- 1968-ci il may ayının 8-də Cəbrayıl rayonundakı Soltanlı kəndində anadan olub.
1975-ci ildə Soltanlı kənd orta məktəbinin 1-ci sinfinə gedib.
1985-ci ildə orta məktəbi bitirib.
1986-cı ildə Belarusiyanin Barisov şəhərində Peçide Qvardeyski hərbi hissədə tankist olub.
1988-ci ildə Azərbaycana qayıdıb.
1989-cu ildən Bakıda çalışmağa başlayıb.
1992-ci ildə Xocalı soyqırımından sonra ərizə yazıb işdən çıxıb, könüllü olaraq Cəbrayıl rayonuna gedib və döyüşlərə qatılıb.
1993-cü ilin fevral ayında Müdafiə Nazirliyinin tərkibinə könüllü qoşulub.
Quşçular, Balyand, Süleymanlı, Daşkəsən, Əfəndilər, Cərəkən, Papi, Horovlu, Capand, Dejel və s. kəndlər uğrunda gedən döyüşlərdə tankist kimi iştirak edib.
Daşkəsən kəndində qalmış tankımızı döyüş bölgəsindən çıxararkən uçurumdan aşıb, zədə alıb. Buna baxmayaraq yenidən döyüşlərə davam edib.
Horovlu döyüşündə yenidən yaralanıb.
Biz də qazi Saday Mirəli oğlu Səfərova şərəfli döyüşlərinə görə bir daha öz minnətdarlığımızı bildirir, ona uzun ömür, möhkəm can sagligı və yeni-yeni uğurlar arzulayırıq!..
Tahirə Qarabağlı,
şairə-jurnalist, AJB-nin üzvü,
“Qızıl Qələm” media mükafatçısı.
turan.info.az
.