"Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin
təşəbbüsü və təşkilatçılığı ilə
General Cəmşid Naxçıvanski adına Hərbi liseydə
Dünya şöhrətli siyasətçi Heydər Əliyevi
anma mərasimi keçirilib.
Tədbiri "Xocalı Soyqırımını Tanıtma"
ictimai birliyinin sədri Şamil Sabiroğlu açıb.
Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Ulu Öndər H.Əliyevin və şəhidlərimizin xatirəsi
1 dəqiqəlik sükutla yad edilib.
"Yeni Yurd" ictimai birliyinin sədri
Mahirə xanım Əsədova Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb.
Milli Məclisin deputatı Qənirə xanım Paşayeva, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Hamit Karadeniz, Respublika Müdafiə Nazirliyinin sabiq idarə rəisi, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Heydər Əlirza oğlu Əliyevlə bağlı xatirələrini söyləyiblər.
Azərbaycan Dövlət İncəsənət Universitetinin
I kurs tələbəsi Şamilə Şamil qızı Vətənə həsr olunan şeiri oxuyub.
Daha sonra "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin istehsal etdiyi və Ulu Öndərin ömür yolundan bəhs edən "Mən, Azərbaycanlıyam!" sənədli filmi nümayiş olunub.
Şamilə Şamilqızı,
"Ana harayı" qəzetinin müxbiri.
Bakı,15.12.2016.
P.S.: Dekabrın 22-i saat 16-15-də Azərbaycan Televiziyasının "Mədəniyyət" Kanalının "Qobustan" proqramında həmin tədbirdən hazırlanmış veriliş nümayiş olunub.
.