O, 1961-ci ildə Xaçmaz rayonunun Qaraçay-cek kəndində dünyaya gəlmişdir. 1981-ci ildə Qaraçay-cek kənd orta məktəbini bitirmiş, respublikadan kənarda təhsil alan tələbələrin sırasında Bəybala Ağa oğlu Allahyarovun adı da yer almışdır. O,1981-ci ildə Rostov vilayətindəki Noveçerkassk Meliorasiya Mühəndisləri İnstitutunun meşə təsərrüfatı fakültəsinə daxil olmuşdur. 1986-cı ildə institutu bitirmiş, meşə təsərrüfatı mühəndisi ixtisasına yiyələnmişdir.
B.Allahyarov təyinatla Şabran Meşə Təsərrüfatı İdarəsində meşəçi mütəxəssis kimi əmək fəaliyyətinə başlamışdır.
O, 1986-cı ildə Şabran Meşə Təsərrüfatı İdarəsində meşə ustası, 1986-1989-cu illərdə baş meşəçi, 1989-2001-ci illərdə isə o ilk əmək fəaliyyətinə başladığı bu idarəyə rəhbərlik etmişdir.
2002-ci ildən bu günə kimi Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsində çalışır.
B.Allahyarov işlədiyi dövrdə 1000 hektardan artıq müxtəlif ağac cinslərindən ibarət olan meşə əkinləri salınmışdır.
Hazırda bu meşə əkinləri göz oxşayan qalın meşələrə çevrilmişdir.
Onun gördüyü işlər “Azərb.meşə” İstehsalat Birliyinin Həmkarlar Təşkilatı tərəfindən keçici qırmızı bayrağa layiq görülmüşdür.
Bəybala Ağa oğlu Allahyarov 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Bəybala Allahyarovun təşəbbüsü və rəhbərliyi ilə 100 illik adlanan sahədə terras üsulu ilə salınmış qarışıq ağac cinslərindən ibarət meşə əkinlərinin bir görüntüsü
Şəkildə soldan-sağa: Bəybala Allahyarov və meşə əkinləri üzrə usta Əmirxan Tahirov.
***
Görkəmli meşəçi alim Faiq Əmirov Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Bəybala Allahyarova Azərbaycan Respublikası Həmkarlar İttifaqının kecici qırmızı bayrağını təqdim edərkən
***
Bəybala Allahyarovun özünün saldırdığı şam meşə əkinlərinə baxış keçirərkən (2013)
ƏLLƏZ ORMEŞƏNLİ,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
"Şərqin səsi" qəzetinin şöbə müdiri.
.