Mehriban xanım Əliyevanın
doğum günüdür.
Bu gün münasibətilə
ölkə ictimaiyyəti, eləcə də
Azərbaycan Respublikası “Dərbənd” Xeyriyyə İctimai Birliyin üzvləri
böyük hörmət və ehtiramla möhtərəm Mehriban xanım Əliyevanı təbrik edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban xanım!
Azərbaycan Respublikası “Dərbənd” Xeyriyyə İctimai Birliyi adından
Sizi yubileyiniz münasibəti ilə təbrik edirik.
Siz, Ümummilli Liderimiz Heydər Əliyevin fəaliyyətində əhəmiyyət kəsb edən Azərbaycan xalqının milli-mənəvi, çoxəsrlik multikultural ənənələrinin və tolerantlığın qoruyub, inkişaf etdirilməsi kursunu layiqincə davam etdirirsiniz və həyatınızı dövlətə xidmətə, onun sosial rifahının təmin olunmasına həsr etmisiniz.
Sizin cəmiyyətimizdə yüksək ictimai mövqeyiniz və nüfuzunuz Azərbaycanın tanınmış ziyalılarının, şəhid ailələrinin və sıravi vətəndaşların hüquqlarının qorunmasında və tam təmin edilməsində xalqımızın arasında böyük rəgbət qazanmısınız və sarsılmaz mənəvi dayağına çevrilmisiniz.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məqsədyönlü siyasətinin, mədəniyyətlər və sivilizasiyalar arası dialoqunun təbliğində fəal təşkilatçısı kimi respublikamızın inkişafı üçün səylərinizi əsirgəmirsiniz. Bu gün dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasında Sizin müstəsna xidmətləriniz vardır.
Sizin fəaliyyətiniz Azərbaycanda və Dağıstanda yaşayan eyni soy-kökə, dinə, adət-ənənələrə malik olan xalqlarımızın qarşılıqlı münasibətlərinin daha da gücləndirilməsi, hər iki xalqın mədəni-tarixi dəyərlərinin və keçmişinin qorunub yaşadılması ilə bağlıdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə Dərbənd şəhərinin quruculuğunda, ümumtəhsil məktəblərinin təmir və bərpasında Sizin yaxından iştirakınız və xeyirxah addımlarınız bunu bir daha sübut edir. Dərbənd şəhərində Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adına 4 saylı orta ümumtəhsil məktəbinin Heydər Əliyev Fondunun dəstəyi ilə təmir və bərpası bunun bariz nümunəsidir. Bu məktəbə yenidən həyat verilməsində göstərdiyiniz maddi kömək və dəstək, daimi diqqət və qayğı Dərbəndli azərbaycanlılar tərəfindən böyük razılıqla xatırlanır.
Sizin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası arasında münasibətlərin daim dostluq və qardaşlıq ruhunda inkişaf etdirilməsində rolunuz əvəzsizdir. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinizə görə Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Sizi “Dostluq” ordeni ilə təltif olunması bu sahədə fəaliyyətinizə verdiyi yüksək qiymətidir.
Hörmətli Mehriban xanım!
Əlamətdar yubileyiniz münasibəti ilə Sizə səmimi qəlbdən gözəl həyat, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycanın rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni böyük uğurlar diləyirik. Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzulayırıq.
İnanırıq ki, Sizin fəaliyyətiniz nəticəsində Azərbaycan və Dağıstan Respublikasında yaşayan həmvətənlərimiz arasında əlaqələr daha da möhkəmlənəcək!
Dərin hörmətlə,
Nurulla Əliyev
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri,
ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor
turan.info.az
.