Bakı Mühəndislik
Universitetinin rektoru
təyin edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 mart 2017-ci il.
REDAKSİYADAN:
"Şöhrət" ordenli texnika elmləri doktoru, çox hörmətli professor Havar Məmmədovu
möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə yeni yaranmış
Bakı Mühəndislik Universitetinə rektor təyin olunması münasibətilə
ürəkdən təbrik edir və ona şərəfli vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
turan.info.az
.
.