YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya ilə görüşüb

YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya ilə görüşüb Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov iyunun 22-də Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanayanın başçılıq etdiyi nümayəndə heyətini partiyanın mənzil-qərargahında qəbul edib.

Görüşdə Azərbaycan və Moldova arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.



YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya ilə görüşüb turan.info.az xəbər verir ki,
YAP-ın Sədr müavini
Əli Əhmədov
Azərbaycan ilə Moldova arasındakı dostluq əlaqələrinin əhəmiyyətindən bəhs edərək bildirib ki, ortaq iqtisadi maraqlar, hər iki ölkənin GUAM-a üzvlüyü və digər bu kimi amillər əməkdaşlığın inkişafına zəmin yaradır.
YAP-ın Sədr müavini, həmçinin, Yeni Azərbaycan Partiyası ilə Moldova Respublikası Sosialistlər Partiyası arasındakı əlaqələrin də inkişafının böyük önəm daşıdığını qeyd edərək mövcud səfərin qarşılıqlı əməkdaşlığa təkan verəcəyini vurğulayıb.

Daha sonra YAP-ın Sədr müavini Əli Əhmədov partiya haqqında məlumat verərək 700 min nəfərə yaxın üzvü olan YAP-ın əhali arasında böyük nüfuza malik olduğunu, Azərbaycan xalqının 24 ildir ki, bu partiyanı dəstəklədiyini bildirib. YAP -ın Sədr müavini qeyd edib ki, partiyanın dəstək olduğu daxili və xarici siyasi kurs ölkəyə iqtisadi dividendlər gətirib, əhalinin rifah halını xeyli yaxşılaşdırıb. Bu illər ərzində Azərbaycanın siması əhəmiyyətli dərəcədə dəyişib, ölkədə beynəlxalq əhəmiyyətli tədbirlər, yarışlar keçirilir. İki gündən sonra baş tutacaq Formula-1 Qran Prisi buna əyani sübutdur. Ölkədə sabitlik bərpa olunub, bütün sahələr inkişaf edir, əhalinin sayı artaraq 10 milyon nəfərə çatıb.

YAP-ın Sədr müavini əlavə edib ki, ölkələrin, xalqların bir-birinə yaxınlaşması üçün partiyalararası əlaqələr də mühüm önəm kəsb edir. Bu baxımdan, geniş beynəlxalq əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası Avropa, Asiya, MDB məkanı, və Cənubi Amerikadakı bir sıra partiyalarla fəal əməkdaşlıq qurub.

YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya ilə görüşübÖz növbəsində Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya Moldova Prezidenti İqor Dodonun rəhbərlik etdiyi nümayyəndə heyəti tərkibində ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib. O qeyd edib ki, Bakıda olduğu müddətdə vahid Azərbaycan xalqı ideyasının əyani şahidi olub və Moldovanın Azərbaycandan öyrənə biləcəyi müsbət örnəklər çoxdur. Zinaida Qreçanaya da partiyalararası əlaqələrə böyük əhəmiyyət verdiklərini bildirərək Yeni Azərbaycan Partiyası ilə qarşılıqlı səfərlər və təmasların müntəzəm xarakter almasında maraqlı olduqlarını söyləyib.

Mariya Qreçanaya həmçinin, Moldovada çoxlu sayda azərbaycanlıların yaşadığını qeyd edərək iki ölkə arasında bines və investisiyaların yatırımı sahəsində əməkdaşlığın genişləndirilməsinə əlverişli imkanların olduğunu da vurğulayıb.

YAP-ın İcra katibi Əli Əhmədov qarşılıqlı münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə habelə, YAP Sədrinin müavini Əli Əhmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verərək, Azərbaycan hökumətinin bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşımızın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən bəhs edib. O, həmçinin, bənzər konfliktlərlə üzləşən hər iki ölkənin ərazi bütövlüyü prinsipinin müdafiəsi istiqamətində bir-birinə dəstəyinin vacibliyini qeyd edib.

Ümumilikdə qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
Görüşdə, həmçinin, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Azərbaycan Respublikasının Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, eləcə də Moldova prezidenti aparatı rəhbərinin müavini Nikolay Posturusu və Moldova Respublikası prezidentinin şəxsi köməkçisi və mətbuat xidmətinin rəhbəri İon Çebanu da iştirak ediblər.


turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YAP-dan olan Millət vəkilləri Türkiyənin Azərbaycandakı səfirliyində olub,  ...

YAP-dan olan Millət vəkilləri Türkiyənin Azərbaycandakı səfirliyində olub, ...

YAP, Nekroloqlar, Turan

"Azərbaycandakı seçkilər şəffaf şəkildə keçib" - YAP-dan açıqlama

YAP, Azərbaycan, Siyasət
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumre ...

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumre ...

YAP
Diasporla İş Üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin edilib

Diasporla İş Üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin edilib

Diaspora
Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

YAP, Humanitar elmlər
AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

YAP, AzTU
YAP Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir

YAP Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir

Regionlar, YAP
AzTU-da YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

AzTU-da YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

YAP, AzTU
Azərbaycan-Gürcüstan dostluğu nümunədir

Azərbaycan-Gürcüstan dostluğu nümunədir

Tiflis, Diaspora
YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

BSU
Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə  təltif olunub

Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə təltif olunub

YAP, BDU, Təbriklər
Ölkənin  aparıcı siyasi qüvvəsi olan YAP-ın VII qrultayı ölkə gənclərinin b ...

Ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın VII qrultayı ölkə gənclərinin b ...

YAP, Regionlar, ADPU
Vüqar Mustafayev Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfe ...

Vüqar Mustafayev Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfe ...

Turan
YAP Yasamal rayon təşkilatında sosial şəbəkələrdə fəal iştirak edən gənclər ...

YAP Yasamal rayon təşkilatında sosial şəbəkələrdə fəal iştirak edən gənclər ...

YAP
ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

MEDİA, "Şərqin səsi"
Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Tiflis, Diaspora
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub

MEDİA, Turan
ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU
“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda  ...

“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda ...

Elm, "Zirvə"
Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb

Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb

Qarabağ, Hüquq, Təbriklər, Diaspora
Rəy yazın: