ŞƏMKİR ELİNDƏ ADI HƏMİŞƏ İFTİXARLA ÇƏKİLƏN, FİRUZƏ XANIM

ŞƏMKİR ELİNDƏ ADI HƏMİŞƏ İFTİXARLA ÇƏKİLƏN, FİRUZƏ XANIM - Şərəfli ömrün qısa tarixçəsi

Tarix boyu Azərbaycan qadınının cəmiyyətdə və ölkəmizin tərəqqisində böyük rol oynadığı hamımıza məlumdur.
Kişi qeyrətli mərd, zəhmətkeş qadınlarımız ölkəmizin inkişafı uğrunda həmişə mübarizə aparmışlar.
Onların arasında zəhmət adamları, alimlər, dövlət xadimləri az olmamışdır.
Belə qadınlarımızdan biri də şərəfli ömür yolu keçmiş, illərin acılı - şirinli, enişli - yoxuşlu sınağından üzüağ çıxmış bir dəyərli insan və qəhrəman xanım Firuzə xanım Əmiraslanovadır.
Cəmiyyət arasında sayılıb seçilən, yaşadığı Şəmkir elində hər kəsin sevgi və hörmətini qazanmış, hər bir qadına örnək olan bu ağbirçək xanım şərəfli ömür yolu keçmişdir.

Əmiraslanova Firuzə Qoca qızı 1931-ci il, mart ayının 1-də, Şəmkir rayonunun Morul kəndində dünyaya göz açıb.
F.Əmiraslanovanın gənclik illəri Böyük Vətən müharibəsinin acı günlərinə təsadüf etmişdir.
O, 1946-cı ildə hələ 15 yaşında kolxoz üzvlüyünə daxil olmuş və uzun illər kolxozda böyük fədakarlıqla çalışmışdır.
İşinin ustası olan Firuzə xanım rəhbərliyin rəgbətini qazanmış və 1966-cı ildə manqa başçısı olmuşdur.
Bununla yetməyərək daha böyük ugurlara imza ataraq 1966-cı ildə SSRİ Ali Sovetinin deputatı seçilmişdir.
Bu məsul işdə işləyərkən xalqın rifahını qorumuş, ölkəmizin siyasi həyatında böyük rol oynamış, vətənimizin tərəqqisi və müdafiyəsi ugrunda bütün əlindən gələni əsirgəməmişdi. Ən əsası isə ulu öndərimizin o vaxtkı hakimiyyəti illərində əziz rəhbəri Heydər Əliyevin kursunu dəstəkləmiş, tapşırıqlarını layiqincə yerinə yetirmiş və sayılıb seçilmiş kadrlarından biri olmuşdur.

ŞƏMKİR ELİNDƏ ADI HƏMİŞƏ İFTİXARLA ÇƏKİLƏN, FİRUZƏ XANIM 1968-ci ildə rəhbərliyin etimadını dogrultmuş Firuzə xanım Azərbaycan Kommunist Partiyasının Şamxor (Şəmkir) rayon komitəsinə üzv seçilmiş və partiyanın işində əzmlə çalışmış və 1985-ci ildə 11-ci çağırışla Azərbaycan SSRİ Ali Soveti tərəfindən Azərbaycan SSRİ Ali Məhkəməsinin xalq iclasçısı seçilmişdir.
Bu zəhmətkeş qadının işinə həmişə layiqli qiymət verilmiş və bir çox dövlət mükafatları verilmişdir.

1969-cu ildə “Kolxozçuların üçüncü ümumittifaq qurultayı” medalıyla, 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeniylə, 1978-ci ildə “Onuncu beşilliyin zərbəçisi” ordeniylə, 1988-ci ildə “Əmək Veteranı” medalıyla və fəxri fərmanlarla təltif olunmuşdur

Hazırda Firuzə Əmiraslanova Şəmkir şəhərində yaşayır. 1 oğlu, 2 qızı, , 9 nəvəsı, 11 nəticəsi var. Ömrünün 86-ci baharını yaşayan fədakar anaya və xalq, millət, dövlət yolunda ömrünü şam kimi əridən, Şəmkir diyarında adı hörmətlə çəkilən - Firuzə xanıma can sağlığı və uzun ömür diləyirik.

GÜNEL MƏMMƏDOVA

Kollektiv olan şəkildə: Qabaqda 1-ci cərgədə ortada Ulu Öndər Heydər Əliyev, 2-ci cərgədə sağdan 4-cü Firuzə xanım...


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ruhun şad olsun, İmran müəllim!..

Ruhun şad olsun, İmran müəllim!..

Qarabağ, Gəncə, UNUTSAQ, UNUDULARIQ!....
Firuzə Məmmədli:

Firuzə Məmmədli: "BAĞIŞLA"

ADPU, Poeziya
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
Ümummilli lider

Ümummilli lider

Prezident
DAŞKƏSƏN ELİNDƏ BIR OĞUL VARDI... ƏMİR QULİYEV...

DAŞKƏSƏN ELİNDƏ BIR OĞUL VARDI... ƏMİR QULİYEV...

Gəncə, UNUTSAQ, UNUDULARIQ!....
Kəndli ailəsindən Sovet Azərbaycanının Baş nazirliyinə uzanan yol – HƏSƏN S ...

Kəndli ailəsindən Sovet Azərbaycanının Baş nazirliyinə uzanan yol – HƏSƏN S ...

Azərbaycan, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Abbas Həsən oğlu Usubov (1907-1982)

Abbas Həsən oğlu Usubov (1907-1982)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Təbrik edirik, hörmətli Zeynəb xanım!..

Təbrik edirik, hörmətli Zeynəb xanım!..

Mədəniyyət, Təbriklər
Sabit Qasım oğlu Abbasəliyev (1932-1982)

Sabit Qasım oğlu Abbasəliyev (1932-1982)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Sabir İSAYEV (1919-1997)

Sabir İSAYEV (1919-1997)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Təhməz ABBASOV (1937) və Sürəyya xanım ABBASOVA (1939)

Təhməz ABBASOV (1937) və Sürəyya xanım ABBASOVA (1939)

Bolus
Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Prezident
TƏBRİK EDİRİK, QƏNİRƏ XANIM!..

TƏBRİK EDİRİK, QƏNİRƏ XANIM!..

Milli Məclis, Təbriklər
YAP Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir

YAP Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir

Regionlar, YAP
Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı - O, azərbaycanlı idi..

Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı - O, azərbaycanlı idi..

Azərbaycan, Tarix
Ulu öndər əsl xalq və millət, Vətən və dövlət adamı olduğunu işıqlı əməllər ...

Ulu öndər əsl xalq və millət, Vətən və dövlət adamı olduğunu işıqlı əməllər ...

Azərbaycan, "Şərqin səsi"
Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib

Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Vadim Ələddin oğlu XUBANOV (1963)

Vadim Ələddin oğlu XUBANOV (1963)

"XXI əsrin Ziyalıları", Qaraçöp, İqtisadiyyat
Rəy yazın: