Heydər Əliyev.
Azərbaycan xalqının böyük oğlu, Dahi Ulu Öndər Heydər Əliyevin mirası, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası dövlətin həyata keçirdiyi uğurlu islahatlara daima öz töhfəsini verməkdədir. Partiya sosial-mədəni həyatın əsas predmetləri olan elmin, təhsilin, mədəniyyətin, incəsənətin tərəqqisi üçün böyük işlər görür, böyük uğurlara imza atır.
Sadaladığımız prinsiplərin icrasında hakim rol oynayan Yeni Azərbaycan Partiyası bu dinamik inkişaf modelinin təbliğində əsasən ölkə gənclərinin üzərinə böyük bir məsuliyyət yükü qoyur və daim ölkə gənclərini bu yolda dəstəkləyir.
Ölkəmizin iqtisadi və maliyyə imkanları gücləndikcə intellektual sektorun güclənməsi istiqamətində də böyük işlər görülür, gəncləşən və daha dayanıqlı bir inkişaf göz önünə gəlir. Bu bir daha sübut edir ki, Gənclər siyasəti dövlətin əsas prioritetlərindəndir.
Gənclik cəmiyyətin aktiv, bacarıqlı, intellektual və aparıcı qüvvəsidir.Biz internet əsrində, dijital bir erada yaşayırıq.Bu da bizə əsas verir ki, gənclər olaraq daha yenilikçi, daha innovativ, daha,seçilən olaq. Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gəncliyinin sağlam ruhda tərbiyəsi, əsl azərbaycan vətəndaşı kimi formalaşması naminə məqsədyönlü və mütərəqqi islahatların təməli qoyuldu.
1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu baş tutdu. 1997-ci ildə isə Ulu Öndərimizin fərmanı ilə 2 Fevral Azərbaycanda "Gənclər günü" kimi təsbit olundu. Bu bir daha sübut etdi ki, Azərbaycanda Dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Və bu siyasət dünya arenası üçün bir nümunədir.
Zaman keçdikcə bu siyasətin mütərəqqi uğurlarını hər birimiz izləyirik. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində ölkə gəncləri cəmiyyətin vacib, aktiv, aparıcı qüvvəsinə çevrilib. Sevindirici və stimulverici hal ondan ibarətdir ki, bu gün ölkə başçımız Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı olan Cənab Ali Baş Komandanımız İlham Əliyev də gənclərə daima dəstək göstərir və gənclər siyasətini davam etdirir.
Cənab Prezidentimiz İlham Əliyevin 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proramı" nın təsdiqi elə ölkə gənclərinə olan dövlət qayğısının bariz nümunəsi idi. Bu sərəncamın əsas məqsədi gənclərin daha təşəbbüskar, innovativ, yaradıcı, fəal olmalarını təmin etmək idi. Bütün bunların təcəssümü kimi "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı"nı göstərə bilərik. 2007-ci il isə Ölkəmizdə "Gənclər İli"elan olundu. Bu tendensiya artan sıra ilə ölkəmizin inkişaf planında yer almaqdadır.
Bu gün ölkəmizdə bütün regionlarda "Gənclər Mərkəzi" fəaliyyət göstərir.Gənclər və İdman sahəsində saya hesaba gəlməyəcək uğur və nəaliyyətlər vardır. Elə məhz bunlar gənclər siyasətinə ayrılan dövlət qayğısının müsbət nəticələridir.
Yeni Azərbaycan Partiyası sıralarında olan hər bir gənc bu gün bu siyasətin bir parçasıdır.Və hec kəsə gizli deyil ki, çox gözəl, sağlam bir rəqabət mühiti yaradılmışdır ki, hər bir gənc öz potensialını ortaya qoymaq, dövlətə balaca da olsa öz töhfəsini vermək istəyir. Gənclərimizə eyni zamanda həm də yüksək milli vətənpərvərlik ruhu aşılanmaqdadır. Elə zəfərlə sonlanan 44 günlük Vətən savaşında şücaət göstərən, 30 illik həsrətə son goyan mücahidlərimiz də məhz Azərbaycan gəncliyinin ən vətənpərvər təbəqəsinin nümayəndələri oldular. Bir xalq üçün bundan böyük stimul ola bilməz.Olkə gəncləri onlara göstərilən böyük etimadı doğrultmaq üçün böyük bir coşqu ilə, milli vətənpərvərlik ruhunda, vəchlə çalışır və mükəmməl inkişaf sferasında özlərini sübut etməkdədirlər.
Buna daha əyani misal olaraq gənclərimizin informasiya,savaşıni da ön plana çəkə bilərik. Müharibə böyük Zəfərlə yekunlaşsa da ölkə gəncləri media üzərindən və müxtəlif sosial şəbəkələr üzərindən informasiya müharibəsinə də layigincə cavab verməkdədirlər.
Bax budur böyük siyasi məktəb olan Yeni Azərbaycan Partiyasının uğurlu inkişaf yolu!
Azərbaycan gəncləri isə bu inkişafın birbaşa səbəbkarına çevrilmişdir.
Möhtərəm prezidentimiz İlham Əliyev gənclərimizə müraciətlə demişdir:
"Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər.
Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər.
Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır.
Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar.
Gənclər, mən sizə inanıram, güvənirəm!.."
Nəhayət Məhəmməd qızı ŞİRİNOVA,
YAP Quba Qadınlar Sırası sədr müavini,
ADPU Quba filialının əməkdaşı,
"Qızıl Qələm" Media Mükafatı laureatı,
Beynəlxalq sertfikatlı təlimçi,
ictimaiyyətçi
turan.info.az
.