"Azərbaycandakı seçkilər şəffaf şəkildə keçib" - YAP-dan açıqlama

"Azərbaycandakı seçkilər şəffaf şəkildə keçib" - YAP-dan açıqlama Azərbaycanda növbəti parlament seçkiləri baş tutdu. Hesab edirəm ki, bu seçkilər tam qanuna uyğun, demokratik və şəffaf şəkildə keçirilib. Secki-2015.az saytı xəbər verir ki, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında belə deyib. O bildirib ki, qanunvericiliyə uyğun olaraq seçki məntəqələri 8.00 da açılıb, 19.00-da bağlanıb.

“Seçicilər səsvermə prosesində kifayət qədər fəal iştirak ediblər. İlkin nəticələrə görə, seçicilərin 55 faizdən çoxunun səsvermədə iştirak etməsi müsbət haldır. 5 il əvvəlki səsvermədə isə iştirak edən seçicilər 49,6 faiz idi. Bu, bir daha göstərir ki, seçkilər yüksək səviyyədə keçirilib. Seçki kampaniyası, eləcə də səsvermə zamanı qanun pozuntuları qeydə alınmayıb. Bu, onu deməyə əsas verir ki, səsvermə normal keçib”,- Ə. Əhmədov vurğulayıb.

YAP-ın budəfəki seçkilərdə ən çox namizədlə iştirak etdiyini bildirən Əli Əhmədov qeyd edib ki, partiya tərəfindən 117 nəfərin namizədliyi irəli sürülmüşdü. Sonradan onlardan 2 nəfəri namizədliyini geri götürdüyündən partiya seçkiyə 115 nəfərlə qatıldı.

Baş nazirin müavini bildirib: “Hesab edirik ki, YAP-ın namizədlərinin böyük şansı var. İnanırıq ki, namizədlərimizin böyük hissəsi Azərbaycan seçicilərinin rəğbətini qazanacaq. Bildiyiniz kimi, səsverməni izləmək üçün “exit-poll”lar da keçirilib. Həmin sorğuların ilkin nəticələri də bir qədər əvvəl söylədiyim fikirləri təsdiqləyir. İnanırıq ki, “exit-poll”la MSK-nın sonda açıqlayacağı nəticələr arasında elə böyük fərq olmayacaq”.

“Əminik ki, YAP Milli Məclisdə yenə də ən çox sayda təmsil olunan partiya olmaq hüququnu özündə saxlayacaq. Təbii ki, bu seçkilərdə digər siyasi partiyalar da iştirak edib. Səsverməni həm daxili, həm xarici, həm də YAP-ın müşahidəçiləri izləyib. Həmin müşahidələrin nəticələri də onu deməyə əsas verir ki, Azərbaycanda növbəti parlament seçkiləri ədalətli və şəffaf şəkildə, demokratik əhval-ruhiyyədə keçib”,- deyə YAP icra katibi qeyd edib.

Əli Əhmədov seçkinin normal şəraitdə keçməsini Azərbaycandakı ictimai-siyasi sabitliyin göstəricisi kimi qiymətləndirib: “Bu mənada YAP-ın uğurları, ölkədəki ictimai-siyasi sabitlik Azərbaycan seçiciləri tərəfindən dəstəklənir. Eyni zamanda, bu, prezident İlham Əliyevin siyasətinə, vətəndaşların Azərbaycan hökumətinə müsbət münasibətinin ifadəsidir”.

Sosial şəbəkələrdə səsvermə prosesinin gedişinə kölgə salmaq cəhdlərinə də münasibət bildirən Əli Əhmədov qeyd edib ki, qanun pozuntusu olduğu iddia edilən bütün faktlar ciddi araşdırılacaq, əgər həqiqətən də orada nöqsanlar varsa, məsələ yalnız qanun çərçivəsində həllini tapacaq.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Parlament seçkilərində “exit-poll”un nəticələri açıqlandı - SİYAHI

Parlament seçkilərində “exit-poll”un nəticələri açıqlandı - SİYAHI

Azərbaycan, Siyasət
“İlham Əliyevi təbrik edirəm” – Əli Əhmədov

“İlham Əliyevi təbrik edirəm” – Əli Əhmədov

YAP, Azərbaycan, Siyasət
YAP-dan olan Millət vəkilləri Türkiyənin Azərbaycandakı səfirliyində olub,  ...

YAP-dan olan Millət vəkilləri Türkiyənin Azərbaycandakı səfirliyində olub, ...

YAP, Nekroloqlar, Turan
“YAP icazə versə, təkrar seçkilərə qatılacam”

“YAP icazə versə, təkrar seçkilərə qatılacam”

Siyasət
YAP Yasamal rayon təşkilatında sosial şəbəkələrdə fəal iştirak edən gənclər ...

YAP Yasamal rayon təşkilatında sosial şəbəkələrdə fəal iştirak edən gənclər ...

YAP
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumre ...

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumre ...

YAP
Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

YAP, Humanitar elmlər
YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialis ...

YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialis ...

YAP, Dünya

"Borçalı" Birliyinin sədri Gürcüstandakı seçkilərlə bağlı bəyanat yaydı.. ...

"Borçalı" Cəmiyyəti
AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

YAP, AzTU
“Seçkilərdə yenidən iştirak etmək niyyətindəyəm”  - keçmiş deputat Çingiz Q ...

“Seçkilərdə yenidən iştirak etmək niyyətindəyəm” - keçmiş deputat Çingiz Q ...

Siyasət
YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

BSU
Nazir müavini Fərid Əhmədov BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçili ...

Nazir müavini Fərid Əhmədov BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçili ...

Rəsmi Xəbərlər, Zirvə.info
Əli Əhmədov:

Əli Əhmədov: "Azərbaycan ən yüksək inkişafa nail olmuş azsaylı ölkələrdən ...

YAP, Azərbaycan, İqtisadiyyat
ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU
AzTU-da YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

AzTU-da YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

YAP, AzTU
Əli Əhmədov: Azərbaycanda 1,5 milyon insanın iqtisadi fəaliyyəti rəsmiləşdi ...

Əli Əhmədov: Azərbaycanda 1,5 milyon insanın iqtisadi fəaliyyəti rəsmiləşdi ...

YAP, İqtisadiyyat
MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Tacikistanda keçirilmiş referendu ...

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Tacikistanda keçirilmiş referendu ...

Milli Məclis, Orta Asiya
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ŞİKAR MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ŞİKAR MÜƏLLİM!...

YAP, AzTU, Təbriklər
Gürcüstanda parlament seçkiləri zamanı saxlanılan azərbaycanlı gənclər sərb ...

Gürcüstanda parlament seçkiləri zamanı saxlanılan azərbaycanlı gənclər sərb ...

Borçalı
Rəy yazın: