Azərbaycan onun bizə əmanətidir

Azərbaycan onun bizə əmanətidir İnsan mənafeyi etibar, cəsarət, qürur, iftixar və digər bu kimi ülvi hisslər ilə formalaşır. Xoşbəxt o xalqdır, o cəmiyyətdir ki, öz içərisindən həmin hissləri yaşaya biləcəyi şəxsiyyətləri yetişdirmiş olsun. Bu baxımdan zamanın bütün sınaqlarından çıxmış və həyatın hər üzünü görmüş Azərbaycan xalqı sözün həqiqi mənasında xoşbəxt xalqdır. Çünki əgər biz bu gün iftixar hissi ilə danışa biləcəyimiz şəxsiyyət varsa bu da Azərbaycan xalqının tarixi qələbəsi, xoşbəxtliyidir. Öz ölkəsinin dar günündə ona sahib çıxa bilən, xalqını, millətini, dövlətini çətin durumdan xilas etmək üçün heç bir təhlükədən çəkinməyən insanlara qəhrəman, tarixi lider deyilər. Xalqımız zaman-zaman öz tarixi şəxsiyyətləri ilə fəxr etmişdir. Onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Müasir Azərbaycan dövlətinin memarı və

qurucusu, dövlətin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur duyacağımız dahi şəxsiyyətdir. Heydər Əliyev xalqına, millətinə yüksək səviyyədə xidmət etmiş, torpaqlarımızın bütövlüyü uğrunda fədakarlıqla çalışmış, dövlətimizin inkişafı, demokratiyasının genişləndirilməsi xalqın rifah halının daha da yaxşılaşdırılması istiqamətində bütün lazımı tədbirləri həyata keçirmişdir. Çətin, keçməkeçli və bir o qədər də şərəfli tarixi yollar keçmiş Azərbaycan xalqı öz tarixi xilaskarını, fədakar liderini məhz ən çətin günlərində tapdı. Elə həmin məqamlardan da xalq-prezident birliyi, sədaqəti, intizamı formalaşdı. Azərbaycançılıq ideyaları, Milli mental dəyərlərin möhkəmləndirilməsi istiqamətində ciddi irəliləyişlər əldə edildi. Xalqın istəyi ilə 1993-cü ilin 9 iyununda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qətiyyət və bacarıqla vətəndaş müharibəsinin qarşısını aldı. Bu ondan irəli gəlirdi ki, artıq xalq inam bəsləyəcəyi, etibar edəcəyi bir lider tapmışdı. İnam və etibar sayəsində sabitlik əldə edildi. İyulun 15-də isə Ulu öndər Azərbaycan Respublikasının ali Sovetinin sədri seçildi. Bu tarixi hadisə Respublikamızın müstəqillik həyatında yeni bir başlanğıc oldu. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsi ilə Müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətləndi. 1993-2003-cü illər müasir Azərbaycanın tarixində Sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Genişmiqyaslı islahatların aparılması, iqtisadi inkişafın sürətləndirilməsi, tez bir zamanda bazar iqtisadiyyatına keçid ölkəmizin inkişafını sürətləndirdi. Dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, tədricən ölkəmiz dünya birliyində öz layiqli yerini tutdu. Azərbaycan regionun ən nüfuzlu dövlətinə çevrilərək böyük beynəlxalq nüfuz qazandı. Mətbuat və söz azadlığı, azad vətəndaş cəmiyyəti formalaşdı. Ulu öndər Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun ideyaları cəmiyyətin daim yeniləşməsində, Müstəqil Azərbaycanın daha da müasirləşməsində və qüdrətlənməsində aparıcı qüvvədir. Biz cəmiyyət olaraq onun ideyaları əsasında öz milli şüurumuzu bərpa etmişik. Ümummilli Liderin müdrik siyasəti bu gün də mükəmməl şəkildə davam etdirilir. Məhz bu siyasi kurs Azərbaycana yeni-yeni nəaliyyətlər, uğurlar gətirir. Bunun nəticəsi olaraq ötən 23 ildə Azərbaycan yalnız region deyil, həmçinin Avropanın da siyasi cəhətdən ən sabit ölkəsinə çevrilmişdir. Beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. İqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmuşdur. Respublikamızın ümumbəşəri dəyərlərə istinad edən mütərəqqi inkişafı, demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi uğurları göz önündədir.

Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi, kosmos ölkəsinə çevrilməsi siyasi, mədəni, iqtisadi sahələrdə dünya ölkələri arasında uğurlar qazanması, 2015-ci ildə İlk Avropa oyunlarına, sonra İslam həmrəylik oyunlarına, Şahmat olimpiadasına və gələcəkdə futbol yarışlarına ev sahibliyi etmək kimi yüksək səviyyəli beynəlxalq layihələrə imza atması sübut edir ki, dövlətimiz davamlı və dinamik inkişafa nail olmuşdur. Bu gün hər bir vətəndaşın qəlbində milli iftixar hissi və ölkəmizin işıqlı gələcəyinə dərin inam hissi kimi ülvi duyğular dərin kök atmışdır. Mövcud vəziyyət bunu deməyə əsas verir ki, Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daim sadiq qalacaqdır. Biz də cəmiyyət olaraq öz üzərimizə düşən işləri, öz vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməliyik. Dövlətimizin inkişafı naminə gərəkən hər bir zəhmətə qatlaşmalıyıq. Vətəndaş olaraq hər birimiz Möhtərəm cənab prezidentimiz ilham Əliyev cənablarının ətrafında sıx birləşməli, səylə çalışmalıyıq ki, dövlətimiz günü-gündən inkişaf etsin, bütün dünyaya nümunə göstərilsin. Bu bizim həm vətəndaşlıq borcumuzdur, həmçinin də ulu öndər Heydər Əliyevin müqəddəs ruhu qarşısında olan vacib borcumuzdur. Çünki müasir Azərbaycan Heydər Əliyevin xalqımıza miras qoyduğu ən dəyərli əmanətdir.

Ziba Məmmədova,
Ağsu rayonundakı Kəndoba kənd tam orta məktəbinin
biologiya müəllimi

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Köşə yazılar
Şikar QASIMOV:

Şikar QASIMOV: "Ulu öndər Heydər Əliyevin bənzərsiz ömür yolu, tariximizin ...

YAP, AzTU
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Əsas xəbər, Azərbaycan, "Şərqin səsi"
Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai m ...

Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai m ...

YAP, Gənclik
XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

Siyasət
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Humanitar elmlər, İctimai elmlər
Konstitusiya dövlətin ali qanunudur!..

Konstitusiya dövlətin ali qanunudur!..

Azərbaycan, Hüquq
Heydər Əliyevin yolu ilə...

Heydər Əliyevin yolu ilə...

Regionlar, Məktəblər
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Əsas xəbər
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Azərbaycan, MEDİA
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-da

AzTU-da "Ulu öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının banisid ...

Əsas xəbər, AzTU
BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan
Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin ana ...

Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin ana ...

Qabal
Rəy yazın: