ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ “Ya şəhid olmaq gərək,
ya intiqam almaq”
M.Füzuli.

44 günlük II Vətən müharibəsi otuz il işğalda qalan torpaqlarımızı bizə qaytarsa da, torpaq uğrunda qurban gedən oğullarımızı qaytara bilmədi. Bu oğullar Vətən torpağında axıtdıqları qanların bahasına bizim başımızı uca etdilər, təkcə torpaqları deyil, qız-gəlinlərimizin, eləcə də gələcəyimzin namusunu qorudular.
Bu gün şəhidlik zirvəsinə ucalan igidlərimizin bizə yaşatdıqları, lakin özlərinin görə bilmədikləri “Zəfər günü” ölkəmizin hər yerində qeyd edilməkdədir.
Vətən yolunda canını qurban edən minlərlə şəhidlərimizin çoxunun ildönümü “Zəfər günü” ilə üst-üstə düşür.


Sentyabrın 27-dən başlanan və noyabrın 10-dək davam edən 44 günlük müharibə də 3000 minədək övladımız şəhidlik məqamına qovuşdu.
Hər birinin xatirəsi əziz olan şəhidlərimizi təkcə bu günlərdə deyil, hər zaman xatırlamaq bizim hər birimizin mənəvi borcumuzdur. Nə şəhidlərimizin, nə qazilərimizin, nə yaralı əsgər və zabitlərimizin, nə də döyüşçülərimizin haqqı heç nə ilə ödənilməz, lakin əlimizdən gələn odur ki, onları daim xatırlayaq, unutmayaq.
Çox gözəl bir deyim vardır:
“Şəhidlər vurulan zaman ölmürlər, unudulan zaman ölürlər”.
Bizim borcumuz isə onları əbədi yaşatmaq üçün unutmamaqdır.

Bu gün haqqında danışacağımız igidimiz Cəlilabad şəhidlərindən biri olan Milli Ordumuzun baş leytenantı Asif Məmməd oğlu Kərimovdur.
Şəhidimizi gələcək nəsillərimizə tanıdaq:
1989-cu ilin 25 mart tarixində Cəlilabadın Lərzan kəndində, sadə bir ailədə dünyaya göz açan Asif, nə vaxtsa həyatının yarım qalacağını bilməzdi. Onun valideynləri də oğullarının şəhid olacağını düşünməzdilər. Asif böyüdü, məktəbə getdi, tam orta məktəbi bitirdi və daha sonra tələbə adını qazandı.
O, 2006-2010-cu illərdə Azərbaycan Neft Sənayesi Akademiyasında təhsil almışdı. Amma hərbiyə olan marağı və həvəsi onu Azərbaycanın Milli Ordusunun sıralarına gətirir. Bəlkə də Asifin uşaqlıq və gənclik illəri ölkəmizdə baş verən müharibə şəraitinə düşdüyünə görə o hərbci olmağa qərar verir. Nizam-intizamı, xoş rəftarı ilə özünə hörmət qazanmağı bacaran Asif baş leytenant rütbəsinə qədər ucala bilmişdi.
Şəhidimizin ən böyük arzusu şəhid olmaq imiş.
Ali təhsilini başa vuran Asif, 2010-2012-ci illərdə general Polad Həşimovun əsgəri olmuşdur. O, 2020-ci ilin iyul ayında baş vermiş “Tovuz hadisələri” zamanı şəhid olan general Polad Həşimovun intiqamını almaq, bu intiqam üçün döyüşmək və bu yolda da şəhid olmağı arzulayırdı.
Şəhid baş leytenant Asif Kərimov ailəli idi. İki gül balası, yeddi yaşlı qızı Gülay, beş yaşlı oğlu Yusif hələ dünyanı dərk etmədən, ata sevgisindən məhrum oldular. Minlərlə atasız qalan şəhid balalarımız kimi, Asifin övladları da hər gün ata yolunu gözləyirlər.
Bir məqamı nəzərə çatdırmaq istəyirəm ki, Azərbaycan xalqının qürurlu, iradəli xalq olduğunu artıq bütün dünya bilir. Hər bir şəhid valideyninin övladının şəhidlik məqamına ucalmasına “Vətən sağ olsun” deməsi bir daha bu xalqın heç vaxt öz torpağından, Vətənindən vaz keçməcəyini göstərir. Valideyn üçün övlad itkisindən ağır heç nə yoxdur. Lakin Vətən, torpaq sevgisi bütün sevgiləri üstələyir. Bu gün biz şəhidlərimizlə fəxr etdiyimiz kimi, onların valideynləri ilə də qürur duyuruq. Qorxmaz, igid övladlar yetirən Vətən sağ olsun.
2020-ci ilin 27 sentyabr tarixində mənfur qonşularımızın elan olunmayan savaşına cavab vermək üçün Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı fərman bütün gənclər kimi Asifində ürəyindəki arzusunu reallaşdırdı. Asifin çoxdandır ki, gözlədiyi gün gəlib çatmışdı. O, oktyabrın 15-də döyüşlərə yollandı. Vətən, torpaq məhəbbətini hər bir məhəbbətdən üstün tutan Asif Kərimov, düşməndən şəhidlərimizin, eləcə də onun komandiri olmuş şəhid generalımız Polad Həşimovun qisasını almaq uğrunda döyüşürdü.
Qanlı döyüşlər gedirdi. Bu müharibə ölüm-dirim savaşı idi. Geriyə yol qalmamışdır. Azərbaycan oğulları qana-qan deyərək döyüşə atılmışdılar. Asif də bu qanlı döyüşlərdə öndə gedənlərdən idi. O, Füzuli, Qubadlı, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdi. Lakin, şəhidlik məqamı onun da qismətinə yazılıbmış. O, “Zəfər günü” müzə sanalı günlərin qaldığı bir vaxtda 3 noyabr tarixində şəhidlik zirvəsinə ucaldı. Asifin döyüş yoldaşları onun və başqa şəhid oğullarımızın intiqamını necə lazımdırsa elə də aldılar.
Asiflə döyüşdə çiyin-çiyinə döyüşən cəbhə yoldaşlarından Sərxan Bünyadov, Sərcat Hüseyli və şəhidimizin dayısı Bəxtiyar Canəliyev ürəkdolusu xoş sözlərini, xatirələrini söylədilər. Asifin necə qorxmaz, igid, mərd, vətənpərvər bir gənc olduğunu dönə-dönə qeyd etdilər. Doğrudan da Vətən uğrunda qan tökmək şərəfdir. Məhz Asif və Asif kimi minlərlə şəhidlərimizə bu şərəf qismət oldu. Nurüzlü şəhidimizin ölümündən sonra onun ailəsinə təqdim olunmuş “Vətən ugrinda” medalı, eləcə də “Füzuli ugrunda”, “Qubadlı uğrunda” və “Suşa uğrunda” medalları bunu bir daha təsdiqləyir.
Asifin şəhidlik zirvəsinə ucalması onun qorxmazlığını sübut etdi. İllər keçəcək, əsrlər ötəcək Asif və onun timsalında Vətən uğrunda canlarından keçən oğullarımız yaddan çıxmayacaqdır.
I Qarabağ savaşında qəhrəmanlıq göstərən igidlərin siyahısına “Aprel döyüşləri” şəhidləri, “Tovuz hadisələir” şəhidləri və “44 günlük müharibə” şəhidləri də əlavə olundu. Atalardan oğullara, oğullardan nəvələrə keçən qəhrəmanlıqlar yenidən təkrar olundu. Bu igidlərimizin hər biri Azərbaycanın hərb tarixində öz şərəfli adları üçün yeni bir səhifə açdı, əbədi olaraq tarixin yaddaşına və ən əsası ürəklərə köçdülər.

Vətən hər zaman onun uğrunda can verən igidləri ilə tanınıb. Üstünə şəhid qanı tökülən torpaq Vətən sayıla bilər. Gözəl Qarabağımızın işğalda qalan torpaqlarının azad olunmasında Asif Kərimovun da payı vardır. Buna görə Asifin övladları Gülay və Yusif hər zaman öz igid ataları ilə fəxr edə biləcəklər.
Allah şəhidlərimizə rəhmət eləsin!

ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ
Pərixanım Mikayılqızı
“Elm və Təhsil” qəzetinin Baş redaktoru,
AJB-nin üzvü, F.b.Köçərlinin tədqiqatçısı,
“Xarı Bülbül” medalı və bir çox media
mükafatları laureatı


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YARIMÇIQ QALMIŞ ÖMÜR

YARIMÇIQ QALMIŞ ÖMÜR

Sumqayıt, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

"Elm və Təhsil", "Mən Şirvanın səsiyəm", UNUTSAQ, UNUDULARIQ!....
QARABAĞDA  İZİ QALDI  CƏSARƏTİN...  Şəhid Cəsarət Xaliq oğlu Səfərov  (27.0 ...

QARABAĞDA İZİ QALDI CƏSARƏTİN... Şəhid Cəsarət Xaliq oğlu Səfərov (27.0 ...

ŞƏHİDLƏRİMİZ
Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
BU TALEYİN YAZISINA NƏ DEYİM?

BU TALEYİN YAZISINA NƏ DEYİM?

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD PİLOTUMUZ XALİD GÖZƏLOV

ŞƏHİD PİLOTUMUZ XALİD GÖZƏLOV

Qarabağ, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

YAP, AzTU
Mahirə xanımı Yeni mükafatı münasibətilə təbrik edirik!..

Mahirə xanımı Yeni mükafatı münasibətilə təbrik edirik!..

Təbriklər, QHT
BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİMİZ VAQİF PAŞAYEV

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİMİZ VAQİF PAŞAYEV

UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
NURÜZLÜ ŞƏHİDİMİZ NURLAN AĞAKİŞİYEV

NURÜZLÜ ŞƏHİDİMİZ NURLAN AĞAKİŞİYEV

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU
Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

AzTU
ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

"Şərqin səsi", "Elm və Təhsil"
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

ŞƏHİDLƏRİMİZ
Rəy yazın: