Nuranə İbadova: "Ədalətin Zəfəri"

Nuranə İbadova: "Ədalətin Zəfəri" Eradan əvvəl 430-cu ildə Afinanın şəhid oğullarının dəfnindəki qəbirüstü nitqini afinalı Perikl “Bu cür insanları indən belə örnək sayın və bilin ki, xoşbəxtliyi azadlıq, azadlığı isə igidlik doğurur və hərbi təhlükələrin gözünə dik baxın” sözləri ilə bitirmişdi. Bu fikrin söylənilməsindən sonra ötən zaman onun aktuallığına nəinki xələl gətirmədi, əksinə ayrı-ayrı zaman kəsiklərində baş verən müxtəlif hadisələr onun gerçəkliyini təsdiqləyən dəlillərə çevrildilər.
Bu gün sözün həqiqi mənasında bizim qürur mənbəyimizə çevrilmiş 44 günlük Vətən müharibəsində hərbi təhlükələrin gözünə dik baxan Azərbaycan əsgərinin cəsarət və şücaəti azadlıq mübarizəsinin ən böyük örnəyidir.


Bir il bundan əvvəl, 27 sentyabr günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. O gün biz illərin ən dəhşətli məsuliyyətinin tələb etdiyi böyük vəzifəmizin icrasına başladıq. O gün bizə özü ilə gələcəyin хеyir-duasını və gələcək nəsillərin alqışlarını gətirdi.


27 sentyabr sadə bir gün deyildi. O gün xeyirin şərə qarşı mübarizəsinin, savaşının başladığı gün idi. Həmin gün Azərbaycan xalqı öz əzmini, ruhunun sarsılmazlığını, işğala, haqsızlığa boyun əymədiyini, torpaq itkisi ilə heç vaxt barışmayacağını sübut etdi. Həmin gün 30 illik torpaq həsrətiylə yanıb-qovrulan Azərbaycan əsgərinin düşmənə tərəf amansızcasına yönələn nifrətinin uğultusu еşidildi. Azərbaycan əsgəri öz borcunu yеrinə yеtirir və öz missiyasını həyata kеçirirdi.
Bu böyük savaşda Azərbaycan əsgərinin qalibiyyəti labüd idi. Çünki onun mübarizəsi işıqla dolu idi, bu mübarizə özgənin torpağında gözü olmayan və öz torpağından bir qarış da olsa vaz keçməyən əsgərin mübarizəsi idi.

İşğalçının əlеyhinə vuruşmaq, saхtalığı ifşa еləmək, barbarlığı, yalanı, dəmir yumruqla əzmək, zalımların qəddarlığına qarşı çıхmaq, qaniçənlərə savaş еlan еləmək, savaşı udub müqəddəs yеrlərdən bütün yad ayaqları qovmaq, obaları, şəhərləri, məbədləri -bir sözlə mədəniyyəti dağıdanları qovub, viranələr üzərində yеnisini tikmək, barbarlığı sivilizasiya ilə əvəz еləmək, evindən, elindən məhrum olunmuşların haqqını tələb еtmək uğrunda idi Azərbaycan əsgərinin savaşı!
2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması ilə əlaqədar Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatına başladığı gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində dedi:

“Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Dövlət başçısının bu sözləri Azərbaycan xalqı üçün zəfərin ilk sorağı idi.
Azərbaycan xalqı uzun illər idi Vətən torpaqlarının geri alınacağı günü, zəfər gününü gözləyirdi. Hər rayonun hər il qeyd edilən işğal günləri xalqımızın qəlbində ağır yara idi və bu yara hər il bir az daha dərinləşirdi. Təqvimdəki bu qara günləri Zəfər tarixləri ilə əvəzləmək zamanı çatmışdı və xalq öz sərkərdəsinin dəmir yumruğu altında birləşərək, qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına 30 illik işğala son qoyaraq Qarabağı düşmən tapdağından azad etdi. Həmvətənlərimizin bir çoxu yaralanaraq sağlamlığını itirdi, itkin düşdü, şəhid oldu.

44 günlük Vətən müharibəsi dövründə 2783 qəhrəman Azərbaycan övladı ərazi bütövlüyümüzü təmin etmək üçün ölümün o tayına- yəni ölümdən daha yüksək olan şəhidlik zirvəsinə uçaldılar. Onlar məlum həqiqəti bir daha sübut etdilər ki, torpaqların azadlığını, ərazi bütövlüyünü təmin etmək üçün köksündə şəhid tabutlarının ağırlığını hiss etməlidir Vətən. Hiss etməsə yazıqlaşar, əzilər. Vətənin başını ucaltmaq üçün öz ömürlərini vətənin ömrünə caladı şəhidlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik.”

Baх o vaхt, böyük bir sərkərdə, bütün bu haqsızlıqlara, ədalətsizliklərə qarşı dəmir yumruğunu qaldırdı və bu yumruq Azərbaycan xalqının əbədi şöhrəti oldu. Bu vaхt o görünməmiş bir еtiraza başladı – öz xalqının maraqlarını qoruyaraq bədhеybətlərlə ağır mübarizəyə girişdi və bu savaşda qalib gəldi.

Azərbaycan xalqı bütün birləşmiş güclərə - işğalçılara, talançılara, məkrli siyasət yürüdənlərə, haqlını oz ikili standartları, öz qəddarlığı ilə cana yığıb, haqsızları yuxarı başa keçirdənlərə qarşı çıхdı, müharibə еlan еlədi və savaşa girdi.
Nədən qaynaqlanırdı onun güçü? Nə idi onun silahı? Onun ən böyük güçü, torpağına olan hüdudsuz sevgisi, ən böyük silahı əsgərinin güçünə olan inamı idi. O, bu silahla döyüşdü və bu silahla qələbə çaldı.



Nuranə Akif qızı İbadova,
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
Ədliyyə Akademiyasının
Ədliyyə sahəsində idarəetmə
kafedrasının baş müəllimi


turan.info.az

Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Qarabağ, Gürcüstan, Borçalı
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

"Mən Şirvanın səsiyəm", "Elm və Təhsil"
Pərvin Abdullayeva:

Pərvin Abdullayeva: "Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan"

Qarabağ, AzTU
DÜNYAYA  SƏS SALAN  SƏRKƏRDƏ

DÜNYAYA SƏS SALAN SƏRKƏRDƏ

"Elm və Təhsil", Köşə yazılar
ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

Qarabağ, Biologiya və tibb elmləri
Qafar Əsgərzadə:

Qafar Əsgərzadə: "Erməni təxribatına susmaq və onları qınaq predmentinə çe ...

Qarabağ, AzTU
Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin BƏYANATI

Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin BƏYANATI

Qarabağ, Borçalı
Azərbaycan Respublikasının Prezidenti Çingiz Qurbanova “Azərbaycanın Milli  ...

Azərbaycan Respublikasının Prezidenti Çingiz Qurbanova “Azərbaycanın Milli ...

Rəsmi Xəbərlər, AzTU
“Cabir Novruz” Məfəniyyət fondunun bəyanatı

“Cabir Novruz” Məfəniyyət fondunun bəyanatı

QHT
İLLƏRLƏ GÖZLƏDİYİMİZ GÜN GƏLİB ÇATDI

İLLƏRLƏ GÖZLƏDİYİMİZ GÜN GƏLİB ÇATDI

Qarabağ, Biologiya və tibb elmləri
Günel Səmədova:

Günel Səmədova: "Tarixi Qələbənin uğurlu davamı"

Məktəblər
Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoyma ...

Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoyma ...

YAP
44 günlük  Vətən Müharibəsi Komandanlığın və Ordumuzun                      ...

44 günlük Vətən Müharibəsi Komandanlığın və Ordumuzun ...

YAP, AzTU
Ruhunuz qarşısında baş əyiririk

Ruhunuz qarşısında baş əyiririk

ADPU, UNUTSAQ, UNUDULARIQ!....
“Qarabağ Azərbaycandır!” və ya “Valday”da “aprel müharibəsi” mesajı

“Qarabağ Azərbaycandır!” və ya “Valday”da “aprel müharibəsi” mesajı

MEDİA
Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Qarabağ, Diaspora
44  GÜNLÜK  XATİRƏ

44 GÜNLÜK XATİRƏ

Sumqayıt, Köşə yazılar
Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi  bütövlüyümüz bərpa edildi

Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi

AzTU, Köşə yazılar
Azərbaycan elmi ictimaiyyəti Milli Ordumuzu inamla dəstəkləyir

Azərbaycan elmi ictimaiyyəti Milli Ordumuzu inamla dəstəkləyir

Əsas xəbər, "Zirvə"
Rəy yazın: