Elxan Poluxovun Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Elxan Poluxovun  Azərbaycan Respublikasının  Braziliya Federativ Respublikasında  fövqəladə və səlahiyyətli səfiri  təyin edilməsi haqqında  Azərbaycan Respublikası  Prezidentinin Sərəncamı
E.P.Poluxovun
Azərbaycan Respublikasının
Braziliya Federativ Respublikasında
fövqəladə və səlahiyyətli səfiri
təyin edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında
fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.


İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2016-cı il.


REDAKSİYADAN:

Dəyərli soydaşımız, son 5 ildə Azərbaycanın Cənubi Afrika Respublikasındakı və eyni zamanda
Anqola, Mozambik, Svazilend və Zimbabvedəki Fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış
təcrübəli diplomat - çox hörmətli Elxan Polux oğlu Poluxovu
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə
Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı
Fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi münasibətilə
ürəkdən təbrik edir və ona şərəfli fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Elxan Poluxovun  Azərbaycan Respublikasının  Braziliya Federativ Respublikasında  fövqəladə və səlahiyyətli səfiri  təyin edilməsi haqqında  Azərbaycan Respublikası  Prezidentinin Sərəncamı Xatırladaq ki, Azərbaycan Respublikası dövlət xadimi və tanınmış diplomatı - Elxan Polux oğlu Poluxov qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində ziyalı ailəsində - Gürcüstanıın Əməkdar həkimi, uzun müddət Sadaxlı kənd xəstəxanasının baş həkimi vəzifəsində çalışmış Polux Məhəmməd oğlu Poluxovun (1932 -2008) ailəsində
dünyaya göz açıb.
Sankt-Peterburq Dövlət Universitetinin Tarix fakültəsini bitirib, sonra həmin universitetin Beynəlxalq əlaqələr fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

Elxan Poluxov bir müddət Qərb Universitetində müəllim işləmiş, daha sonra isə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində çalışmışdır. O, 2009-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov tərəfindən XİN Mətbuat Xidmətinin rəhbəri təyin edildikdən sonra, həm diplomatik sahədə, həm də mətbuatda geniş tanınmağa başlamışdır.
Elxan Poluxov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri (10 yanvar 2009 — 16 avqust 2011), Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı, eyni zamanda Anqolada, Mozambik, Zimbabve Respublikalarındakı və Svazilend Krallığındakı Fövqaladə və Səalhiyyətli Səfiri (16 avqust 2011 — 21 dekabr 2016) vəzifələrində də şərəflə çalışmışdır. Əminik ki, o, bu ənənəni Brazilya Federativ Respublikasında da uğurla davam etdirəcək.

VƏ... dəyərli oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq,
səfir Elxan Poluxovun 2011-ci ildə Milli.Az xəbər portalında yayımlanan
"Qızlarla daha çox danışmağı xoşlayırdım" sərlövhəli müsahibəsini
aşağıda turan.info.az-ın oxucularına təqdim edirik:

Müşfiq BORÇALI,
turan.info.az



Azərbaycanlı diplomat, XİN-in keçmiş mətbuat katibi Elxan Poluxov
Milli.Az xəbər portalının "Qeyri-rəsmi" layihəsində bütün "cinayət"lərini belə etiraf etdi.

Tezliklə Cənubi Afrikaya üz tutacaq bu şəxs haqda o qədər məlumat almaq istəyirəm ki, amma görüşə gəlməzdən öncə həmkarlarımın "Poluxov soyadı haradan gəlir?" sualı imkan vermir ki, söhbətə istədiyim yerdən giriş edim. Görüşdən öncə bunlarda "Poluxov sevgisi" nədir deyə kiçik araşdırma apardım, məlum oldu ki, biz jurnalistlər bir qayda olaraq lazım olan vaxt əlaqə yaradılması mümkün olan mətbuat xidmətlərini sevirik. Bu üzdən də media Poluxovu Cənubi Afrikaya böyük sevgi ilə yola salır. Başlayırıq həmkarların sualından:

- Soyadımla bağlı iki fikir var: nəslimizdə hesab edirlər ki, ruslar 19-ci əsrin ortalarında əhalini siyahıya alarkən babamı Bolux yox, Polux kimi qeyd ediblər. Rəhmətlik Ziya Bünyadov isə Gürcüstanda qonağımız olanda demişdi ki, vaxtilə kəndimizdə Qarapapaqların Uluxlar tayfası yaşayıb. Zamanla "ulux" sözü transformasiya olaraq "polux" sözünə çevrilib.

Açığı, bir Poluxov heyranı olduğumdan bu haqda bilirdim. Hətta onu da bilirəm ki, bu onların nəslində həm ad, həm də soyaddır. Atası da Poluxdur, oğlu da. Və oğlu nəsildə 4-cü Polux Poluxovdur. Ona görə də başlayırıq mənim bilmədiklərimdən danışmağa. Sən demə, ağlı kəsər-kəsməz, "Şouşenkadan" qaçmağa cəhd edib:

- 4-5 yaşım olardı, divarın yanında yatırdım. Bir dəfə xalçanı qaldırıb gördüm ki, divar bir balaca sökülüb, "mel"in dadına baxmaq imkanı var. Xoşuma gəldi və başladım hər gün bir az barmağımla oyub yeməyə. 2-3 həftəyə qonşu evə böyük bir deşik açıldı... Bir gün qonşu nənəmə yaxınlaşdı ki, sizdən gözləməzdik, bizi güdmək istəyirsiniz? Araşdırma başladı, xalça qalxdı, müəyyən olundu ki, dəcəl nəvə divarı yeyib. Cəzalandırdılar.

Bakıda yarımillik ixtisaslaşma kursunda olan ana oğlunun getdiyi uşaq bağçasında təmir başladığından məktəb direktoruna bir qutu konfet hədiyyə edib, 6 yaşlı Elxanı məktəbə düzəldir: "Mən 2 alanda sevinirdilər ki, 1 almayıb. 2 mənim üçün inkişaf idi"...

- Nənəm eyvanda mürəbbələri, turşuları yığmaq üçün şkaf düzəltdirmişdi. Stolun üstünə stul, stulun üstünə kətil qoyub, yuxarıdan turşu oğurlayırdım. Qardaşım da kömək edirdi, sonra bölüşürdük. Bir gün nənəm bozbaş bişirirdi. Baxdı ki, turşu yoxdur, yenə araşdırma başladı. Bu dəfə qardaşım məni satdı. "Məhkəmədə" boynuma aldım. Yenə cəzalandırdılar. Elə o gün atam Gürcüstandan durub gəlmişdi ki, bizə baş çəksin. Görəndə ki, sonbeşiyi döyülüb, bizi apardı Gürcüstana ki, "mən burada uşağımı saxlaya bilmərəm".

- Gürcüstanda heç bir "cinayət" törətmədiniz?

- Kənd yeri olsun, qonşu bağı olsun, orada alça, kal ərik olsun, cinayət olmasın? Atam Gürcüstanın ilk azərbaycanlı əməkdar həkimi idi, tanınmış, ziyalı idi. Biləndə ki, öz bağımız qala-qala oğlu qonşunun bağına girib alça oğurlayır, çox hirslənirdi. Bəzən qonşular alça verirdilər ki, apar, ver oğluna, bağa girməsin, çəpəri tapdalamasın, budaqları qırmasın...

"Cinayət"lərini bir-bir etiraf etsə də özünə haqq da qazandırır: "Axı alça oğurluğunun öz ləzzəti var.

Bağdakı itin başını qatasan, hasara dırmaşasan, sonra eyni formada geri qayıdasan..."

Arada "şirin cinayətlər" də olub:

- Valideynlərim həkim idi. Yanlarına xəstə gələndə sovetin adəti ilə bir qutu konfet də gətirərdilər. Həmişə soyuducunun üstündə 5-10 konfet qutusu yığılıb qalırdı. Mən də şirniyyatı xoşlayırdım. Evdə deyirdilər ki, ziyandır, bu qədər şirin yemək olmaz. Amma o qədər sevirdim ki, peşəkarlıqla oğurlayırdım. Yerinə də daş doldururdum ki, çəki dəyişməsin. Heç kim bilmirdi ki, bu, yeyilib. Hətta bir neçə dəfə valideynlərim həmin qutuları hədiyyə də aparmışdılar...

Uşaqlıqda yetərincə "cinayət" törədib. Amma bu "Cinayət işi" rubrikası olmadığından keçirik tələbəliyə.
Turşu oğurluğuna bir yerdə getdikləri kimi, ali təhsil dalınca da qardaşı ilə birgə gedib:


- Sankt-Peterburq Universitetinin Tarix fakültəsini bitirdim, sonra orada Beynəlxalq əlaqələr fakültəsində namizədlik işini müdafiə etdim. Qardaşım da mənimlə bir yerdə həmin universitetdə həm tarix, həm də hüquq fakültəsini bitirib. Bunu vaxtı ilə Vladimir İliç Lenin edib. Sankt-Peterburq Universitetinin tarixində birinci Lenin, ikinci isə mənim qardaşım eyni zamanda iki fakültəni bitirib.

Bir vaxtlar Leninin adı gələndə sinifdə hamı bir nəfər kimi ayağa qalxırdı, indi isə dünyanın işinə bax ki, o, Lenindən danışır, mən isə: "Qafqazlı, yaraşıqlı, xarizmatık... Qızların gözündən yayınmaq qeyri-mümkün idi"... Gülməyə başlayır.

- Deməzdim ki, cavanlıqda çox donjuanlıq etmişəm, amma xanımların nəzərini cəlb etmədiyimi də demək düz olmazdı.
1987-ci ildən 1992-ci ilədək tələbəliyim Sankt-Peterburqda keçib. Orada bu məsələ "samo saboy, razumeetsya" kimi qəbul olunurdu.
Seçim də çox olduğundan gözəl xanımlarla oturub-durmağa çalışırdıq.

Ailə qurması haqda da danışırıq:

- Qərb Universitetində dərs deyirdim. Evim, maşınım, işim, pulum var idi, evlənmək o qədər də maraqlı deyildi.
28 yaşımda atam dedi ki, "vaxtın keçir, bir azdan səni bəyənməyəcəklər".

Ailə - restoranda bir-birinə gül vermək, şeir demək deyil. Ailə zibil atmaq, paltar ütüləmək, evi yığışdırmaq, pul qazanmaqdır. Çalışdım, elə seçim edim ki, bir neçə ildən sonra sevgi gündəlik məişət problemlərinə çevrilən zaman münasibətlər pozulmasın. 12 ildir, evliyəm və hələ ki, xanımım məndən şikayət etmir.

Uşaqlarla davam edirik:

- Diplomatın uşağı olmaq hərbçinin uşağı olmağa bənzəyir. Onlar üçün ata evi anlayışı yoxdur, köçəri həyat sürürlər.
2 övladım var. 11 yaşlı oğlumla dostluq etməyə çalışıram. Bir yerdə bazarlığa da gedirik, balıq tutmağa da.
Bu yaxınlarda ova getdik, həyatında ilk dəfə tüfəng atdı...

"Çalışıram, müstəqil olsun" deyib başlayır bu gün internetin uşaqlar üçün yaratdığı imkanlardan danışmağa. Babalarımız kimi, "bizim vaxtımızda" deyib tələbə olanda məktub yazmağını, valideynləri ilə yazışmalarını xatırlayır ki, imkan vermirəm: "Qızlara da məktub yazırdınız?"

- Əlim gəlməyib. Daha çox danışmağı xoşlamışam. Belə məsələdə çalışıram üz üzü, göz gözü görsün.

Görəsən, kişilər niyə sevgidə "yazılı sənəd" sevmirlər? Nə sənədi? Qarşımda tam bir diplomat dayanıb, sevgidən danışır:

- Desəm ki, uşaqları bərabər səviyyədə sevirəm, düz olmaz. Qızımı daha çox istəyirəm. O da vaxtaşırı bundan sui-istifadə edir. Oğluma nəyisə verməyəndən yarım saat sonra qızım zəng edib həmin təklifi daha mülayim formada irəli sürərək, razılıq alır.

Anasının bişirdiyi kotletləri, aşıq havası dinləməyi və "Ləzginka" rəqs etməyi sevir. Bəs sizcə, onu ən çox nə həyəcanlandıra bilər?

- Bir anamı uzun müddət görməyəndə, bir də uşaqlar məktəbdən gec gələndə həyəcanlanıram. Amma çalışıram, biruzə verməyim.

Və başlayırıq Cənubi Afrika haqda danışmağa:

- Evdə təyinatım haqda biləndən yarım saat sonra uşaqlar əşyalarını yığdılar qapının qabağına ki, gedirik...

(12.10.2011)
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dursun Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahi ...

Dursun Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahi ...

Rəsmi Xəbərlər, Gürcüstan, Tiflis, Təbriklər, Diaspora
Təbrik edirik, hörmətli Dursun müəllim!..

Təbrik edirik, hörmətli Dursun müəllim!..

Gürcüstan, Tiflis, Borçalı, Təbriklər, Diaspora
Vətənpərvərlik və təəssübkeşlik hissi ilə yaradılan kitab:  “Sadaxlı elinin ...

Vətənpərvərlik və təəssübkeşlik hissi ilə yaradılan kitab: “Sadaxlı elinin ...

Yeni nəşrlər, BDU, Borçalı
Vətənpərvərlik və təəssübkeşlik hissi ilə yaradılan kitab:  “Sadaxlı elinin ...

Vətənpərvərlik və təəssübkeşlik hissi ilə yaradılan kitab: “Sadaxlı elinin ...

---
Havar Məmmədovun Bakı Mühəndislik Universitetinin rektoru təyin edilməsi ha ...

Havar Məmmədovun Bakı Mühəndislik Universitetinin rektoru təyin edilməsi ha ...

Rəsmi Xəbərlər, BMU
Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı - O, azərbaycanlı idi..

Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı - O, azərbaycanlı idi..

Azərbaycan, Tarix
C.M.Cəfərovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edil ...

C.M.Cəfərovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edil ...

Rəsmi Xəbərlər, ADPU
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
ŞÖVQİ MEHDİZADƏyə  BAŞSAĞLIĞI

ŞÖVQİ MEHDİZADƏyə BAŞSAĞLIĞI

Nekroloqlar
TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

"XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
Ş.İ.Abdullayevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərb ...

Ş.İ.Abdullayevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərb ...

Rəsmi Xəbərlər, Başkeçid, Təbriklər
Cavanşir Qurbanovun  “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqı ...

Cavanşir Qurbanovun “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqı ...

Rəsmi Xəbərlər
Əflatun Amaşovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Re ...

Əflatun Amaşovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Re ...

Rəsmi Xəbərlər, MEDİA
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təlti ...

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təlti ...

Rəsmi Xəbərlər
Elşad Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə  müavin təyin edilib

Elşad Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə müavin təyin edilib

Rəsmi Xəbərlər, Diaspora
A.M.Qasımovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməs ...

A.M.Qasımovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməs ...

Rəsmi Xəbərlər, MEDİA
Həsən Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Həsən Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Əsas xəbər, "XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
İranın Azərbaycana yeni təyin edilmiş səfiri Mətbuat Şurasında olub

İranın Azərbaycana yeni təyin edilmiş səfiri Mətbuat Şurasında olub

MEDİA
RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

"XXI əsrin Ziyalıları", Borçalı
Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Borçalı, Təbriklər
Rəy yazın: