E.Ə.Qasımzadənin
“Şərəf” ordeni ilə
təltif edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan memarlıq sənətinin inkişafında
böyük xidmətlərinə görə
Elbay Ənvər oğlu Qasımzadə
“Şərəf” ordeni ilə
təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2018-ci il.
REDAKSİYADAN:
Bakı şəhərinin keçmiş baş memarı (1989–2001) "Şöhrət" (2000) ordeni laureatı,
Azərbaycan Memarlar İttifaqının sədri (6 noyabr 2012–ci ildən) çox hörmətli
Elbay Ənvər oğlu Qasımzadəni “Şərəf” ordeni ilə təltif edilməsi münasibətilə
ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
turan.info.az
.