Eşit harayımı MÜŞFİQ ÇOBANLI!..

Eşit harayımı MÜŞFİQ ÇOBANLI!..
QOPUZ QUNDAĞINDAN
QOPAN BİR HARAY

“Çağdaş Borçalı ədəbi məktəbi” kitabının müəllifi,
gənc alim Müşfiq Çobanlıya
sayğılarımı sunuram.


Hər səni ananda el düşür yada,
Döndərir Borçalım kamana məni,
Varlığım kabab tək bürünür oda,
Ağladır, sızladır zamana məni.

Sən hələ cavansan, eh, nə yaşın var,
Zirvələr yolçusu könül quşun var,
İrəldə həyatla çox savaşın var,
İllər eyləyibdir virana məni.

Budur, qarşımdadır ilk böyük işin,-
Sənət dünyasıdı sərraf gəzişin...
Qardaşım, mübarək bu yüksəlişin,
Çəkdin dağa məni, arana məni...

El-oba qayğılı, a cavan alim,
Duyğulu qəlbin var,mehriban həlim...
Vətən! Vətən! -deyə tütüyən dilim
Döndərib dilində dastana məni.

Xəyalım oynadı, qalxdı yerindən,
Keçdi ana yurdun xeyir-şərindən;
Mən səni duymasam belə dərindən
Ellər tay utmazdı sarbana məni.

Ucal yüksəklərə, en dərinlərə,
Ovu bərəsində vurmalı hərə,
Nə deyim kəmfürsət ötən illərə,
Yetirməz o gedən karvana məni...

Bəzən tüğyan edir ağrım, əzabım,
Dönür ağzı üstə könül rübabım,
Yazılıb-pozulan ömür kitabı
Döndərib dəli bir ozana məni.

“Ayrılıq yayalığı”, “Sevgi dəftəri”...
Azman bir oğuzun əvgü dəftəri...
Qoy yansın şerimin ülgü dəftəri,
Çəkib çıxarmasa bir yana məni.

Gəldi qəhri-qəza düşdük çöllərə,
Əlim yetişmədi doğma ellərə,
O vaxtsız saralıb solan güllərə
Bu qürbət eyləyib “Divanə” məni.

Mən ömrü odlara yaxıb gəlmişəm,
Qopuz qundağından çıxıb gəlmişəm,
O qəlbi dağlardan axıb gəlmişəm,
Tale qovuşdurub ümmana məni.

Bu incə sənətin cəfası böyük,
Səması misilsiz, şəfası böyük,
Olsun bu qələmim qoy bölük-bölük
Əgər göstərməsə cahana məni.

Eşit harayımı Müşfiq Çobanlı,
Bir ömür yaşadım ahlı amanlı,
Vətəndə bir dağdı başı dumanlı,
Bu qürbət döndərdi dumana məni.

Acı bağırsaq tək uzandı şerim,
İtirməz, bilirəm, qazandı şerim,
Saraclı, elə bil talandı şerim,
Dost möhtac etdikcə yamana məni.

Nizami SARACLI,
Beynəlxalq Poeziya müsabiqələrinin qalibi,
“Qızıl Qələm” və “Abdulla Şaiq” mükafatları laureatı,
“Şöhrət” ordenli şair.



BORÇALI

Mənim ilk şeirlərimin çapında böyük əməyi olan,
gənc yazarlara böyük və əvəzsiz xidmətlərini
heç zaman unutmadığım, əziz qələm dostum
Müşfiq Çobanlının “Ağır elli Borçalı” kitabını
oxuduqdan sonra bu şeir yarandı.


Yayılıb hər yana səsin-sorağın,
Gəzəydim qoynunda sənin, Borçalı.
Ətirli gülünü öz əllərimlə
Üzəydim qoynunda sənin, Borçalı.

Axır gözlərindən yaşı bulağın,
Bilinməz neçədi yaşı bulağın,
Günəşdən rəng alır daşı bulağın,
Gəzəydim qoynunda sənin, Borçalı.

Gözəldir bu elin yaşıl meşəsi,
Ucalır göylərə quşların səsi,
Laçın oylağıdır sərin guşəsi,
Gəzəydim qoynunda sənin, Borçalı.

Gözəl mənzərəni seçə biləydim,
Bu eldən o elə köçə biləydim,
Şəfalı suyundan içə biləydim,
Gəzəydim qoynunda sənin, Borçalı.

Göyün üzündəki qara buludlar,
Vurubdur qəlbimə yara buludlar,
Kədərlə dağılır hara buludlar,
Gəzəydim qoynunda sənin, Borçalı.

Başını qar alıb uca dağların,
Meyvəsi bol olur yaşıl bağların,
Nə gözəl görünür axşam çağların,
Gəzəydim qoynunda sənin, Borçalı.

Dilarə ŞAHİDQIZI,
“Qızıl Qələm” və “Abdulla Şaiq”
mükafatları laureatı,
Nəğməkar şairə.



MÜŞFİQ

Müşfiq Çobanlının “Ağır elli Borçalı” kitabını oxuyarkən.


Əl atıb bağından bir bar dərmişəm,
Bu sovqat mənə ilk nübardı, Müşfiq.
Fidan arzuların boy atan zaman,
Fərəhdən ürəyim qabardı, Müşfiq.

Oxuyub kitabın öpüb qoxlaram,
Əziz canım kimi təmiz saxlaram.
İlhamım dil açıb coşub çağlaram,
Aldı fikir məni apardı, Müşfiq.

Şair Xıdır ömrü sözə bağladı,
İllər ötdü, kədər onu haqladı.
Tutuldu yolları, gizlin ağladı,
Nicat yolun sizdə tapardı, Müşfiq.

Xıdır ORUCOĞLU,
“Qızıl Qələm” və “Abdulla Şaiq”
mükafatları laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
“Addımlar” Poeziya toplusu, N: 2, B., 1995.



ATA YOLU

"Şərqin səsi" qəzetində professor Mədəd Çobanov
və onun oğlu Müşfiq Borçalı haqqında yazılanları
oxuduqdan sonra onların vətənpərvərliyinə,
Vətən sevgisinə, ata oğulun getdiyi
elm yoluna qibtə edib bu şeiri
onlara ərməğan edirəm.


Oxudum "Təhsil"i, "Şərqin səsi"ni
Ordaca götürdüm mən öz bəsimi,
Daha dinəmmədim, xəcalət çəkdim,
Susub çıxartmadım bir də səsimi.

Dedim yetmiş ildə nə bilirəmmiş?
Sən demə, heç nə mən heç bilmirəmmiş
Mədəd Çobanovla Müşfiq Borçalı
Elm aləmində bir alim imiş.

Kim söylə, elini bu qədər sevər
Günah olmasaydı indiki əgər
Mədəd Çobanovla, Müşfiq Borçalı
Çıxarıb köksündən ürəyin verər.

Gəzib bölgələri bir qarış-qarış
Gejəli-gündüzlü edib axtarış.
Mənasın öyrənib toponimlərin
Qədim deyimləri üzə çıxarmış.

Bax, budur tədqiqat, bax budur təhsil,
Yersiz özün öyüb bağırmaq deyil.
Əgər Müşfiq kimi oxusa hər kim,
O da Müşfiq kimi olacaq kamil.

Nümunə götürüb Mədəd müəllimdən
Kimlər qavrayarsa elmi dərindən,
Zəhmətə qatlaşıb çalışsa əgər,
Təşəkkür alacaq o da elindən.

Qeyrətli kişinin qeyrətli oğlu
Müşfiq tək gedər bir ata yolu.
Vətənə həsr edib qiymətli anın,
Elmin təhsilin olar bir qulu.

Mədəd Çobanov alim,
Sevir Borçalı elin.
O dilçi, türkoloqdur,
Sevir öz ana dilin.

Müşfiq adlı bir oğlu
Olub elmin qulu.
Sadiq olub Vətənə
Gedir o ata yolu.

Ona deyim uğurlar
İrəlidə çox iş var.
Bu işləri görməyə
Tale olsun ona yar.

Eşit harayımı MÜŞFİQ ÇOBANLI!.. P.S. :
Üzün görmədiyim ay Müşfiq müəllim,
Bu şeiri yaltaqlıq bilmə mən ölüm,
Yetmişi keçibdir yaşım bir ildir,
Mənim salamımı atana bildir.
Hayıf müəllimim olmayıb mənim,
Olsaydı Sizin tək olardım alim.


Xanlar Soltan oğlu
MƏMMƏDOV,
Göyçay rayonu
Bığır kəndi,
müəllim.





.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dilarə ŞAHİDQIZI: BORÇALI (Müşfiq Mədədoğluna)

Dilarə ŞAHİDQIZI: BORÇALI (Müşfiq Mədədoğluna)

"SAZLI-SÖZLÜ BORÇALI", Poeziya, Borçalı, Darvaz, Müşfiq Borçalı
Nizami Saraclı:

Nizami Saraclı: "BİZİM MÜŞFİQ BORÇALI"

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı
ATA YOLU

ATA YOLU

Poeziya, Borçalı, Darvaz, Müşfiq Borçalı
Ziyəddin Novruzoğlu:

Ziyəddin Novruzoğlu: "Yurdum Kəpənəkçi, elim Borçalı!.."

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Səadət BUTAnın ithaf şeirləri

Səadət BUTAnın ithaf şeirləri

Poeziya, Borçalı, Başkeçid, Müşfiq Borçalı
AĞLIMA GƏLƏNLƏR...

AĞLIMA GƏLƏNLƏR...

Bolus, Darvaz, Müşfiq Borçalı
AY MƏDƏD OĞLU!...

AY MƏDƏD OĞLU!...

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Darvaz, Arxiv, Müşfiq Borçalı
Yüz yaşa, MÜŞFİQ BORÇALI!..

Yüz yaşa, MÜŞFİQ BORÇALI!..

Darvaz, Arxiv
XIDIR ORUCOĞLU (1958):

XIDIR ORUCOĞLU (1958): "Alçalmaq asandır, yüksəlmək çətin..."

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Darvaz, Müşfiq Borçalı
ŞƏRQİYYƏ SEYİDOVA:

ŞƏRQİYYƏ SEYİDOVA: "VƏTƏNİMDİR, VƏTƏNİM"

Poeziya, Müsabiqə
Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Başkeçid
Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi:

Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi: "Dostun evi könüllərdir!.." ( ...

Mədəniyyət, Tv, Borçalı, Darvaz
GİLƏ ƏLİQIZI:

GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..."

Poeziya, Müsabiqə
Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Poeziya, Ramiz Abdullayev
Səadət BUTA: ANA KÜRÜN LAYLASINDA

Səadət BUTA: ANA KÜRÜN LAYLASINDA

Tiflis, Başkeçid
TƏBRİK EDİRİK, GİLƏ XANIM!..

TƏBRİK EDİRİK, GİLƏ XANIM!..

Qarabağ, Poeziya, Müsabiqə, Təbriklər
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Dostluq bayrağısan Müşfiq Borçalı!..

Dostluq bayrağısan Müşfiq Borçalı!..

"SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, Tv, Rustavi, Borçalı, Başkeçid, Bolus, Darvaz, Müşfiq Borçalı
Səringül Sadə: MƏNİ DAĞLARA YETİRİN...

Səringül Sadə: MƏNİ DAĞLARA YETİRİN...

Başkeçid
“turan.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“turan.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
Rəy yazın: