Müşfiq Cabiroğlu son mənzilə yola salınıb - YENİLƏNİB

Müşfiq Cabiroğlu son mənzilə yola salınıb  - YENİLƏNİB Müşfiq Cabiroğlu son mənzilə yola salınıb  - YENİLƏNİB Müşfiq Cabiroğlu son mənzilə yola salınıb  - YENİLƏNİB Müşfiq Cabiroğlu son mənzilə yola salınıb  - YENİLƏNİB Müşfiq Cabiroğlu son mənzilə yola salınıb  - YENİLƏNİB Mərhumla
vida mərasimi
keçirilib


ALLAH RƏHMƏT ELƏSİN!..


Dünən Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına, Azərbaycan mətbuatına, ümumən Azərbaycan ictimaiyyətinə
ağır itgi üz vermişdir
.

Azərbaycanın görkəmli
Xalq şairi Çabir Novruzun
oğlu və Xalq artisti 
Əliabbas Qədirovun kürəkəni
tanınmış şair, publisist, 
jurnalist və ictimai xadim
 
Müşfiq Cabiroğlu - (Müşfiq Cabir oğlu Novruzov)
2018-ci il iyunun 10-da -
53 yaşında qəflətən
vəfat etmişdir.

Bu gün Müşfiq Cabiroğlunun yaşadığı binanın qarşısında mərhumla vida mərasimi olub.


Vida mərasimində
Azərbaycan Yazıçılar Birliyinin, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları,
Bakı şəhərindəki Yasamal rayon İcra hakimiyyətinin və Xızı rayonunun İcra Hakimiyyyətinin məsul şəxsləri,
elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Qurani-Kərimdən ayələr oxunub.

Mərhumun tabutu önünə Bakının Yasamal rayon İcra hakimiyyəti adından əklil qoyulub, şairin cənazəsinin üzərinə çox sevdiyi təzə-tər qızılgüllər düzülüb.

Mərasimi giriş sözü ilə tanınmış bədii qiraət ustası, Respublikanın Əməkdar artisti, “Qızıl qılınc” mükafatı laureatı Ağalar Bayramov açıb. O, Müşfiq Cabiroğlunun qısa, lakin şərəfli ömür yolu haqqında mərasim iştirakçılarına məlumat verib.

Sonra Yasamal rayon icra hakimiyyətinin başçısı
Əziz Əzizov
çıxış edib. O, Xalq Şairi Cabir Novruzun ailəsində dünyaya gələn Müşfiqin həmişə öz adını doğrultmağa çalışdığını deyib. Ədəbi və ictimai fəaliyyəti ilə daim göz qabağında olan M.Cabiroğlunun hər kəsə isti münasibəti ilə ürəklərdə özünə məskən saldığını deyib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid
öz adından, eləcə də AYB-nin sədri, Azərbaycanın Xalq yazıçısı Anarın adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

Xızı rayonu İcra Hakimiyyyətinin nümayəndələri təmsil etdikləri rayonun rəhbərliyi adından 
mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Daha sonra Azərbaycanın Xalq artisti Zaur Rzayev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçiləri - fililogiya elmləri dotoru, professor Vüqar Əhməd, fəlsəfə doktorları Rasim Nəbioğlu,
Firudin Qurbansoy,
"Cabir Novruz Fondu"nun sədri Cavanşir Qurbanov və başqaları mərhumun
zəngin bədii yaradıcılığı haqqında danışıblar, onun işıqlı xatirəsinin ürələrdə daim yaşayacağını bildiriblər.

Qeyd olunub ki, Müşfiq Cabiroğlu - 3 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Cabir Novruz Fondunun təsisçisi idi.
Mikayıl Müşfiq xatirə mükafatı laureatıdır.

"Səni kim unudar" (1988), "Sözüm ağızlarda pay oldu getdi" (2005), "Vüqar Əhmədin yaradıcılıq yolu" (2014) kitablarının müəllifi olan Müşfiq Cabiroğlunun "Vətən eşqi" (Musiqisi Oqtay Kazıminindir), "Hicranına dözmür könlüm" (Musiqisi Oqtay Kazıminindir), "Sərhədçilər marşı" (Musiqisi Oqtay Kazıminindir), "Xatirən qalacaq" (Musiqisi Oqtay Kazıminindir), "Sirab" (Musiqisi Oqtay Kazıminindir), "İki dost" (Musiqisi Gülnarə Abbasquliyeva), "Biz ordayıq"(Musiqisi İqbal Qəmbəroğlu), "Vüqarlı günlərim"(Musiqisi İqbal Qəmbəroğlu), "Əl çalın dostlar"(Musiqisi Abasqulu Nəcəfzadə), "Təbriz Nəzrinin toyu"(Musiqisi İqbal Qəmbəroğlu) və s. şeirlərinə mahnılar bəstələnib.

Müşfiq Cabiroğlu həm də gözəl ailə başçısı idi.
Onun bir ali təhsilli qızı və bir tələbə oğlu var.

Sonda Şairin ailə üzvləri mərhumun xatirəsinə göstərilən ehtirama görə bütün mərasim içtirakçılarına 
öz minnətdarlıqlarını bildiriblər.

Sonra şair Müşfiq Cabiroğlunun cənazəsi son mənzilə yola salınıb.

Yaxından-uzaqdan gələn insanlar, ictimaiyyət nümayəndələri şairlə vidalaşmaq üçün
Xırdalan qəbristanlığına gəliblər.

Mərhumun qələm dostları, poeziya sevərlər, tanınmış elm və mədəniyyət xadimləri
tanınmış şair-jurnalist, ictimai xadim və ən əsası, gözəl insan olan Müşfiq Cabiroğluna
son borclarını veririblər.

İstedadlı şair, tanınmış yazıçı-publisist, jurnalist və ictimai xadim Müşfiq Cabiroğlunun əziz xatirəsi
Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaqdır.

Biz də bir daha dəyərli dostumuz Müşfiq Cabiroğlunın vaxtsız vəfatından kədərləndiyimizi bildirir,
mərhumun bütün əzizlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!.. Qəbri nurla dolsun!..
Məkanı cənnət, Ruhu şad olsun!..


Müşfiq BORÇALI,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: