Biznes İnkubatorun fəaliyyəti və əhəmiyyəti

Biznes İnkubatorun fəaliyyəti və əhəmiyyəti Biznes İnkubatorun fəaliyyəti və əhəmiyyəti Biznes İnkubatorun fəaliyyəti və əhəmiyyəti Biznes İnkubatorun fəaliyyəti və əhəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstəməsi hər zaman aktual mövzulardan olmuşdur.
Qeyd etmək lazımdır ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında da gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi başlıca vəzifələrdən biri kimi müəyyən edilmişdir.
Hazırda gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, biznes layihələrin, startapların dəstəklənməsi, yeni innovativ ideyaların reallaşdırılması üçün aidiyyəti üzrə tədbirlər həyata keçirilir, gənclərə konsaltinq və informasiya xidmətləri göstərilir.
Belə ki, 2015-ci-ilin sonuna kimi 1300 yaxın gənc sahibkara güzəştli kreditlər verilmişdir ki, bu kreditlər hesabına 2400-dən çox yeni iş yeri yaradılmışdır.
Bundan başqa, hər il iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir qrup gənc sahibkar və menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir.
Təkcə 2014-cü ildə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 47 gənc sahibkar və menecer Almaniyada təcrübə keçmişlər.

Gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin təşviq olunması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 2013-cü ildən "Azərbaycan gənclərinin sahibkarlıq fəaliyyətində iştirakının dəstəklənməsi layihəsi" həyata keçirilir. 2014-cü ildə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator fəaliyyətə başlamışdır. Artıq biznes-inkubatorun fəaliyyətinin birinci mərhələsi başa çatmışdır. Belə ki, biznes inkubatorun ilk iştirakçısı olmuş 20 gənc sahibkara müvafiq biliklər verilmişdir. Ötən il həmçinin, biznes inkubator iştirakçıları arasında "İdeyadan biznesə doğru" müsabiqəsi elan edilmiş, müsabiqəyə kənd təsərrüfatı, turizm, kommersiya və s. sahələr üzrə 16 biznes ideya təqdim olunmuşdur. Qalib iştirakçılardan biri kimi qeyd etmək istərdim ki, bu cür tədbirlərin regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, iqtisadi aktivliyinin yüksəldilməsində, gənclərin fəallığının artırılmasında, eləcə də innovativ və perspektivli biznes sahələrinin inkişafında əhəmiyyətli rolu olmuşdur.

Həmin gündən etibarən İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən biznes inkubatorun iştirakçıları üçün biznesin təşkili və idarə edilməsinin prioritet istiqamətləri üzrə 3 ay müddətinə treninqlərin keçirilməsinə start verilmişdir. Müvafiq sahələr üzrə beynəlxalq sertifikatlar almış yerli və xarici ekspertlər tərəfindən aparılan treninqlər həftədə 3 gün olmaqla hər gün 4 saat keçirilmiş və hər həftə müxtəlif mövzuları əhatə etmişdir.

İndiyədək biznes inkubatorda turizm, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində sahibkar kimi hazırlanan 20 gənc iştirakçı üçün "Biznesin əsasları, təşkili və idarə edilməsi", "Biznes ideyanı yarat", "Biznes planların hazırlanması", "Öz biznesinə başla", "Layihələrin idarə edilməsi" mövzularında treninqlər keçirilmişdir. Treninqlərdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
Biznes inkubatorun iştirakçıları üçün növbəti treninq oktyabrın 15-də "Logistika" mövzusu üzrə təşkil edilmişdir. 3 gün davam edən tədbirdə iştirakçılara logistikanın mahiyyəti və məqsədi, logistikanın növləri, logistik mərkəzlərin yaradılması və s. barədə məlumatlar verilmiş, mövzu üzrə təqdimat keçirilmişdir.

2013-cü il iyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin açılışında iştirak etmişdir. Prezident İlham Əliyevə Biznes-İnkubator barədə də ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına əsasən biznes-inkubatorlar yaradılmışdır. Əsas məqsəd gənclər tərəfindən yeni biznes subyektlərinin qısa zamanda rəqabət qabiliyyətliliyinin və inkişafının təmin edilməsi, kiçik sahibkarlıq subyektlərinə olan dəstəyin nümayiş etdirilməsi vasitəsilə investisiya mühitinin daha da yaxşılaşdırmasıdır. Bu proqram vasitəsilə gənc mütəxəssislərin potensialından səmərəli istifadə olunacaq, innovativ və perspektivli biznes sahələrinin inkişafı təmin ediləcəkdir.

Vurğulandı ki, binanın 276 nəfərlik konfrans zalında müxtəlif tədbirlər keçirmək üçün hər cür şərait yaradılmışdır. Mərkəzin inzibati otaqları işçilərin rahat fəaliyyət göstərməsi üçün ən son avadanlıqlarla təchiz olunmuşdur.

Biznes-İnkubator bölməsi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, layihədə iştirakçıların sayı 15 nəfərdir. Layihənin 24 ay ərzində həyata keçirilməsi planlaşdırılır. Bu müddətdə gənclər ilkin biznes vərdişlərinə yiyələnəcəklər. İnkubator bölməsində gənc sahibkarların fəaliyyəti üçün hər cür imkan yaradılmışdır. Mərkəzdə tədris otağı da fəaliyyət göstərəcəkdir.

Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Ötən ilin yanvar ayından biznes inkubator iştirakçıları üçün ikinci mərhələdə biznes ideyaların həyata keçirilməsi məqsədi ilə məsləhət xidmətlərinin göstərilməsinə başlanmışdır. Məsləhət xidmətlərinin aidiyyəti dövlət qurumlarının və özəl sektorun nümayəndələri tərəfindən 8 ay ərzində göstərilməsi nəzərdə tutuldmuşur. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator iştirakçıları üçün bu xidmətlər yanvar-aprel ayları ərzində İqtisadiyyat və Sənaye, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və "Azersun Holding" MMC-nin nümayəndələri tərəfindən göstərilmişdir.

Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının nümayəndələri çıxışlarında gənc sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, innovativ və perspektivli biznes sahələrinin kreditləşdirilməsi barədə məlumat vermiş, biznes inkubatorda yaradılacaq yeni biznes subyektlərinin iqtisadi rayonun sosial-iqtisadi inkişafına töhfə verəcəyini diqqətə çatdırmışlar.

Tədbirdə çıxış edən biznes inkubatorun iştirakçıları ölkədə sahibkarlığın inkişafına göstərilən dəstəyə, həyata keçirilən innovativ yönümlü tədbirlərə görə ölkə başçısına təşəkkür etmiş, biznes inkubatorun gənclərin məşğulluğunun artırılmasında, gənc sahibkarların inkişafında əhəmiyyətini vurğulamışlar.

Biznes inkubatorların yaradılması gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. Bildirilmişdir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında ölkədə biznes inkubatorların yaradılması öz əksini tapmışdır. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir.

Qeyd edək ki, biznes inkubatorun yaradılmasının əsas məqsədi Quba-Xaçmaz iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsidir. Bu məqsədlə pilot layihə kimi Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin 2 mərtəbəsində 500 kv metrə yaxın sahədə 15 otaqdan ibarət biznes inkubator yaradılmışdır. Sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərə biznes inkubatorda zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahə ayrılmış və burada onlara sistemli və davamlı maarifləndirmə tədbirləri, təsis sənədlərinin hazırlanması və sahibkarlıq subyekti kimi qeydiyyat, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili və keçirilməsi, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və s. istiqamətlər üzrə xidmətlər göstərilmişdir.

Qeyd etmək istərdim ki, ölkədə yeni başlanan «Startup» layihələrində də gənclər böyük üstünlük təşkil edir. Bu həm də dövlətin öz gəncliyinə qarşı qayğısının əsas göstəricilərindən biri hesab oluna bilər. Müasir Azərbaycanın qurulmasında gənclərin biznesə inteqrasiyası milli maraqlarımız üçün strateji xarakter daşıyır və Azərbaycanın 2020-ci ilə qədər Milli Strategiyasının ayrılmaz hissəsidir.

Biznes İnkubatorun fəaliyyəti və əhəmiyyətiLayihənin qaliblərindən biri kimi başda
ölkə başçısı cənab İlham Əliyev olmaqla,
İqtisadiyyat Nazirliyinə, bizim sahibkarlıq fəaliyyətimizin inkişafında yaxından kömək göstərən İqtisadiyyat Nazirinin müavini
Sahib Məmmədov
a, Bakı Biznes Tədris Mərkəzinin rəhbəri Akif Fərruxova öz təşəkkürümüzü bildiririk.

Artıq ikinci mərhələdə biznes inkubator iştirakçılarının seçilməsi üçün müsabiqə elan olunmuşdur. Qalib gənclərə fəaliyyətlərində uğurlar arzu edirəm. Onlara demək istəyirəm ki, yaradılan gözəl şəraitdən gələcək inkişafları üçün səmərəli isifadə etsinlər. Azərbaycan gəncinin global dünyadakı inkişafını sübut etsinlər.

Babacan ZƏKİYEV,
Qusar.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun tələbələri

AzTU-nun tələbələri "Mənim Biznes Planım" adlı təlimdə iştirak etmişlər

AzTU
Marneulili Gənclər Polşaya Yola Düşdülər

Marneulili Gənclər Polşaya Yola Düşdülər

Borçalı, Avropa, Diaspora
AzTU-da “UNEC MBA Proqramı”nın təqdimatı keçirilmişdir

AzTU-da “UNEC MBA Proqramı”nın təqdimatı keçirilmişdir

AzTU
AzTU-da təhsil, texnologiya və biznes səyləri birləşdirilir

AzTU-da təhsil, texnologiya və biznes səyləri birləşdirilir

AzTU
Azərbaycan İnnovasiya Agentliyinin nümayəndələri AzTU-da tələbələrlə görüşü ...

Azərbaycan İnnovasiya Agentliyinin nümayəndələri AzTU-da tələbələrlə görüşü ...

AzTU
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

AzTU
Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Dünya, Diaspora
AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU
“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı Direktoru

“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı Direktoru

Gürcüstan, Borçalı, Qarayazı, QHT
“Azərbaycanın SƏSİ” Lökbatandan gəldi

“Azərbaycanın SƏSİ” Lökbatandan gəldi

Şou
Yaponiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Yaponiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Diaspora
“Təhsil” TV-nin hazırladığı filmlər təqdim olunub

“Təhsil” TV-nin hazırladığı filmlər təqdim olunub

Nazirlik
AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib

AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib

Elm
UTECA-da

UTECA-da "Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçi ...

Gəncə, Digər ali məktəblər
AzTU “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU
Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb

Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb

Qarabağ, Hüquq, Təbriklər, Diaspora
“Azərbaycanın SƏSİ” Lökbatandan gəldi

“Azərbaycanın SƏSİ” Lökbatandan gəldi

Bakı
Həmyerlimizin uğurları bizi sevindirir

Həmyerlimizin uğurları bizi sevindirir

Gənc istedadlar, Tiflis, Qarayazı, Diaspora
AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kol ...

AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kol ...

Elm, Biologiya və tibb elmləri, Təhsil, Nazirlik
İqtisadiyyat İnstitutuna ağır itki: dosent İlkin Soltanlı vəfat etmişdir

İqtisadiyyat İnstitutuna ağır itki: dosent İlkin Soltanlı vəfat etmişdir

İqtisadiyyat, Nekroloqlar
Rəy yazın: