Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoymağa cagırır

Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoymağa cagırır Yeni Azərbaycan Partiyası iyulun 4-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərin həlak olması ilə nəticələnən hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul edib.

Müraciətdə qeyd olunur ki, iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələrinin növbəti təxribatı nəticəsində azyaşlı Zəhra Quliyeva və Sahibə Quliyevanın qətlə yetirilməsi qəti şəkildə pislənilməlidir. İnsanlığa yaraşmayan bu hərəkət erməni terrorçularının uşaq qatili olduğunu bir daha sübuta yetirmişdir. Errmənistanın işğalçı hərbi birləşmələri tərəfindən təmas xəttinə yaxın ərazilərin atəşə tutulması, dinc əhalinin qətlə yetirilməsi Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Bu vəhşilik bir daha göstərir ki, erməni təcavüzünün qarşısının alınmaması, beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin biganəliyi erməni terroristlərinin əl-qolunu açır və mahiyyət etibarı ilə dinc insanların vəhşicəsinə qətlə yetirilməsinə rəvac verir.
YAP –ın qəbul etdiyi müraciətdə qeyd olunub ki, erməni hərbi birləşmələri tərəfindən münaqişə ilə birbaşa bağlı olmayan ərazilərdə, təmas xəttindən uzaqda yaşayış məntəqələrinin və mülki əhalinin atəşə tutulması Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir. Erməni silahlı qüvvələrinin bu cür təxribatlar törətməsi, mülki insanları hədəfə alması Ermənistanın beynəlxalq humanitar hüquq əsasında üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır. Bu, eyni zamanda 1949-cu il Cenevrə konvensiyalarının və ona 1 saylı Əlavənin və hərbi münaqişələr zamanı sivil davranış qaydaları haqqında beynəlxalq sənədlərin, o cümlədən uşaqların hüquqlarının və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Yeni Azərbyacan Partiyasının yaydığı müraciətdə qeyd olunub ki, bu hadisə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış mövcud status-kvonun dəyişdirilməsinin vacibliyini bir daha sübut edir.

Qeyd olunub ki, müvafiq beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həlli üçün məsuliyyət daşıyan ATƏT-in Minsk qrupu insanlığa qarşı yönəlmiş bu cinayətə obyektiv münasibət bildirməli, təcavüzkar Ermənistana münasibətdə beynəlxalq hüquq müstəvisində qətiyyətli addımlar atılmalıdır.

Müraciətdə bildirilir ki, Ermənistan hakimiyyətinin gərginliyi artırmaq cəhdləri BMT Təhlükəsizlik Şurasının Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin təcili şəkildə icra olunmasının qaçılmaz olduğunu bir daha sübuta yetirir.
Yeni Azərbaycan Partiyası yaydığı müraciətdə dünya ictimaiyyətini, bütün beynəlxalq təşkilatları, dünya siyasətində aparıcı mövqeyə malik dövlərləri, o cümlədən beynəlxalq siyasi qrumları və partiyaları Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz töfvəsini verməyə, regionda bu qanlı münaqişə ocağının söndürülməsinə səylər göstərməyə cağırış yer almışdır.


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Cəbhə xəttində vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticə ...

Cəbhə xəttində vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticə ...

QHT
“Cabir Novruz” Məfəniyyət fondunun bəyanatı

“Cabir Novruz” Məfəniyyət fondunun bəyanatı

QHT
Azərbaycan Mətbuat Şurası Alxanlıda yaşanan faciə ilə bağlı bəyanat yayıb

Azərbaycan Mətbuat Şurası Alxanlıda yaşanan faciə ilə bağlı bəyanat yayıb

MEDİA, Dünya
Biz onlardan hər hansı söz yığınından ibarət bəyanat deyil, konkret fakt üz ...

Biz onlardan hər hansı söz yığınından ibarət bəyanat deyil, konkret fakt üz ...

QHT, Dünya
Pərvin Abdullayeva:

Pərvin Abdullayeva: "Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan"

Qarabağ, AzTU
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Qarabağ, Gürcüstan, Borçalı
Avropa Azərbaycanlıları Konqresi Yerevanın mərkəzində faşist generalına hey ...

Avropa Azərbaycanlıları Konqresi Yerevanın mərkəzində faşist generalına hey ...

Avropa, Diaspora
Deputat RÖVŞƏN RZAYEV:

Deputat RÖVŞƏN RZAYEV: "Dinc sakinlər arasında ölən və yaralananlar var"

Qarabağ
İsveç Azərbaycanlıları Konqresi ölkə rəhbərliyini Ermənistana təzyiq göstər ...

İsveç Azərbaycanlıları Konqresi ölkə rəhbərliyini Ermənistana təzyiq göstər ...

Diaspora
Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Avropa, Diaspora
Qafar Əsgərzadə:

Qafar Əsgərzadə: "Erməni təxribatına susmaq və onları qınaq predmentinə çe ...

Qarabağ, AzTU
İsveç azərbaycanlıları etiraz bəyanatı yayıb

İsveç azərbaycanlıları etiraz bəyanatı yayıb

Diaspora
Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Qarabağ, Diaspora
Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistan silahlı qüvvələrinin iri ...

Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistan silahlı qüvvələrinin iri ...

Qarabağ, Tiflis
Berlində Azərbaycan diaspor təşkilatlarının birgə aksiyası keçirilib

Berlində Azərbaycan diaspor təşkilatlarının birgə aksiyası keçirilib

Avropa, Diaspora
Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin BƏYANATI

Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin BƏYANATI

Qarabağ, Borçalı
Hüseyn Yusubov:

Hüseyn Yusubov: "İşğal olunmuş torpaqlarımızı işğalçılardan azad etmək Azə ...

Qarabağ, Gürcüstan, Borçalı
Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

"Borçalı" Cəmiyyəti
Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib

Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib

"Zirvə", Avropa, Diaspora
Cəbhədə vəziyyətlə bağlı SON MƏLUMAT

Cəbhədə vəziyyətlə bağlı SON MƏLUMAT

Əsas xəbər, Qarabağ
Rəy yazın: