Əli Nağıyevdən SƏRT İTTİHAMLAR - "...nadandır, ləyaqətsizdir"

Əli Nağıyevdən SƏRT İTTİHAMLAR - "...nadandır, ləyaqətsizdir"
Mərhum publisist-yazar
Sirus Təbrizli haqda film çəkilib.
Filmdə Sirus Təbrizlinin həyat yolundan,
yaradıcılığından, siyasi fəaliyyətindən
bəhs edilir.
Filmdə S.Təbrizlinin jurnalist fəaliyyəti,
1988-ci ildə başlayan Xalq Hərəkatı zamanı,
habelə mərhum prezident Heydər Əliyevin
ən yaxın silahdaşlarından biri olaraq
YAP-dakı fəaliyyətindən,
nazir və deputat olduğu dövrlərdəki
gördüyü işlərdən söz açılır.
Filmdə həmçinin, onun özünün çıxışları,
müsahibələri yer alır.


Əli Nağıyevdən SƏRT İTTİHAMLAR - "...nadandır, ləyaqətsizdir" Moderator.az Yeni Azərbaycan Partiyasının qurucularından biri olan sabiq nazir, Azərbaycanın Belarusdakı keçmiş səfiri, professor Əli Nağıyevə "Sirus Təbrizli haqqında film çəkənlər sizə müraciət etsəydi, mərhum partiya yoldaşınız haqqında nə deyərdiniz?" sualı ilə müraciət edib.

Əli Nağıyevin fikirlərini təqdim edirik:
“Sirus Təbrizli ilə yaxın dostluğumuz olmasa da eyni partiyada həmkar olmuşuq. Partiya daxilində müxtəlif vaxtlarda Sirus Təbrizliyə fərqli münasibət olmasına baxmayaraq bütün çıxışlarımda obyektiv mövqe tutmağa çalışmışam.
Sirus Təbrizlinin partiya sıralarından kənarlaşdırılmasının belə mənə dəxli olmayıb və bu məsələdə mövqeyim indi də dəyişməzdir. Sirus Təbrizlinin partiyadan kənarlaşdırmaq məsələsinə Heydər Əliyevin vaxtında baxılmamışdısa, Heydər Əliyevdən sonra baxılmasına onların haqqının çatıb-çatmaması artıq sual doğurur.
O, nə demişdisə, nə deyirdisə elə Heydər Əliyevin vaxtında da onları deyirdi.

Sirus Təbrizli Yeni Azərbaycan Partiyasında (YAP) ən vacib fiqurlardan, daha dəqiq desəm YAP-ın yaradılması ideyasını irəli sürən iki nəfərdən biri idi. Mən 1992-ci il iyul ayının 16-da Heydər Əliyevin ətrafında yeni partiya yaratmaq təklifi ilə altı nəfərlə bərabər Naxçıvana getmişdim. Ondan əvvəl mən iyun ayında da vaxt Ümid körpüsünün açılışına yola saldığım Siyavuş NovruzovMurtuz Ələsgərova demişdim ki, mənim yeni partiya yaratmaq barədə təklifimi Heydər Əliyevə çatdırsınlar.

Əli Nağıyevdən SƏRT İTTİHAMLAR - "...nadandır, ləyaqətsizdir" Hələ ondan da əvvəl Heydər Əliyevin qardaşı Cəlal Əliyevə yeni patiyayla bağlı fikrimi demişdim və Heydər Əliyevin onun ətrafında partiya yaratmağa icazə verməsini xahiş etmişdim. Saytınıza bu barədə müsahibələr verdiyimə görə indi qısa danışıram. İlk görüşümüzdə Heydər Əliyevə bildirmişdim ki, icazə versəydi onun ətrafında partiya yaradardıq. Ancaq o vaxt Heydər Əliyev bizə nə "yox", nə də "hə" dedi. Biz geri qayıtdıq və burdakı işlərimizi davam etdirdik. İyul ayının 22-də mən bəzi məsələlərlə bağlı Heydər Əliyevlə Naxçıvanda yenidən görüşməli oldum. Həmin görüşümüzdə Heydər Əliyev mənə söylədi ki, ayın 18-də Sirus Təbrizli onun yanında olub və Heydər Əliyevdən yeni partiya yaratmaq haqqında razılıq istəyib. Və Heydər Əliyev mənə tapşırdı ki, Bakıya qayıdan kimi Sirus Təbrizli ilə görüşüm. Həmin sözdən sonra əmin oldum ki, artıq Heydər Əliyev partiya yaratmağa razılıq verdi.

Sirus Təbrizlini aprel ayındakı yaş senzi mitinqlərindən tanıyırdım. Həmin vaxt bir gün səhərdən axşama qədər mitinqi Sirus Təbrizli idarə etmişdi, həmin mitinqə də o, Nemət Pənahovun təklifi ilə gəlmişdi. Ancaq həmin mitinqlərdən sonra bir daha S.Təbrizli ilə görüşməmişdim. Bakıya qayıtdıqdan sonra 23, ya da 24 iyulda o vaxtkı Azərbaycan Elmi Tədqiqat Pedaqoji İnstitutunun direktoru olan rəhmətlik Zahid Qaralovun kabinetində Sirus Təbrizli ilə görüşümüz oldu. Həmin görüşdən sonra da partiyanın yaradılması istiqamətində fəaliyyətimizi davam etdirmişik. Bunları deməkdə məqsədim odur ki, Heydər Əliyevin ətrafında yeni partiya yaratmaq ideyasını ortaya qoyan iki nəfər olub, biri Əli Nağıyevdir, o biri də Sirus Təbrizli.

Əli Nağıyevdən SƏRT İTTİHAMLAR - "...nadandır, ləyaqətsizdir" Bu gün özünü YAP-a “dürtənlər” çoxdur və o zaman partiyaya müxalif mövqeyində dayananlar, partiyaya qərargahın verilməsinə mane olanlar bu gün partiyanın İdarə Heyətinə hətta müavin səviyyəsinə dırmaşıblar. Həmin adamların partiyanın yaranmasından danışmağa haqları yoxdur, ona Sirus Təbrizlinin haqqı var. Sirus Təbrizlinin YAP-dakı yerini heç kim əvəz edə bilməz. YAP-ın mövcudluğunda S.Təbrizlinin rolunu danan nadandır, ləyaqətsizdir, çirkin məqsədli adamdır və o partiyaya ləkədir. YAP-ı uca tutmaq istəyən kim varsa S.Təbrizlinin haqqını, qiymətini uca tutmalıdır. O vaxt 1992-ci ildə oktyabr ayında Heydər Əliyevi devirmək üçün AXCP aksiya keçirəndə bütün Naxçıvan əhli Heydər Əliyevin ətrafına toplaşdı. Həmin vaxt S.Təbrizli də Naxçıvanda idi və Heydər Əliyevlə bərabər mitinqi aparırdı. S.Təbrizli tribun idi, onun kimi tribun insan görməmişdim. Gərək AXCP-çilər özləri də vicdanla 1988-ci il mitinqlərində Sirus Təbrizlinin rolunu etiraf edələr. Bu gün mən həyatda yaşayıram və yalan danışan istənilən şəxsi susdumağı bacararam, düz olanı göstərərəm.

Allah ona rəhmət eləsin!..“

Rumiyyə
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

YAP, AzTU
Zahid Qaralovun

Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimat ...

YAP, Azərbaycan, Borçalı, Başkeçid
Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

YAP, Humanitar elmlər
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ŞİKAR MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ŞİKAR MÜƏLLİM!...

YAP, AzTU, Təbriklər
Ölkənin  aparıcı siyasi qüvvəsi olan YAP-ın VII qrultayı ölkə gənclərinin b ...

Ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın VII qrultayı ölkə gənclərinin b ...

YAP, Regionlar, ADPU
Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai m ...

Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai m ...

YAP, Gənclik
AzTU-da YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

AzTU-da YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

YAP, AzTU
ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU
“YAP icazə versə, təkrar seçkilərə qatılacam”

“YAP icazə versə, təkrar seçkilərə qatılacam”

Siyasət
YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib

YAP Yasamal rayon təşkilatı 26 illiyini qeyd edib

YAP, Bakı
YENİ RUBRİKA:

YENİ RUBRİKA: "KÖRPÜ"

"Elm və Təhsil", Cənubi Azərbaycan

"Azərbaycandakı seçkilər şəffaf şəkildə keçib" - YAP-dan açıqlama

YAP, Azərbaycan, Siyasət
YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

BSU
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumre ...

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumre ...

YAP
Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Tiflis
AzTU-da Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib

AzTU-da Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib

Əsas xəbər, AzTU
AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

YAP, AzTU
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
Rəy yazın: