“Putinlə biz tələbə olanda yox, ondan qabaq tanış idik...”

“Putinlə biz tələbə olanda yox, ondan qabaq tanış idik...” turan.info.az Aktual.az-ın
start verdiyi
“Forbes Azərbaycan” layihəsinin
ilk qonağını sizlərə
təqdim edir.

Ölkə mətbuatı üçün yenilik sayılan layihənin qonaqları adı məşhur “Forbes” jurnalının siyahısında keçən azərbaycanlı iş adamları olacaq.

Onlar portalımıza keçdikləri ömür yolundan və gələcək planlarından danışacaqlar. “Forbes Azərbaycan”ın ilk qonağı respublikanın əməkdar hüquqşünası, cinayət hüququ üzrə o vaxtkı SSRİ-də ən gənc hüquq elmləri doktoru, bir çox fundamental, elmi əsərlərin müəllifi, tanınmış iş adamı, hüquq elmləri doktoru, professor İlham Rəhimovdur.

“Forbes” jurnalının zənginlər siyahısına saldığı İ.Rəhimovun jurnalın qiymətləndirməsinə görə, Moskvadakı nəhəng daşınmaz sərvətinin həcmi milyonlarla (dollar) ölçülür.
Hərçənd ki, cənab Rəhimov mətbuata verdiyi açıqlamalarında özünün iş adamı kimi təqdim olunmasını təqdir etmir:

“Mən özümü həmişə elm adamı kimi hiss etmişəm və edirəm, elmi nailiyyətlərimdən daha çox ləzzət alıram, nəinki biznesdəki uğurlarımdan… Mən elm sahəsində daha çox təsdiq olunmağıma güvənirəm. Məsələn, bu yaxınlarda yeni kitabım çıxdı, çox böyük zövq aldım. Baxmayaraq ki, paralel biznes sahəsində də müəyyən uğurlarımız oldu”...


Biz professorla razıyıq. Doğrudan da, onun elmi nailiyyətləri danılmazdır. Təkcə son illər ərzində cinayət hüququna dair bir neçə yeni kitabları işıq üzü görüb və dünyanın müxtəlif dillərində - rus, türk, ingilis, italyan, yəhudi, bolqar dillərində çap olunub. Baxın, elə bu faktın özü də professor İ.Rəhimovu başqa zənginlərdən fərqləndirən bir xüsusiyyətdir.

- İlham müəllim, “Forbes” jurnalının Rusiya nəşrinin məlumatına görə, Moskvadakı nəhəng daşınmaz sərvətinizin qiyməti yüz milyonlarla (dollar) ölçülür. Bir neçə ticarət mərkəzində, mehmanxanada və göydələn tikilən ərazidə payınız var. Məsələn, “Qranditul” MMC-də 15% payınız var ki, bu şirkət “Qrand” və “Qrand-2” mebel ticarəti mərkəzinə malikdir. Moskva hökumətinin hərracında isə 7,2 milyard rubla “Moskva-siti”də 15 saylı sahəni əldə etmisiniz. Jurnalın iddiasına görə, burada 150 000 kv. metrdən çox sahəsi olan göydələn tikmək olar. Həmçinin Rusiyada ən iri “Sadovod” topdan bazarının və “Moskva” ticarət mərkəzinin həmsahibisiniz. Eləcə də “Avropa” ticarət mərkəzində və “Ukrayna” mehmanxanasında da payınız var. Bunlar həqiqətdirmi?

- Əvvəla, “Forbes”də göstərilmiş şirkətlərin tam hüquqlu səhmdarlarından biriyəm. Ona görə də, jurnalın bu cür iddiaları bir çox hallarda və indi də həqiqəti tam əks etdirmir. Ancaq, hər halda “Forbes” iş adamları ilə bağlı yazılar dərc edən, dünyada tanınmış bir jurnaldır. Jurnal uzun müddıət məndən müsahibə götürmək, görüşmək üçün bütün mümkün variantlardan istifadə etsə də, müsahibə vermək istəməmişəm. Səbəbi də çox sadə olub. “Forbes” bir sıra hallarda müsahibə aldıqları insanların fikirlərini yuxarıda dediyim kimi təhrif edir, yanlış, subyektiv təsəvvür yaradır. Elə mənim haqqımda yazdıqlarından görünür ki, məqsədləri bütün fəaliyyətimi gətirib Rusiya rəhbərliyindəki konkret insanlara bağlamaq olub. Belə olmaz axı… Biz Rusiya dövlətinin pulu hesabına hansısa işlər görməsək də, jurnal fəaliyyətimiz haqqında yanlış təsəvvür yaradır və maliyyə vasaitinin mənbəyinin haradan olmasını sual edir. Biz “Ukrayna”nı öz pulumuzla almışıq, pulunu da dövlətə keçirmişik, bizə Rusiya dövləti pul verməyib. Bir neçə il öncə tikdiyimiz “Avropa” Ticarət Mərkəzi Avropada 2012-ci ilin ən gözəl ticarət mərkəzi sayılıb. Mərkəzin yerləşdiyi ərazi təxminən əvvəllər xarabalıq bir yer idi, dövlət balansında deyildi. Eləcə də digər mülkləri də dövlətin köməyi olmadan, almışıq… Açığını deyim ki, sizin saytın başladığı “Forbes Azərbaycan” layihəsi ideyası çox xoşuma gəldi. İnanıram ki, sizin iş adamlarına münasibətiniz tam fərqli olacaq, araşdırmalarınız obyektiv və qərəzsiz olacaq.

- İlham müəllim, iş adamı olana qədər elmi-pedaqoji fəaliyyətlə məşğul olmusunuz. Müxtəlif dönəmlərdə vəzifə tutmusunuz. Amma o zamanlar bir o qədər ictimai maraq kəsb etmirdiniz. Doğrudanmı, mütləq iş adamı olmaq lazımdır ki, hamının diqqətini çəkəsən?

- Mən iş adamı olmaya da bilərdim və bunun səbəbləri var. 1996-cı ilə qədər bizneslə məşğul olmaq barədə fikirləşməmişdim də, yəni iş adamı olmaq mənim planımda yox idi və bu haqda düşünmürdüm. 1996-cı ilə qədər 16 il ədliyyə sistemində işləmişəm, idarə rəisi, nazirliyin kollegiya üzvü olmuşam. Bu sistemdə sonuncu iş yerim Ədliyyə Nazirliyi yanında Ekspertiza İnsitunun direktoru vəzifəsi olub. Elə həmin ərəfələrdə doktorluq dissertasiyasımı müdafiə etmişəm. Ancaq 1996-cı ildə o zamankı Ədliyyə naziri Südabə Həsənovanın “köməyi” ilə institut direktorluğundan azad olundum. Düzdür, institut direktorluğundan azad edilməyim barədə qərar qeyri-obyektiv verilsə də, gələcək taleyimdə belə bir dəyişikliklərin baş verməsində rolu oldu. Daha sonra Azərbaycan Ali Diplomatiya Kollecində prorektor işlədim. 1999-cu ildə “Lukoyl”-da fəaliyyətə başladım. Çox adam soruşurdu ki, necə oldu ki, bura gəlib çıxdın. Çünki o dövrdə mən Vahid Ələkbərovu tanımırdım. İş adamı deyildim deyə, əslində bu şirkətlə bağlı informasiyam yox idi, maraqlanmırdım da. Açıq deyəcəm, “Lukoyl”-a gəlməyimin səbəbkarı Putin oldu və “Lukoyl-Azərbaycan”da yeni yaradılmış hüquq idarəsinin rəhbərliyinə məni dəvət etdilər. Bir neçə il burada işlədim. Sonradan bir təsadüf olub olmadığını deyə bilməsəm də, tale elə gətirdi ki, mən 1999-cu ildən bizneslə məşğul olmağa başladım. Amma nədənsə, o vaxtlar mənə elə gəlirdi ki, uzun müddət dövlət işində çalışdığım üçün başqa bir iş bacarmaram. Sonralar Moskvaya tez-tez getməyimin səbəbi başqaydı, həyat yoldaşımın səhhəti ilə bağlı idi, müalicəsini ancaq Moskvada davam etdirmək mümkün idi. Bu səbəbdən də Moskvaya getmək zəruri idi.

- Bəlkə bir az Putinlə dost olmağınız haqqında danışasınız. Necə yarandı bu dostluq?

- Bu barədə indiyə qədər mətbuata çoxsaylı açıqlamalarım olub. Bircə onu deyə bilərəm ki, mən Putinlə abituriyent olanda, eyni fakültəyə imtahan verəndə tanış olmuşdum. Amma ola bilərdi ki, hər ikimiz instituta qəbul olunmayaq və ya ikimizdən birimiz qəbul olunsun. Bu təsadüfi olan bir şeydir. Sonradan tale elə gətirdi ki, hər ikimiz ali məktəbə qəbul olunduq. Bunun ardınca münasibətlər dostluq səviyyəsinə keçməyə başladı. Bizi yaxınlaşdıran səbəblərdən biri hər ikimizin idmanla məşğul olması idi. Tələbəçilikdən əvvəl Putin dzüdo ilə, mənsə sərbəst güləşlə məşğul olmuşam. Ancaq institutda sərbəst güləş yox idi deyə, mən də dzüdo ilə məşğul olmağa başladım. Hər ikimiz institutu dzüdo yarışlarında təmsil edirdik. Düzdür, mən dzüdoya yeni başlasam da, Putin Rusiyada tanınmış dzüdo güləşçisi idi. Azərbaycanda sərbəst güləş üzrə keçirilən bir çox yarışlarda isə çox iştirak etmişdim. Xarakterik oxşarlıqlar, hər ikimizin idmanla məşğul olması, siqaret, alkoqol və s. vərdişlərdən uzaq olmağımız bizi çox yaxınlaşdırırdı. Vladimir Putin, Viktor Xmarin və mən beləcə dost olmağa başladıq. Artıq 45 ildir ki, dostluq edirik. Bu yaxınlarda ali məktəbə qəbul olunmağımızın 45, bitirməyimizin isə 40 illiyini qeyd elədik. Bugünə qədər ailəvi dostluq münasibətlərimiz var, övladlarımız da bir-birini tanıyırlar.


- Bizneslə məşğul olmaq ideyası hardan yarandı və bunu necə reallaşdırdınız?

- Moskvadakı şəriklərim Qod Nisanov və Zarax İliyev 2000-ci ilə qədər də bazar və digər biznes sahələri ilə məşğul olurdular. Mənim o vaxt Qod Nisanovun atasıyla dostluq münasibətim olub və onun vasitəsilə indiki şəriklərimlə tanış olmuşam. Mən Qodun atası Simon Nisanovu ədliyyə sistemində işləyəndən tanıyırdım. SSRİ dövründə Moskvadan gələn hüquq-mühafizə orqanlarının işçilərini Qubaya aparardıq. Simon kişini oradan tanıyırdım. O zamanlar Simon kişi Azərbaycanda yaşayırdı. Oğlanları isə 1990-cı ildən Moskvada ticarətlə məşğul olurdular. O zaman onlar cavan uşaqlar idilər. 1999-cu ildə Simon kişi məni oğlu Qod və Zaraxla tanış elədi. Həmin zaman onlar “Çərkəz” bazarında işləyirdilər. Paralel olaraq bir neçə restoranları var idi. Həmin zamandan bəri Qod və Zaraxla biznes ortaqlarıyıq. Ötən illər ərzində mən onlara biznesin inkişafı üçün xeyli konkret tövsiyyələr vermişəm. Axı onlar bazar işini, ticarəti yaxşı bilsələr də, Moskvanın gələcək, perspektiv inkişaf planı barədə o qədər də məlumatlı deyildilər. Bizim birlikdə işləmək qərarına gəlməyimizin nəticəsidir ki, bu gün sahibi olduğumuz şirkət Moskva şəhərində mülkiyyətin, daşınmaz əmlakın dəyərinə görə birinci yerdə dayanır. Bir məsələni xüsusilə diqqətinizə çatdırmaq istəyirəm ki, bəzilərinin biznesdə qısa müddətdə qazandığım nailiyyətləri Rusiyanın rəsmi adamlarının adına bağlaması cəhdi yanlışdır. Ancaq bunu təbii qəbul edirəm və tam səmimi şəkildə deyirəm: mən və şəriklərim bugünə kimi Rusiyanın rəsmi dairələrinə, hansısa məmuruna nə maliyyə yardımı, nə də digər kömək göstərilməsi barədə xahiş etməmişik. Belə bir şey olmayıb və ola da bilməz.

- İddialara görə, sizin Türkiyədə də biznesiniz var. Bu məlumatlar doğrudurmu?

- Türkiyədə bizim heç bir biznesimiz yoxdur, şəxsi evlərimizdən başqa. Mən sərbəst adamam, məmur deyiləm ki, gizlədim... Amma şəriklərimlə birlikdə çox istəyirik ki, Türkiyədə biznesimiz olsun, belə bir fikrimiz var. Bununla bağlı ciddi müzakirələr aparırıq. Bu ideya gerçəkləşsə, yəqin ki, turizm sektoruna aid olacaq. Bodrumda otel almaq istəyirik, yaxud da yer alıb otel inşa etdirmək niyyətindəyik. Çünki bizim biznesimiz müasir ticarət mərkəzləri və otellərdən ibarətdir. Digər biznes sahələrimiz olsa da, biz yuxarıda sadaladaıqlarıma daha çox üstünlük veririk, əsas diqqətimiz bu iki sahənin inkişafına yönəlib.

- Maraqlıdır, İlham Rəhimov necə babadır?

- İki nəvəm Moskvada, üç nəvəm isə Bakıda yaşayır. Bu səbəbdən gah Moskvada oluram, gah da Bakıda. Ən böyük nəvəmin 13, ən kiçik nəvəmin isə 2 yaşı var.

- Onlar da sizin kimi, biznesmen olmaq istəyirlər?

- Onların gələcəkdə nəylə məşğul olmaq barədə fikirləşməyə hələ vaxtları var. Bir az böyüsünlər, görək, hansı sahəyə daha çox meyllidirlər və istedadları hansı sahəyə daha uyğundur. İndidən onu müəyyən eləmək çox çətindir. Amma Moskvada bir nəvəm var, adı İsgəndərdi. Həm xarici görünüşünə, həm də özünü aparmağına görə, onun diplomat olmasını arzu edərdim. Hesab edirəm ki, İskəndərdən yaxşı diplomat olar.

- Ali Diplomatiya Kollecində prorektor olmusunuz. Bəs nəyə görə, özəl universitet yaratmırsınız?

- Bu ideyanı ilk dəfədir siz səsləndirirsiniz. Bu təklifə müsbət yanaşmıram. Düzdür, müasir bir bina tikib universitet yarada bilərik. Amma təhsil müəssisəsi elə strukturdur ki, binanın gözəlliyindən çox, tədrisin keyfiyyəti daha vacibdir. Hər hansı bir təhsil müəssisəsi yaradaraq ondan biznes məqsədilə istifadə etmək o insanın mənəviyyatının göstəricisidir, məktəbin, müəllimin və tədrisin səviyyəsi konkret olaraq xalqın gələcək durumunun mühüm şərtlərindən biridir. Hesab etmirəm ki, Azərbaycanda kadr potensialı yüksəkdir. Bu sahədə müəyyən çatışmazlıqlar var. Buna görə, özəl universitet yaratmağı düşünmürəm, hazırda Azərbaycanda çoxlu sayda ali məktəblər, kolleclər və digər təhsil müəssisələri mövcuddur. Orada olan vəziyyət hamıya bəllidir. Birinci növbədə təhsil haqlarının çox yüksək olması ciddi narahatlıq yaradır. Özəl ali məktəbləri bitirənlərə münasibət o qədər də xoşa gələn deyil və s.

- İlham müəllim, siz həm də xeyriyyəçiliklə məşğul olursunuz. Bəlkə bu barədə bir az danışasınız...

- Bu sahə üzrə qızım Səbinə fəaliyyət göstərir, ehtiyacı olan insanların müalicəsi ilə o məşğuldur. İldə 300-500 min dollar vəsaiti yalnız xeyriyyə aksiyalarına yönəldirik. Xüsusən ağır xəstəlikdən əziyyət çəkən uşaqların xaricdə, Rusiya, Ukrayna, Almaniya, İsrail və digər dövlətlərdə müalicəsini təşkil edirik. Azərbaycanda və xaricdə təhsil alan 30-a yaxın tələbənin təhsil haqlarını biz ödəyirik. Digər xeyriyyə işlərimiz də var, ancaq hesab edirəm ki, onları bütünlüklə sadalamağa ehtiyac yoxdur. Bu bizim vətəndaşlıq borcumuzdur və bundan sonra da xeyriyyəçilik aksiyalarımızı davam etdirəcəyik.

Sonda həmsöhbətimiz bildirdi ki, asan yolla zəngin olmaq mümkün deyil:

“Rusiyada bizneslə məşğul olmaq, bir çoxlarının düşündüyü kimi asan, rahat məsələ deyil. Başqa bir millətin nümayəndəsi üçün xüsusən, çox çətindir. Hər bir sahədə uğur qazanmaq üçün, biznesdə də perspektivi görmək əsas şərtdir, iş adamları bunu yaxşı bilir. Çünki hansısa bir işlə məşğul olmaq istəyəndə, onun perspektivinin olub-olmdığını kimlər görürsə, məhz onlar da udur. Vahid Ələkbərovun hansı zəhmətlər hesabına bu səviyyəyə gəlib çatdığını siz bilirsinizmi? Eləcə də, Qodla Zaraxın, Mübariz Mənsimovun bu günki nailiyyətləri əldə etmək üçün necə çətin yol keçdiklərindən məlumatınız varmı? Adını çəkdiyim bu insanlar o milyonları böyük zəhmət hesabına qazanıblar. Bu bir həqiqətdir ki, biznes sadə bazar alveri deyil, bu prosesdə böyük zəhmət, intellekt, zamanı, günü hiss etmək, duymaq qabiliyyəti mühümdür”.


P.S.:
REDAKSİYADAN:

Biz də hazırda Moskvada yaşayıb-yaradan Əməkdar hüquqşünas, tanınmış iş adamı, xeyriyyəçi insan,
görkəmli alim, bir çox fundamental, elmi əsərlərin müəllifi, hüquq elmləri doktoru, professor
İlham Rəhimova elmi, ictimai və biznes fəaliyyətində yeni-yeni uğurlar arzulayırırq!..


Müşfiq BORÇALI.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dünyanın ən zənginləri məlum oldu — SİYAHIda 3 azərbaycanlı da var

Dünyanın ən zənginləri məlum oldu — SİYAHIda 3 azərbaycanlı da var

Dünya, İqtisadiyyat

"...Məndə sahibkarlıq ruhu var. Heç bir universitet sahibkarlıq ruhunu for ...

Tiflis, Darvaz, İqtisadiyyat
Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

Elm, MEDİA, Tiflis

"Azərbaycanı vətənim hesab etmirəm" - Lütfi Zadənin oğlu ilə MÜSAHİBƏ

Dünya, Amerika, Diaspora
Müşfiq Əmirov: “... özüm gedərəm”

Müşfiq Əmirov: “... özüm gedərəm”

MEDİA
Bella Musayeva: “Moskva mənim üçün özgə məkan deyil”

Bella Musayeva: “Moskva mənim üçün özgə məkan deyil”

Ədəbi əlaqələr
Zaur Darğallının Uğur hekayəsi

Zaur Darğallının Uğur hekayəsi

Rustavi, Borçalı
Qubernatorun müşaviri Vaqif MƏMİŞOV:

Qubernatorun müşaviri Vaqif MƏMİŞOV: "Azərbaycanla Rusiya münasibətlərinin ...

Ağbulaq, Rusiya, Diaspora
Kamandar Bayramov:

Kamandar Bayramov: "Uşaqlarınızı bazara yox, elm dalınca göndərin..."

Avropa, Diaspora
Azərbaycan diasporu ciddi seçim qarşısındadır

Azərbaycan diasporu ciddi seçim qarşısındadır

Rusiya, Diaspora
Azərbaycanda halal otellərin açılması gündəmdədir

Azərbaycanda halal otellərin açılması gündəmdədir

Sosial
“Biz bir olanda, erməni yalanları ayaq tutub yürüməz”

“Biz bir olanda, erməni yalanları ayaq tutub yürüməz”

Borçalı
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin ...

Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin ...

Əsas xəbər, Rəsmi Xəbərlər
Berkli Universitetinin professoru, məşhur soydaşımız, dünya şöhrətli alim L ...

Berkli Universitetinin professoru, məşhur soydaşımız, dünya şöhrətli alim L ...

Elm, Dünya, Amerika, Diaspora
Deputatlığa namizəd Baniamin Kasımovla MÜSAHİBƏ

Deputatlığa namizəd Baniamin Kasımovla MÜSAHİBƏ

Tiflis, Bolus, Msxeta, Siyasət
Dosent Mütəllim Rəhimov:

Dosent Mütəllim Rəhimov: "Müəllimə olan ögey münasibət təhsilimizin səviyy ...

"SALDO"
ŞƏRƏFLİ HƏYAT YOLU

ŞƏRƏFLİ HƏYAT YOLU

"SALDO"

"Dekan olmaq böyük məsuliyyət tələb edir..."

"SALDO"
Bakının sabiq baş memarı ÖMƏR QOÇULU: “Azərbaycanda 50 tanınmış binanın lay ...

Bakının sabiq baş memarı ÖMƏR QOÇULU: “Azərbaycanda 50 tanınmış binanın lay ...

Bakı, Bolus, Tarix
Qafqaz Universitetinin rektorundan ANONS: Yeniliklər olacaq

Qafqaz Universitetinin rektorundan ANONS: Yeniliklər olacaq

BMU
Rəy yazın: