Ölkə rəhbəri Tarixdə ən qədim insan məskənlərindən biri kimi tanınan Azıxa baxmış, zəfər yolu ilə Şuşaya getmişdir.
Molla Pənah Vaqifin məqbərəsinin bərpası ilə bağlı öz göstərişlərini vermişdir.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma bu kompleksin bərpası layihəsi ilə bağlı məlumat verdi. Bildirildi ki, layihə Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcəkdir. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Erməni vandalları tərəfindən dağıdılan vaxtı ilə Molla Pənah Vaqifin büstünün qoyulduğu əraziyə, şəhərin mərkəzi meydanında yerləşən XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksinə, Şuşa Dövlət Rəsm Qalereyasının binasına, Şuşanı quran Pənahəli xanın sarayına, Qarabağ xalçaçılıq sənətinin məbədi olan Şuşa Xalça Muzeyinə, ermənilərin “Şuşi palace” çevirdiyi “Qarabağ” mehmanxanasına və Şuşa sanatoriyasına baxış keçirərək aparılacaq təmir-bərpa işləri ilə bağlıə müvafiq göstərişlər verdilər.
Möhtərəm prezidentimiz beynəlxalq təşkilatlara çağırış etdi: “Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər. Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır.”
Əyyub Kərimov
Azərbaycan Texniki Universitetinin
"Humanitar fənlər” kafedrasının professoru,
fəlsəfə üzrə elmlər doktoru
turan.info.az
.