Qazi Elxan Şirxan oglu Abbasov
- 20.04.1973-cü ildə Cəbrayil rayonundakı Nizgar kəndində anadan olub.
1980-ci ildə Nizgar kənd orta məktəbinin 1-ci sinfinə gedib.
1990-cı ildə həmin orta məktəbi bitirib.
SSRİ hərbi sıralarında 1 il Leninqrad şəhərində qulluq etdikdən sonra, serjant rütbəsi ilə geri qayıdıb.
8.06.1992-ci ildə könüllü olaraq, ordu sэralarına yazılıb, Cəbrayıl, Ağdam, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib.
28 iyul 1992-ci ildə Sur əməliyyatı zamanı 15 gün Qışlaq kəndində olarkan, komandanlıq tərəfindən, hücum əmri verilib.
Şiddətli döyüşlər gedib, Sur kəndini azad edib, 3 gün 15 əsgərlə mühasirədə qalıb, çoxlu itgilər veriblər.
15 avqust 1992-ci ildə Şişqaya əməliyyatı zamanı, sağ ayağından qəlpə yarası alэb.
Müalicə aldıqdan sonra, yenidən hərbi hissəyə qayıdıb.
23.08.1993-cü ildə Cəbrayil rayonuna hücum əmri verilib, qeyri-bərabər qüvvələrlə döyüşlər zamanı, Cəbrayıl rayonu mənfur düşmən tərəfindən işgal olunub. Onlar Füzuli istiqamətində döyüşlərə başlayıblar.
1994-cı ildə Ağdamın Güllücə kəndi, Uzundərə uğrunda gərgin döyüşlər zamanı, çoxlu itgilər veriblər.
Döyüşdən sonra Şəhid olan döyüş yoldaşlarının nəşini Kamaz maşınlara yükləyib, Bərdəyə gətiriblər, Şəhidlər xiyabaninda dəfn edirblər.
İtgilər cox oldugu ücün yenidən Füzuli rayonuna qayıdıblar.
Abbasov Elxan döyüşlər zamanı sağ ayağını Vətən yolunda qurban verib.
Onu da qeyd edək ki, Abbasov Elxanin qardaşı Elməddin Abbasov Murov dağında döyüşlər zamanı itgin düşmüşdir.
Öldü-qaldısı indiyə qədər də bilinir.
Biz də qazi Elxan Şirxan oglu Abbasova şərəfli döyüşlərinə görə bir daha öz minnətdarlığımızı bildirir, ona uzun ömür, möhkəm can sagligı və yeni-yeni uğurlar arzulayırıq!..
Tahirə Qarabağlı,
şairə-jurnalist, AJB-nin üzvü,
“Qızıl Qələm” media mükafatçısı.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.