmədilər və bundan sonra da onlar Gürcüstanın ictimiai-siyasi həyatında fəal iştirak etdilər.
Ətrakdan sonra onun dəstələrinə gürcü knyaginasından olan oğlu Kolçak rəhbərlik etdi və o, rus knyazlarının daxili çəkişmələrində fəal işdirakçı idi. Bəzi mənbələrə görə, hətta o, "bəzi rus knyazlarının Kiyev taxt-tacına çıxmasına köməklik göstərib". Maraqlı bir fapktı da diqqətinizə çatdırmaq istəyirəm. Novqorod knyazı İqor Svyatoslaviçin 1185-ci ildə qıpçaqlara qarşı həyata keçirdiyi hərbi yürüşü zamanı onun ordusunu məğlubiyyətə uğradan və rus knyazını əsir götürən Konçak olub. Bu döyüş barədə «İqor polku dastanı»nda təsvir edilir. Konçakın oğlu Yuri Konçak isə Kalka çayında monqollarla döyüşdə qıpçaq dəstələrinə rəhbərlik edib və döyüşdə ölüb. Başqa mənbəyə görə isə Kalka döyüşündən öncə, 1223-cü ildə monqollar tərəfindən məğlub edilib.

IV Davidin nəticəsi Tamaranın çarlığı dövründə qıpçaqlardan Qubasar bəy əmirsəpehsalar (başbuğ), Kutlu Arslan isə xəzinadar vəzifəsini icra edirdilər. Loru şəhəri çevrəsi ilə birlikdə birbaşa Qubasar bəyə tabe idi. Bu dönəmdə, 1177-ci ildən etibarən qıpçaqların bir hissəsi boy və oymaq bəylərinin başçılığı altında Taşir-Borçalıda yerləşdilər. Konçağın qardaşı da Gürcüstan çar sarayında önəmli vəzifələrdən birini tuturdu. Konçaq xan həmyerlilərinin yaşadığı Gürcüstan dövləti ilə sıx əlaqələr qurmuşdu.

Pünhan ƏFƏNDİYEV,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Arıxlı toponimi və ... 6800 il tarıxi olan yaşayış məntəqəsi

Arıxlı toponimi və ... 6800 il tarıxi olan yaşayış məntəqəsi

Bolus, Tarix
XAQANİ VƏ GÜRCÜSTAN

XAQANİ VƏ GÜRCÜSTAN

Ədəbi əlaqələr, Tiflis
Tiflis Müsəlman Əmirliyi - Azərbaycan dövləti

Tiflis Müsəlman Əmirliyi - Azərbaycan dövləti

Tiflis, Tarix
Türkoba

Türkoba

Gürcüstan, Tarix
BORÇALININ ETNİK TARİXİNİN QISA XÜLASƏSİ

BORÇALININ ETNİK TARİXİNİN QISA XÜLASƏSİ

"Borçalı" Cəmiyyəti
Cemal STEPNADZE:   XII ƏSRDƏ GÜRCÜSTANLA AZƏRBAYCAN  ARASINDA SİYASİ ƏLAQƏL ...

Cemal STEPNADZE: XII ƏSRDƏ GÜRCÜSTANLA AZƏRBAYCAN ARASINDA SİYASİ ƏLAQƏL ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
Borçalı azərbaycanlıları

Borçalı azərbaycanlıları

"Şərqin səsi", Borçalı
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
Z.M.Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» kitabına rəy

Z.M.Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» kitabına rəy

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
AMEA Tarix İnstitutunun KEŞİKÇİDAĞla bağlı BƏYANATI

AMEA Tarix İnstitutunun KEŞİKÇİDAĞla bağlı BƏYANATI

İctimai elmlər, Tarix
Platon İoselianinin «XIII Georginin həyatı» əsəri və Azərbaycan mövzusu

Platon İoselianinin «XIII Georginin həyatı» əsəri və Azərbaycan mövzusu

Ədəbi əlaqələr, Bədii Tərcümə
ETNİK TARİXİMİZƏ İŞIQ SALAN ƏSƏR

ETNİK TARİXİMİZƏ İŞIQ SALAN ƏSƏR

Yeni nəşrlər, "Elm və Təhsil"

"1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı..."

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Borçalı, Tarix
Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Tarix
DUMANİS BƏLƏDİYYƏSİ

DUMANİS BƏLƏDİYYƏSİ

Başkeçid, Tarix, "Borçalı" Cəmiyyəti
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
ŞƏKƏR AĞA

ŞƏKƏR AĞA

Borçalı, Bolus, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Ermənilərin Gürcüstana hücumları - (II hissə)

Ermənilərin Gürcüstana hücumları - (II hissə)

Bədii Tərcümə, Tiflis
Ermənilərin Gürcüstana hücumları - (I hissə)

Ermənilərin Gürcüstana hücumları - (I hissə)

Bədii Tərcümə, Tiflis
Rəy yazın: