2017-ci il noyabrın 17-də Azərbaycan Texniki Universitetində (AzTU) Yeni Azərbaycan Partiyasının (YAP) "Hüseyn Cavid-25" ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş iclası keçirilib.
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş
iclası giriş sözü ilə
AzTU-nun rektor əvəzi
Xalıq Yahudov açıb. O, əvvəlcə iclas iştirakçılarını -ərazi ilk partiya təşkilatının idarə heyətinin üzvlərini və eləcə də qonaqları salamlayıb, iclasın əlamətdar bir zamanda, bayramlar qovuşağında - Beynəlxalq Tolerantlıq, Milli Dirçəliş və Beynəlxalq tələbə günləri ərəfəsində keçirildiyini diqqətə çatdırıb. Fürsətdən istifadə edərək, bu bayramlar münasibətilə tədbir iştirakçılarını təbrik edib, xoş arzularını söyləyib.
Sonra rektor əvəzi Ulu öndər Heydər Əliyevin ölkəmiz üçün ən böyük miraslarından biri YAP-ın müstəqil Azərbaycanın ictimai-siyasi həyatındakı tarixi xidmətlərindən danışıb. Bildirib ki, "Azərbaycan Respublikası bu gün dünyanın sürətlə yeniləşən və müasirləşən ölkələrindən birinə çevrilib. Ölkəmizin son 25 ildə əldə etdiyi nailiyyətlərdə öz sıralarında 700 minə qədər vətənpərvər insanı birləşdirən Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri var."
X.Yahudov qeyd edib ki, nüfuzu gündən-günə artmaqda olan YAP-a üzv olmaq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmək istəyənlər arasında AzTU-nun tələbələri və əməkdaşları da az deyil. Biz istərdik ki, bu gün Universitetimizin YAP sıralarına qəbul ediləcək nümayəndələri ölkəmizdə Heydər Əliyev ideyalarının fəal təbliğatçılarına çevrilsinlər, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət quruculuğu siyasətinin fəal iştirakçıları olsunlar.
Çıxışının sonunda rektor əvəzi YAP-ın yeni seçilən üzvlərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra YAP Yasamal Rayon Təşkilatının sədri
Tağı Əhmədovun və Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasının müdiri, ərazi ilk partiya təşkilatının sədri, professor Şikar Qasımovun Yeni Azərbaycan Partiyasının keçdiyi 25 illik şərəfli yol haqqında geniş və ətraflı məruzələri maraqla dinlənilib.
YAP "Hüseyn Cavid-25" ərazi ilk partiya təşkilatının gənclər üzrə əlaqələndiricisi Əsmər Nəbiyeva öz çıxışında gənclərə göstərilən diqqət və qayğıdan söhbət açıb, dövlət başçısına və YAP rəhbərliyinə, eləcə də "Gənclərin dostu" adlandırdığı rektor əvəzi Xalıq Yahudova təşəkkür edib, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gənclərimizə ən gözəl nümunə, örnək olduğunu bildirib.
Çıxış edən natiqlər yaşadığımız bü günkü gözəl şəraiətə görə Müasir Azərbaycanımızın memarı və Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əlirza oğlu Əliyevə borcluyuq!.
Daha sonra tədbirdə YAP-ın sıralarına yeni üzvlər qəbul olunub, ötən iclasda qəbul olunmuş yeni üzvlərə partiya biletləri təqdim edilib.
İclasda YAP Yasamal Rayon Təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev və dirgər rəsmi qonaqlar iştirak ediblər.
turan.info.az
.