Tərbiyə işini həyatla əlaqələndirmək sahəsində məktəblər xüsusi rol oynayırlar.
Gənc nəslin əxlaq tərbiyəsi sahəsində məktəbin qarşısında duran ən mühüm vəzifələrdən biri hərbi-vətənpərvərlik tərbiyəsidir. Hərbi-vətənpərvərlik tərbiyəsi mənəviyyat tərbiyəsinin ayrılmaz hissəsidir. Şagirdləri vətənimizin şərəfini və azadlığını qoruyub saxlamış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, onun vətən və bəşəriyyət qarşısında xidmətləri ilə yaxından tanış etmək vacibdir. Onlara sülh və azadlıq ordusu olan Azərbaycan ordusuna məhəbbət aşılamaq, vətənimizin müdafiəsi uğrunda mübarizəyə hər dəqiqə hazır olmaq əzmini qüvvətləndirmək və s. hərbi-vətənpərvərlik tərbiyəsinin ən mühüm tərkib hissələrindən biridir. Məktəblərdə ona nail olmaq lazımdır ki, hər bir gənc doğma ana vətənin müdafiəsi naminə, onu çətinliklər gözləsə də, əlindən gələni əsirgəməsin, onu şərəfli hərbi xidmət, Azərbaycan ordusunun həyatı, qəhrəmanlığı və s. maraqlandırsın. Məhz buna görə də hazırkı şəraitdə hərbi-vətənpərvərlik tərbiyəsi ümumdövlət işinin mühüm bir sahəsinə çevrilmişdir.
Öz peşəsinin mahir bilicisi Qusar rayon Balaqusar kənd tam orta məktəbini hərbi rəhbəri baş leytenant Həsən Hacıyev məhz bu işdə çox diqqətəlayiq çalışan müəllimlərdəndir. Ömrünün qırx ilini şərəfli müəllmlik peşəsinə həsr edən Həsən müəllimin orta məktəb dövründən hərbi peşəni şagirdlərinə sevdirməsinin nəticəsidir ki, onun hazırda 25-dən çox yetirməsi Respublikamızın müxtəlif bölgələrində zabit, gizir heyyəti kimi xidmət edirlər. Həsən müəllimin öz oğlu, hal-hazırda Naxçıvan MR-in nə salyı hərbi hissəsində xidmət edən kapitan Rəşad Hacıyev də nümunəvi hərbiçilərimizdəndir. Bu il məktəbimin 8-ci sinifində təhsil alan nəvəsi Səfail Hacıyev də sənədlərini Cümşüd Naxçıvanski adına hərbi liseyə təqdim edib və ora qəbul olmaqda israrlıdır.
Orta məktəbdə oxuduğumuz müddətdən zəhmli və cüssəli Həsən müəllim hamımızın diqqətini çəkərdi.
Geyimimizin səliqəli olmasına diqqət yetirərdi. Hər zaman məktəbdə gəldiyimizdə və getdiyimizdə onu məktəbdə görərdik.
Elə indi də Həsən müəllim hamıdan tez məktəbdə olur və gec gedir. Nə yaxşı ki varsan və Həmişə var ol Həsən müəllim!
Heydər Əliyev fondununun rəhbərliyi ilə tikilmiş, Balaqusar kənd tam orta məktəbindəki hərbi otaq Həsən müəllimin əməyi və təşəbbüsü i ilə daha da zənginləşdirilmişdir. Bu sinif otağında şagirdlərimiz böyük sevinc və fərəh hissi ilə təhsil alırlar. Həmişə yetirmələrinin uğurlarına sevinəsən Həsən müəllim! İnşaallah peşəkar ordumuzun qələbə sevincini hamımız yaşayacağıq! Bu fotoları məktəbimizdə Ümummili liderimizin doğum gününə həsr edilmiş açıq dərsdən çəkdik! Eşq olsun!
Ceyhun Ağabəyov,
Qusar rayon Balaqusar kənd tam orta məktəbinin tarix müəllimi.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
.