Ağ Şəhərdə ev aldılar, qara günləri başladı: “Era Tower” heç kimi saymır

Ağ Şəhərdə ev aldılar, qara günləri başladı: “Era Tower” heç kimi saymır Akim Bədəlovun ailəsi sakinlərin milyonlarını mənimsəyib.
Sakinlər Baş Prokurorluğa şikayət etmək istəyir.

Ağ Şəhərdə binalardan birinin sakinləri illərdir ev üzünə həsrət qalıblar.


Bu barədə bina sakinləri redaksiyamıza şikayətində bildiriblər. Onların sözlərinə görə, 2013-cü ildən tikintisi başlayan “Era Tower” yaşayış binası hələ də öz sakinlərinə təhvil verilməyib. Sözügedən 22 mərtəbəli binanın tikintisi isə 3 ildir demək olar ki, tam dayanıb. Səbəb kimi isə sakinlərə binanın tikintisi üçün ayrılan pulun xərcləndiyi bildirilib. Bu səbəbdən 40-50 sakin hələ də illərdir pulunu verib həsrətini çəkdikləri evə sahib ola bilməyiblər. Şikayətçilər bildirir ki, onlar arasında hətta illərdir kirayələrdə qalıb ev gözləyənlər də var.

“Etibarlı və güvənli olduğu üçün Ağ şəhərdəki binalardan ev almaq istədik”

Sakinlər bildirir ki, məhz etibarlı və güvənli olduğu üçün Ağ şəhərdəki binalardan ev almaq qərarına gəliblər. Belə ki, “Era Tower” yaşayış binasından həmin sakinlərə kart da verilib. Həmin kart isə illərdi yolunu gözlədikləri evlərin ikinci şəxs və ya şəxslərə satılmaması üçün onlara təqdim edilib.

Ağ Şəhərdə ev aldılar, qara günləri başladı: “Era Tower” heç kimi saymır “Şikayət etmədiyimiz yer qalmayıb”

Şikayətçilər arasında elələri var ki, 6 ildən çoxdur öz evinin pulunu verib. Evlərin hər birinin satıldığı deyilir. Sakinlərin sözlərinə görə, “Era Tower”dan sonra tikintisinə başlanılan bütün binalar təhvil verilib. Məsələ ilə bağlı dəfələrlə Ağ şəhər layihəsinə, “Era Tower”in rəhbərliyinə müraciət ediblər. Hətta prezident administrasiyasına da məktub ünvanlanıb. Ancaq hələlik müraciətlər cavabsız qalıb.

Şikayətçilər bildirir ki, şirkətin rəhbəri, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sabiq sədri Akim Bədəlovdur. Onun oğlu, şirkətin təsisçilərindən olan Aqşin Bədəlov isə evlərində yaşamaq istəyən sakinlərin şikayətinə “pulumuz yoxdur, tikə bilmirik” deyib. Hətta o, sakinlərə “hara desəniz şikayət edin” deyə, cavab verib. Onu da qeyd edək ki, məlumata görə, həmin şirkətin 4 təsisçisi məhz Bədəlovlar ailəsinin üzvləridir. Digər ortaq isə Əliyev Əziz Eyyub oğludur. Bir neçə gün əvvəl də bina sakinləri tikintinin qarşısına toplaşaraq, etiraz etmək istəyiblər. Lakin şirkət direktoru onlarla görüşə gəlməyib. Bir sözlə, “Era Tower” yaşayış binası sakinlərinin haqqı yeyilməkdə davam edir.

İllərdir öz halal mənzillərində yaşamağı gözləyən şikayətçilər problemlərinin tezliklə həll olunacağını və evlərin onlara təhvil veriləcəyi günü gözləyirlər.

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək - AÇIQLAMA

Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək - AÇIQLAMA

MEDİA
AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyevi ...

AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyevi ...

Digər bölmələr
İTv-nin əməkdaşları üçün kooperativ yaşayış binası istifadəyə verilib

İTv-nin əməkdaşları üçün kooperativ yaşayış binası istifadəyə verilib

Azərbaycan
Təşəkkürnamə

Təşəkkürnamə

Bakı
Tbilisidə İbrahim İsfahanlı küçəsinin qanuni adı bərpa olunacaq

Tbilisidə İbrahim İsfahanlı küçəsinin qanuni adı bərpa olunacaq

Tiflis
Marneulidə yeni məktəb tikiləcək

Marneulidə yeni məktəb tikiləcək

Borçalı
“B2B-fltworld.com” online bronlaşdırma sistemi təqdim olunub

“B2B-fltworld.com” online bronlaşdırma sistemi təqdim olunub

Reklamlar
İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

Azərbaycan, Qarabağ
Marneulinin Meri Qaçağan Ərazi Vahidliyinin sakinləri ilə görüşüb

Marneulinin Meri Qaçağan Ərazi Vahidliyinin sakinləri ilə görüşüb

Borçalı
Yasamal rayonunda 2018-ci ilin birinci rübünün hesabat iclası keçirilib

Yasamal rayonunda 2018-ci ilin birinci rübünün hesabat iclası keçirilib

Bakı

"Microsoft" şirkətinin nümayəndələri AzTU-nun rektoru ilə görüşüblər

AzTU
Gürcüstanda Əbdürrəhim bəy Haqverdiyevin işlədiyi bina qeydiyyata alınıb

Gürcüstanda Əbdürrəhim bəy Haqverdiyevin işlədiyi bina qeydiyyata alınıb

Borçalı, Tarix
Gürcüstan paytaxtının azərbaycanlı fəxri vətəndaşları - ARAŞDIRMA

Gürcüstan paytaxtının azərbaycanlı fəxri vətəndaşları - ARAŞDIRMA

Gürcüstan
ELNURƏ AĞAZADƏ:   ÖLÜMƏ GEDƏN YOL (Hekayə)

ELNURƏ AĞAZADƏ: ÖLÜMƏ GEDƏN YOL (Hekayə)

Nəsr, Müsabiqə
AzTU “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU
Avtomobilsiz bir gün

Avtomobilsiz bir gün

Regionlar, Sağlamlıq, Sosial
Gürcüləşdirmə siyasəti (III HİSSƏ) Arıxlı şəhidləri

Gürcüləşdirmə siyasəti (III HİSSƏ) Arıxlı şəhidləri

ŞƏHİDLƏRİMİZ, Borçalı, Bolus, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

Gürcüstan, Tiflis, Qarayazı, Siyasət
Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiya

"Yeni Yurd" İctimai Birliyi ön cəbhədə olub

Qarabağ
Rəy yazın: