Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevə
Laçın rayon ziyalılarının
MÜRACİƏTİ
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Siz müzəffər sərkərdəlik məharətinizlə yüz illərlə davam edən münaqişəyə, 30 ildən çox davam edən soydaşlarımızın əzablı ayrılığına cəsarətiniz, istedadınız, müdirik düşüncəniz və bənzəri olmayan rəhbərlik bacarığınızla ədalətli Vətən müharibəsi yolu ilə həmişəlik son qoydunuz, Qarabağı və ətraf yeddi rayonu işğaldan azad edərək tariximizin qızıl səhifəsini yazdınız. Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycanın üç rəngli bayrağını ucaltmaqla Qarabağın əzəldən sahibinin Azərbaycan xalqı olduğunu bütün dünyaya bəyan etdiniz. Biz laçınlılar rəhbərliyinizlə şanlı ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi-siyasi zəfər münasibətilə Sizi ürəkdən təbrik edirik.
Möhtərəm сənab Prezident!
Azərbaycanın haqqını bərpa etdiyinizə, Azərbaycanın timsalında Türkün gücünü bütün dünyaya bəyan etdiyinizə, bir millət iki dövlət anlamını qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayib Ərdoğanla birgə bütün dünyaya bəyan etdiyinizə, düşmənlərimizə dərs keçərək yerinə oturtduğunuza, döyüş meydanı ilə birlikdə siyasət meydanında da tək döyüşərək qalib gəldiyinizə, dünyanın otuzdan çox nüfuzlu media orqanlarına müsahibələr verərək Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdığınıza və informasiya müharibəsində əsaslı dönüş yaratmağa nail oldunuza görəbiz laçınlılar Sizə dərin minnətdarlığımızı bildiririk! Qarşınızda baş əyirik.
Siz düşmənlərimizlə həm də informasiya cəbhəsində vuruşdunuz. Sizin təmkininiz, dərin məntiqiniz qərəzli, qeyri-peşəkar sualları belə səbrlə, soyuqqanlılıqla qarşılamağınız dünya mediyasının da görünməyən üzünü bizə aydın şəkildə göstərdi. Hamıya peşəkar, qərəzsiz jurnalistika dərsi keçənlər, müstəqil mediyadan dəm vuranlar öz ölkələrindəki erməni diasporlarının əllərində bir vasitəyə, çevrildiklərinin açıq-aydın hiss etdirdilər.
Qısa müddətdə Ermənistanın məğlubedilməzlik mifinin dağıdılması və işğalçı ölkənin kapitulyasiyaya məcbur edilməsi Sizin gələcəyə hesablanmış uzaqgörən, müdrik siyasətinizin, mükəmməl ordu quruculuğu proqramınızın və iqtisadi imkanları düzgün səfərbər etməyinizin nəticəsində şərtləndirildi. Azərbaycanın cəbhədə qazandığı misilsiz qələbələri gərgin danışıqlarla tamamladınız. Ermənistanı müəyyən etdiyiniz şərtlərə kapitulyasiyaya məcbur etməklə düşmən tapdağı altında olan Ağdam, Kəlbəcər və Laçın ərazilərini qan tökülmədən işğaldan azad etdiniz.
44 günlük Vətən müharibəsi gedişində işğaldan azad olunan ərazilərimiz sırasında Laçın rayonunun da adının olması biz laçınlılara, ümumilikdə bütün ölkə ictimaiyyətinə hədsiz sevinc bəxş edib və bir rahatlıq gətiribdir. 28 illik həsrətdən, intizardan sonra qüdrətli Ordumuzun işğaldan azad edilmiş Laçın rayonunun ərazisinə daxil olması, laçınlıların həyatında ən xoşbəxt, ən qürurlu və sözlə ifadə edilməsi mümkün olmayansevincli bir gün oldu. Bu günü Laçın sakinlərinə yaşatdığınıza görə Sizə minnətdarıq.
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Laçınlılar bütün dövrlərdə Ulu öndərimiz Heydər Əliyevin dövlətçilik xəttinə və onun siyas varisi - Siz cənab Prezidentimiz İlham Əliyevin siyasi kursuna sadiq olublar. Ümummilli liderin himayəsi və qayğısı sayəsində XX əsrin 70-ci illərində Laçın rayonunda böyük quruculuq işləri həyata keçirilmişdi. Heydər Əliyev qayğısı sayəsində Laçın öz inkişafına, quruculuq, abadlıq və mədəni təsisatlarına görə dağlar qoynunda gözəl bir şəhərə çevrilmişdi. Bu qayğını Laçın camaatı bu gün də ehtiramla xatırlayır və unutmur.
Ermənistanın ərazilərimizə qarşı əsasız torpaq iddiaları qaldıraraq ədalətsiz müharibə başladığı ilk günlərdən Laçın sakinləri sadə quş silahları, hətta yalın əllə, sərhədlərimizin, torpağımızın müdafiəsinə qalxmışlar. 328 nəfər şəhid olmuş, 225 nəfər əlil olmuş, 33 nə¬fər hər iki valideynini itirmişdir. 5 nəfər Azərbaycanın Milli Qəh¬ra-manı adına layiq görülmüşlər. Ancaq o zamanlar dövlətimizin rəhbərsizliyindən, ölkədəki məlum siyasi oyunlardan, hərc-mərclikdən və həm də sərhədlərimizin müdafiəsində düşmənlə üz-üzə Laçının tək qalmasından istifadə edən təcavüzkar Ermənistan havadarlarının köməyi ilə Qarabağın giriş qapısını, Ulu öndərin təbirincə desək Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması baxımından xüsusi əhəmiyyətə malik olan Laçını işğal etdilər.
Xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər elə ilk gündən məcburi köçkün adını daşıyan, Azərbaycanın 59 rayonunda məskunlaşmış laçınlılara böyük qayğı göstərildivə sahib çıxdı, onların problemlərinin həllinə daim yardım göstərdi.
Dünyada gedən tarixi proseslər bir daha göstərir ki, müdrik lideri olan xalq xoşbəxtdir. Biz bu müdrikliyi Azərbaycanın müstəqilliyə qovuşduğu ilk illərdən Ulu Öndər Heydər Əliyevin timsalında görmüşük. Ümummilli Lider xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdarkən "mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək necə mübarizə meydanına atıldısa, ölkəni vətəndaş müharibəsi astanasından, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək necə bir hüquqi dövlət qurdusa, cənab Prezident, Siz - Azərbaycan Prezidenti İlham Əliyev də 2003-cü ildə hələ vəzifənizin icrasına başlamamış bədniyyətlilərdən müstəqilliyimizi qorumaq naminə özünüzü sipər etdiniz və Azərbaycanı böyük təhlükələrdən qorudunuz. Son 17 ildə Azərbaycan gündən-günə inkişaf etmiş, iqtisadiyyatımızın yüksəlməsi, əhalinin həyat tərzinin yaxşılaşması, şəhər və rayonlarımızın abadlaşması, təhsilimizin inkişafı, Avropaya inteqrasiya prosesi, ölkəmizin dünya dövlətləri arasında nüfuzunun artması bilavasitə Sizin adınızla bağlıdır. Bütün bunlar Azərbaycan xalqı, onun ziyalıları tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
Ulu Öndər Heydər Əliyevin xalqa ünvanladığı “ Ona özüm qədər inanıram və mən başa çatdıra bilmədiyim işləri İlham Əliyev başa çatdıracaq” sözlərini fəaliyyətinizlə təsdiq etmisiniz. Ümummilli Liderin himayədarlıq ənənəsini Siz təəssübkeşliklə bu gün də davam etdirirsiniz. Minlərlə Laçınlılı Sizin sayənizdə yeni salınmış şəhərciklərdə mənzillə, dövlətin müavinəti, sosial yardımları ilə təmin olunubdur. Siz Ulu öndərin vəsiyyətini yerinə yetirərək bizləri indi öz doğma ata-baba yurdumuza, Laçınımıza qaytarırsınız!
Möhtərəm cənab Prezident!
Biz bu günlərdə tarixi və xoşbəxt anlar yaşayırıq, hər bir laçınlı möhtəşəm qələbənin təsiri altındadır. Zati-alinizin ətrafında sıx birləşərək Azərbaycan tarixinə qızıl hərflərlə yazdığınız bir dekabr zəfərini böyük sevinc və qürur hissi ilə qeyd edirik. Xalqımıza, biz laçınlılara bu qalibiyyət və zəfər hisslərini yaşadanlara, Qarabağımızı-Laçınımızı öz qanı və canı bahasına bizə geri qaytaran bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbçilərimizə şəfa diləyir, Müzəffər Ali Baş Komandanımıza və rəşadətli Ordumuza minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Rəhbərliyiniz altında 27 sentyabrdan başlanan Vətən müharibəsi hər gün yeni qələbələrlə xalqımızı sevindirdi, vətəndaşlarımıza sonsuz ruh yüksəkliyi bəxş etdi. Bizlər üçün Azərbaycanın hər bir guşəsi doğmadır, əzizdir. Ancaq etiraf edirik ki, doğulub boya-başa çatdığımız, 28 ildir əsirlikdə qalan, ulularımız uyuyan, həsrət qaldığımız Laçınımızın yağı düşməndən azad edilməsi bizlər üçün bir başqa hissdir. Hər bir Laçın sakininin həyatında, mənəvi dünyasında Laçının ayrıca yeri var. Bu qələbənin bizə bəxş etdiyi sevinci sözlə ifadə etmək çox çətindir.
Hər birimiz yaxşı bilirik ki, bu zəfər, bu qalibiyyət yalnız Sizin siyasi iradənizin, sərkərdə məharətinizin, güclü təzyiqləri təmkinlə dəf edən zəkanızın bəhrəsidir. Sizinlə fəxr edirik, ən böyük minnətdarlığımız sizədir. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və xalqımızın milli qürurunun özünə qaytarılması sizin adınızla bağlıdır. Azərbaycan xalqının əsarətə baş əyməyən bir xalq olduğunu, müasir tipli ordusu ilə döyüş meydanlarında müharibə mədəniyyəti nümunəsi göstərərək düşməni məhv etməsini, dünyaya tanıtmaq və qəbul etdirmək sizin adınıza qızıl hərflərlə yazılan əbədi şan-şöhrətdir.
Möhtərəm cənab Prezident!
Laçın sakinlərinin Sizə olan məhəbbətini, ehtiramını və minnətdarlığını ifadə etməyə sözün gücü çatmır. Siz biz laçınlıların həyatında yeni mərhələnin və şərəfli bir salnamənin müəllifinə çevrilmisiniz.Sizin sərkərdəlik şücaətiniz, liderlik bacarığınız, diplomatik istedadınız nəticəsində biz laçınlıların taleyində yeni bir həyat başlayır. Biz təkcə amansız ayrılığa son qoymuruq, həm də öz yurdumuzu yenidən Sizin rəhbərliyiniz altında və qayğınız sayəsində qurmaq imkan qazanırıq. Bu ümidi bizə Siz 50 illik yubileyiniz gününü Qarabağda, laçınlıların məskunlaşdığı Taxta körpü qəsəbəsində Mehriban xanımla birlikdə bizlə keçirən günü vermiziniz.
İnanırıq ki, Ulu öndər Heydər Əliyev XX əsrin 70-ci illərində Laçını dağlar qoynunda necə abad, inkişaf etmiş gözəl bir şəhərə çevirmişdisə, Siz də qısa müddətdə Laçını dağlar qoynunda gözəl, abad bir şəhərə və turizm bölgəsinə çevirəcəksiniz. Günlərin birində memarı olduğunuz Laçına səfər edəcəksiniz.
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Doğma yurdumuzu bizə zəfərlə, qan tökmədən qaytardığınıza görə, quldur Andranikin rəhbərliyi altında keçən əsrin əvvəlində ermənilərin Qarabağa yürüşünün qarşısını Laçında alan xalq qəhrəmanı Sultan bəyin, qardaşı - Qarabağın General Qubernaroru olmuş Xosrov bəyin ruhunu və Qarabağ uğrunda şəhid olanlarımızın ruhunu şad etdiyinizə görə Laçının 78 mindən artıq sakinləri adından sonsuz minnətdarlığımızı və ehtiramımızı bildiririk.
Biz laçınlılar hər zaman Sizinlə olmuşuq və və bundan sonra da Sizinləyik. Azərbaycanı xoşbəxt gələcəyə aparan siyasətinizi, dəstəkləyənlərin ön cərgəsindəyik. Bizlərə bu sevincli və qürurverici günləri yaşatdığınıza görə sizə sonsuz minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, xalqımızın və dövlətimizin xoşbəxt gələcəyi naminə həyata keçirdiyiniz mühüm tarixi missiyada yeni-yeni uğurlar diləyirik.
Biz ziyalılar çoxminli laçınlılar adından təklif edirik ki, Sizin razılığınızla Möhtərəm cənab prezidentimiz, Ali Baş komandanımız İlham Heydər oğlu Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin, Bakının və Şuşanın ən görümlü yerlərindən birində Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin - Qarabağın xilaskarının - əzəmətli heykəli ucaldılsın.
Hörmətlə: Bir qrup Laçın ziyalıları;
1. Məhəmməd Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı
Dövlət Universitetinin Tətbiqi analizin riyazi üzulları kafedrasının müdiri, fizika –
riyaziyyat elmləri doktoru, akademik;
2. Şahbaz Muradov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad
elmləri doktoru, akademik;
3. Zakir Fərəcov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı;
4. Sevindik Hətəmov, Salyan Rayon İcra Hakimiyyəti başçısı;
5. Mahir Abbaszadə, Milli Məclisin deputatı;
6. Müşfiq Məmmədli, Milli Məclisin deputatı;
7. Şikar Qasımov, Azərbaycan Texniki Universiteti “İctimai fənlər” kafedrasının
müdiri, tarix elmləri doktoru, professor;
8. Rəşad Şahbazov, iqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetində
“Biznesin idarəedilməsi” kafedrasının professoru;
9. Rövşən Şahbazov, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının
Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini;
10. Knyaz Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstutunun
professoru;
11. Fuad Abdullayev, Bakı Dövlət Universitetinin Riyazi analiz kafedrasının dosenti
12. Arif İbrahimli, Azərbaycan Respublikası Təhsil Şurasının İcra Aparatının rəhbəri;
13. Allahyar İmanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təlim,
psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekan müavini, İbtidai təhsilin
pedaqogikası və metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru;
14. Cəbrayıl Qəhrəmanov, pedaqoji elmlər namizədi
15. Ələmdar Şahverdiyev, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında
müəllim, tarix elmləri namizədi;
16. Aydın Cəfərov, Sumqayıt Dövlət Universitetində müəllim, fizika-riyaziyyat elmləri
doktoru, professor;
17. Mikayıl Zeynalov, Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi məsələlər üzrə
prorektor, hüquq üzrə fəlsəfə doktoru;
18. İpək Abbasova, Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası
kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru;
19. Taleh Şirinov, fizika-riyaziyyat elmləri namizədi, dosent, Azərbaycan Texniki Universitetinin
“İnformasiya və telekommunikasiya texnologiyaları” kafedrasının müdiri;
20. Mustafa Qarayev, fizika-riyaziyyat elmləri doktoru, professor;
21. Gülməmməd Məmmədov, ADA Universitetinin professoru
22. Sevinc Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik
İnstitutunda aparıcı elçi işçi, filologiya elmləri doktoru, dosent;
23. Şirindil Alışanov, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda
“XX əsr ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;
24. Səlim Səlimbəyli, “Təfəkkür” Universitetində prorektor, fəlsəfə elmləri doktoru;
25. Rahib Qarayev, Daxili İşlər Nazirliyinin əməkdaşı;
26. Şahin Məmmədov, “Qartal” firmasının prezidenti
27. Yusif Mirzə, rəssam
28. Nazim Əhmədli, şair
29. Mehman Tarverdiyev, filologoya elmləri namizədii, dosent, Bakı Dövlət
Universitetinin “İran filologiyası” kafedrasında baş müəllim;
30. Müseyib İlyasov, Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri,
professor
31. Solmaz Məhərrəmova, “Əməkdar mədəniyyət işçisi”, tarix elmləri doktoru
32. Gündüz İsmayılov, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrəDövlət
Komitəsinin sədr müavini.
33. Eldar Əliyev, tibb elmləri doktoru
34. Saqif Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə sistemləri
İnstitutunun böyük elmi işçisi, riyaziyyyat elmləri üzrə fəlsəfə doktoru;
35. Əli Mahmud, şair;
36. İbrahim Əhmədov, tibb elmələri namizədi, “Əməkdar müəllim”, Azərbaycan Tibb
Universitetininin “Kommunal və qida gigiyenası” kafedrasının müdiri
37. Adil Nəsibov. Abşeron rayon xəstəxanasının baş cərrahı.
38. Ehtiram Hüseynov, “Əməkdar artist”.
turan.info.az
.