turan.info.az-a bildiriblər ki, Layihə Ailələrə Sosial Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.
Layihə çərçivəsində keçirilən tədbirdə İctimai Birliyin sədri Esmira Rəhimova yeniyetmələrə layihə, onun məqsədi və donoru haqqında məlumat verib. E.Rəhimova Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş yaş həddi və əmək müqaviləsi haqqında danışıb.
Layihənin eksperti məktəblilərə dövlətimizin məcburi əməyə qarşı mübarizə istiqamətində gördüyü işlər və bunun qarşısının alınması üçün atılan addımlar barədə məlumat verib.
Yeniyetmələrə layihə çərçivəsində dəftərxana ləvazimatları hədiyyə edilib.
Aytac MƏDƏDLİ,
turan.info.az
.